İran danışıqlardan imtina etdi .....                        Naxçıvanda avtomobillər toqquşdu, xəsarət alanlar var .....                        Mükəmməl tədqiqat əsəri .....                        “Milli Pediatriya Dərnəyinin I Milli Konqresi” keçirilib .....                        Azərbaycanın hərb tarixinə dair kitab türk dilində çapdan çıxıb .....                        Qərib sənətkar .....                        Sürücülərin nəzərinə .....                        “Xankəndi” kitabı işıq üzü görüb .....                        “Ədalət axtarma sən bu dünyada” .....                       
Tarix : 25-02-2020, 13:00
Səfir: “Xocalı soyqırımının Gürcüstan parlamentində də qəbul edilməsi zəruridir” - FOTOLAR

Gürcüstanın paytaxtı Tbilisidə Xocalı soyqırımının 28-ci ildönümü ilə əlaqədar anım tədbiri keçirilib.
Butov.az-ın APA-a istinadən xəbərinə görə, Azərbaycanın Gürcüstandakı səfirliyinin, Mirzə Fətəli Axundov adına Azərbaycan Mədəniyyəti Muzeyinin, Gürcüstan Azərbaycanlılarının İnteqrasiya Mərkəzinin və Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının birgə təşkilatçılığı ilə keçirilən tədbirə Xocalı soyqırımı qurbanlarının xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlanılıb.
Mirzə Fətəli Axundov adına Azərbaycan Mədəniyyəti Muzeyinin direktoru Leyla Əliyeva bildirib ki, bu soyqırımı hər zaman Gürcüstan azərbaycanlılarının xatirəsində yaşayacaq.
Azərbaycanın Gürcüstandakı səfiri Dursun Həsənov Xocalı soyqırımı, həmçinin Dağlıq Qarabağın və ətraf rayonların işğalı ilə bağlı ətraflı məlumat verib. O, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın başlatdığı ”Xocalıya Ədalət” beynəlxalq kampaniyası dünyanın bir sıra ölkələrində artıq müsbət nəticə verdiyini qeyd edib.
O, Xocalı soyqırımının Gürcüstan parlamentində də qəbul edilməsinin zəruri olduğunu deyib.
Səfir qeyd edib ki, iki qardaş dövlət olan Gürcüstan və Azərbaycanın ərazi bütövlüyü ilə bağlı problemləri mövcuddur.
Tədbirdə faciənin əks olunduğu fotoşəkillər, həmçinin Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının Xocalıya dair hazırladığı "Bitməyən əzab" sənədli filmi nümayiş etdirilib.
Anım tədbirində Marneuli rayonunun 8 saylı ictimai məktəbinin şagirdləri Xocalı soyqırımı barədə iştirakçılara həm gürcü, həm də Azərbaycan dilində məlumat veriblər.
Anım tədbirində Azərbaycanın Gürcüstandakı səfirliyinin digər əməkdaşları, Türkiyənin Gürcüstandakı səfirinin baş məsləhətçisi Onur Sevim, Gürcüstan parlamentinin deputatları, ictimai xadimlər, Gürcüstanda yaşayan azərbaycanlı icmasının nümayəndələri, məktəblilər iştirak ediblər.
Səfir: “Xocalı soyqırımının Gürcüstan parlamentində də qəbul edilməsi zəruridir” - FOTOLAR
Səfir: “Xocalı soyqırımının Gürcüstan parlamentində də qəbul edilməsi zəruridir” - FOTOLAR


Paylaş



Bölmə: Siyasət / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Aprel 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!