"Fənərbağça" qalib gəlib .....                        Trampdan İranla bağlı VACİB AÇIQLAMA .....                        Faciəli şəkildə ölən tələbələrin FOTOSU .....                        Erməni nazir Vaqif Xaçaturyanın səhhətindən danışdı .....                        ABŞ 24 saat ərzində İranı bombalayacaq - KİV .....                        Ukraynada fövqəladə vəziyyət elan edildi .....                        Naxçıvanda iki türk tələbə dəm qazından öldü .....                        İsraillə ABŞ İranı müzakirə etdi .....                        Britaniya hərbçiləri Qətərdəki hərbi bazanı tərk edir .....                       
Tarix : 1-03-2017, 18:22
Xocalı soyqırımı Neapolda anıldı - "Sonsuz dəhliz"

Xocalı soyqırımının 25-ci ildönümü ilə əlaqədar Azərbaycanın İtaliyadakı səfirliyi, Neapol-Bakı Assosiasiyası və Avropa Azərbaycan Cəmiyyətinin (TEAS) təşkilatçılığı ilə Neapol şəhərində Xocalı soyqırımının qurbanlarının anım tədbiri keçirilib.

Butov.az Axar.az-a istinadən xəbər verir ki, Neapol şəhəri və Kampaniya regionunun rəsmilərinin, elmi-akademik, işgüzar dairələrinin, KİV nümayəndələrinin iştirakıyla keçirilən tədbiri giriş sözü ilə Assosiasiyanın prezidenti Cüzeppe Kaniqlia açaraq tədbirə qatılanları erməni vəhşiliyinin bariz nümunəsi olan Xocalı soyqırımı haqda çəkilmiş "Sonsuz dəhliz" filminə baxmağa dəvət edib. Film Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə həyata keçirilən “Xocalıya ədalət!” kampaniyası çərçivəsində çəkilib və Avropa Azərbaycan Cəmiyyətinin dəstəyi ilə hər il dünyanın müxtəlif şəhərlərində təqdim olunur. Bu film tanınmış prodüser Aleksandras Brokas və nüfuzlu “Qremmi Avard” mükafatçısı Cerald Rafşun Xocalı dəhşətlərinin şahidi olan iki xarici jurnalistin faciədən 20 il sonra yenidən Azərbaycana səfər edərək qətliamdan xilas olmuş hadisə şahidləri ilə görüşməsi və onların bölüşdüyü xatirələr, eləcə də Ermənistan tərəfindən faciənin təşkilində birbaşa iştirak etmiş şəxslərlə müsahibələri əsasında çəkilib. Filmin təqdimatından sonra Azərbaycanın İtaliyadakı səfiri Məmməd Əhmədzadə 1992-ci il 25 fevraldan 26 fevrala keçən gecə Xocalıda Ermənistan silahlı qüvvələri tərəfindən dinc azərbaycanlı əhaliyə qarşı törədilən bəşəriyyətin ən amansız qətliamı barədə ətraflı danışıb.

O, erməni qəsbkaları tərəfindən zəbt olunmuş Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazilərinin – Dağlıq Qarabağ regionu və ətraf rayonların hələ də işğal altında qaldığını, həmin ərazilərdə mədəni-tarixi irsimizin məhv edildiyini, etnik təmizləməyə məruz qalmış 1 milyondan artıq azərbaycanlının öz doğma yurd-yuvalarından didərgin düşdüyünü, beynəlxalq təşkilatlar tərəfindən münaqişə ilə bağlı qəbul edilmiş çoxsaylı sənədlərə Ermənistanın məhəl qaymadığını vurğulayıb. Xocalıda baş verənlərlə bağlı beynəlxalq səviyyədə məlumatlandırmanın daha da genişləndirilməsinin vacibliyini bildirən səfir bu xüsusda İtaliyanın müxtəlif şəhərlərində tədbirlərin təşkil olunduğu barədə məlumat verib, Ermənistanın Xocalı soyqırımı ilə bağlı öz inkarçı mövqeyindən, eləcə də Azərbaycana qarşı hərbi təcavüz siyasətindən əl çəkməsi üçün beynəlxalq ictimaiyyətin qəti mövqeyinin əhəmiyyətli olduğunu bildirib. Tədbirdə iştirak edən millət vəkili Qənirə Paşayeva bu qanlı cinayət barədə ürək ağrısı ilə danışıb. O, bu soyqırım vaxtı dinc azərbaycanlı əhaliyə qarşı törədilmiş vəhşiliklər, o cümlədən uşaqların, qadınların, yaşlıların vəhşicəsinə, ağlasığmaz qəddarlıqla qətlə yetirildiyi barədə məlumat verib. Ədalətin bərqərar olması üçün Xocalıda baş vermiş soyqırımın günahkarlarının mühakimə olunmasının və beynəlxalq ictimaiyyətin bu soyqırıma qiymət verməsinin zəruriliyini bildirən millət vəkili İtaliya Senatında Xocalı soyqırımınının 25-ci ildönümünün anılması ilə bağlı verdikləri bəyanatlara görə italyan senatorlara təşəkkürünü bildirib. Azərbaycanlı millət vəkili vurğulayıb ki, erməni tərəfinin baş verənlərin müharibə olduğu iddiasına italiyalı senator Sercio Divina tutarlı cavab verərək Xocalıda qətlə yetirilənlərin dinc əhali olduğunu və dinc əhaliyə qarşı müharibə aparlmasının heç bir məntiqə sığmadığını bildirib.

Neapol-Bakı Assosiasiyasının vitse prezidenti Elnur Camalxanov Xocalı qətliamını ermənilər tərəfindən 19-cu əsrdən başlayaraq azərbaycanlılara qarşı yürüdülən soyqırım və torpaqlarımızın işğalı siyasəti prizmasından təqdim edib.

Tədbirdə yerli kütləvi informasiya vasitələrinə müsahibələr verilib.
Xocalı soyqırımı Neapolda anıldı - "Sonsuz dəhliz"
Xocalı soyqırımı Neapolda anıldı - "Sonsuz dəhliz"


Paylaş



Bölmə: Xəbər / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Yanvar 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!