Helsinkidə Müdafiə Nazirliyinin binasına boya atdılar .....                        Bakıda faciəvi qəza - 3 nəfər öldü .....                        Ceyhun Bayramov pakistanlı həmkarı ilə danışdı .....                        17 il əvvəl həlak olan mayora şəhid statusu veriləcək - Yoldaşından AÇIQLAMA .....                        Valideynlərdən qızıl üzük alan müəllimə TÖHMƏT VERİLDİ .....                        “ƏDV geri al”dan istifadə edənlərə XƏBƏRDARLIQ .....                        Maşın kanala aşdı, 5 nəfər yaralandı .....                        İlham Əliyev Şahbaz Şəriflə danışıqlar apardı .....                        3 övladından sonra özü də eyni xəstəlikdən vəfat etdi - Cəmi 28 yaşında... .....                       
Tarix : 3-03-2022, 16:33
Qadınlardan ibarət narkobandaya hökm oxunub
Bakı Ağır Cinayətlər Məhkəməsində ölkəyə külli miqdarda narkotik gətirməkdə təqsirləndirilən İlahə Babayeva, Nərminə Kərimova və Lalə Məmmədovanın işi üzrə məhkəmə prosesi yekunlaşıb.
Butov.az-ın AzVision.az-a istinadən məlumatına görə, hakim Əhməd Quliyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslərə hökm oxunub.

Məhkəmənin hökmü ilə dəstə üzvlərinin hər biri 12 il azadlıqdan məhrum edilib.

İttihama görə, ötən ilin yanvar ayında Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinə daxil olan məlumat əsasınıda İstanbul-Bakı aviareysi ilə gələn Azərbaycan vətəndaşı Babayeva İlahə Əziz qızına məxsus çamadan gömrük nəzarəti zamanı saxlanılıb.

Yoxlama zamanı çamadanın içərisində malların aşkar edilməsini çətinləşdirən üsullardan istifadə etməklə gizlədilən qəhvə qutularının içindəki sellofan paketlərdən 1 542 ədəd MDMA (metilendioksimetamfetamin), uşaq yeməyinin içinə yerləşdirilən bir bükümdə 320,105 qram narkotik vasitə kokain, çay paketinin içinə yerləşdirilən sellofan paketdə isə təsiredici maddəsinin ümumi miqdarı 87,106 qram olan və dünyada ən təhlükəli narkotik vasitə hesab edilən MDMB-4en-PİNACA (Bonzay) maddəsi aşkar edilib.

Dövlət Gömrük Komitəsi Əməliyyat-İstintaq Baş İdarəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin çatdırılmalı olduğu şəxslərin müəyyən edilməsi üçün əməliyyat tədbiri həyata keçirilib.

Aparılan təxirəalınmaz istintaq hərəkətləri ilə cinayətkar qrupun digər üzvləri Məmmədova Lalə İlqar qızı və Kərimova Nərminə Çingiz qızının törədilmiş cinayətdə iştirakçı olmalarına dair əsaslı şübhələr müəyyən edilib. L.Məmmədovanın yaşadığı ünvanda keçiriən axtarış zamanı 2 bükümdə, ümumi çəkisi 8,512 qram psixotrop maddə-metamfetamin, 502 həb MDMA (metilendioksimetamfetamin), 8 bükümdə ümumi çəkisi 7,337 qram təşkil edən narkotik vasitə kokain və 70 həb preqabalin, həmçinin elektron tərəzi, narkotik vasitə, psixotrop və güclü təsir edən maddələrin qəbulunda istifadə edilən çoxlu sayda alətlər, həmin maddələrin alqı-satqısına dair yazıların olduğu qeydiyyat dəftərləri aşkar edilib.

Cinayət Məcəlləsinin müvafiq maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək onlara həmin maddələrlə ittiham elan edilib və Yasamal Rayon Məhkəməsinin qərarına əsasən barələrində həbs qətimkan tədbiri seçilib.

Xatırladaq ki, metamfetamin və MDMA (metilendioksimetamfetamin) "Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələrin I Siyahısı"na, preqabalin" adlı dərman preparatı isə Azərbaycanın müvafiq qanunu ilə təsdiq edilən "Güclü təsir edən maddələrin və onların külli miqdarının Siyahısı"na daxildir.

Aşkar edilən "preqabalin" adlı dərman preparatının təsiredici maddəsinin ümumi miqdarı 21 qram, MDMA (metilendioksimetamfetamin) təsiredici maddəsinin ümumi miqdarı isə 378,402 qramdır.


Paylaş



Bölmə: Xəbər / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    İyun 2025    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!