Hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edildi .....                        Bu işçilərə ödənişsiz məzuniyyətlər veriləcək .....                        Suriya ordusu daha bir şəhəri nəzarətə aldı .....                        "VAZ" beton maneyə çırpıldı - Xəsarət alanlar var .....                        İranda ölənlərin sayı 3 mini ötüb - KİV .....                        Səfirlik binasından İran bayrağını endirən şəxs həbs edildi .....                        Ermənistanda İran əleyhinə aksiya keçiririlir - FOTO .....                        Oğurluq edən 5 nəfər saxlanıldı .....                        50 yaşlı kişi su kanalında boğularaq öldü .....                       
Tarix : 1-04-2022, 16:28
Xarici dillərdən Azərbaycan dilinə keçən sözlər necə yazılmalıdır?
"Xarici dillərdən Azərbaycan dilinə keçən sözlərin transliterasiya qaydaları hazırlanmayıb. Bu cür sözlərin hazırda Azərbaycan dilində necə yazılması ilə bağlı təsdiqlənmiş standartlar yoxdur. Çünki burada müxtəlif və qarışıq məsələlər mövcuddur".

Butov.az xəbər verir ki, bunu "Report"a açıqlamasında AMEA Nəsimi adına Dilçilik İnstitutunun şöbə müdiri, filologiya üzrə elmlər doktoru İlham Tahirov deyib.

Onun sözlərinə görə, başqa dillərdən Azərbaycan dilinə keçən sözlərin hazırda yazdığımız forması təsdiqlənmiş standart deyil: "Bu, sadəcə olaraq indiyə qədər mövcud olmuş bir ənənədir. Misal üçün, indiyə qədər ənənə necə olubsa, ona uyğun olaraq, "New York" sözünü "Nyu-York", "Washington" sözünü isə "Vaşinqton" kimi yazmaq lazımdır. Ona görə də bu kimi sözlər standartlar hazırlanıb təsdiq olunana qədər ənənəyə uyğun formada yazılmalıdır".
Şöbə müdiri həmçinin qeyd edib ki, istənilən başqa dildən Azərbaycan dilinə keçən şəxs adlarının rəsmi təsdiq olunmuş şəkildə transliterasiya qaydaları yoxdur: "Amma ənənəvi qayda odur ki, xaricdən dilimizə keçən və ya istifadə olunan sözlər və adlar dilimizin qaydalarına uyğunlaşdırılmalıdır. Misal üçün, "Yıldırım" sözü "İldırım", "devlet" "dövlət" kimi yazılmalıdır. Xaricdən dilimizə keçən adlar dilimizə uyğunlaşdırılmış formada yazılmalıdır".

Filologiya üzrə elmlər doktoru bildirib ki, başqa dillərdən keçən sözlərin Azərbaycan dilində necə yazılması ilə bağlı standartlar hazırlanmalıdır: "Düşünürəm ki, növbəti mərhələdə bu məsələ üzərində də iş aparılmalıdır. Standartlar hazırlanacağı təqdirdə yekunda Nazirlər Kabinetə göndəriləcək".


Paylaş



Bölmə: Xəbər / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Yanvar 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!