İrandakı etirazlarda 5 yaşlı uşaq güllələnib .....                        İrəvandakı iranlılar Pəhləvinin qayıtmasını istəyirlər .....                        Bakıda SSRİ bayrağı müzakirələrə səbəb oldu - VİDEO .....                        ABŞ ordusu hücuma başladı .....                        İranda Qasım Süleymaninin portretini yandırdılar .....                        ABŞ İranı bombalayacaq .....                        “Fənərbaxça”ya məğlub olan “Qalatasaray”dan gözlənilməz qərar .....                        ABŞ İran xalqına kömək etməyə hazırdır - TRAMPDAN SƏRT MESAJ .....                        İran səfirliyində dövlət bayrağı dəyişdirildi .....                       
Tarix : 7-04-2022, 11:26
Aİ və ÜST Azərbaycan səhiyyə qurumlarına 600-dən artıq avadanlıq verib
7 aprel – Ümumdünya Sağlamlıq Günündə Avropa İttifaqının (Aİ) maliyyə dəstəyi ilə Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) tərəfindən həyata keçirilən “COVID-19 əleyhinə Vaksinasiyaya Dəstək” layihəsi çərçivəsində ÜST-nin Azərbaycan Nümayəndəliyi avadanlıqların təhvil-təslim mərasimini təşkil edib.

Butov.az-ın Trend-ə istinadən məlumatına görə, hər il aprel ayının sonunda keçirilən ənənəvi Avropa İmmunlaşdırma Həftəsi ərəfəsində təşkil edilmiş tədbirdə Azərbaycan Respublikası səhiyyə nazirinin müavini Dr. Nadir Zeynalov, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İdarə Heyətinin sədri vəzifəsini icra edən Dr. Vüqar Qurbanov, ÜST-nin Azərbaycandakı nümayəndəsi və Ölkə Ofisinin rəhbəri Dr. Hande Harmancı, Avropa İttifaqının Azərbaycandakı səfiri Peter Mixalko və yerli səhiyyə tərəfdaşları iştirak edib.

Tədbirdə COVID-19 pandemiyası ilə mübarizədə sözügedən layihə çərçivəsində görülmüş işlər və əldə edilmiş əsas nailiyyətlər qeyd edilib. Ölkədə həm COVID-19, həm də rutin peyvəndlərin saxlanması üçün soyuq zəncir sisteminin gücləndirilməsi məqsədilə Səhiyyə Nazirliyinin Gigiyena və Epidemiologiya Mərkəzlərinə hər biri 145 litr peyvənd tutumuna malik 100 peyvənd soyuducusu, TƏBİB-ə isə hər biri 98 litr peyvənd tutumuna malik 200 peyvənd soyuducusu təhvil verilib. ÜST tərəfindən kvalifikasiya olunmuş bütün soyuducular enerji stabilizatoru və 30 günlük temperatur monitorinqini təmin edən cihazla təchiz edilib. Peyvənd soyuducularından əlavə, yerli səhiyyə tərəfdaşlarına səyyar immunlaşdırma kampaniyalarında istifadə məqsədilə xüsusi dizayn edilmiş 122 portativ peyvənd daşıyıcısı, həmçinin rəqəmsallaşma və nəzarət mexanizminin gücləndirilməsi məqsədilə 102 kompüter, 79 printer və 79 enerji qaynağı cihazı (UPS) təqdim edilib.

Qeyd edək ki, peyvəndlərin təhlükəsiz şəraitdə saxlanması və daşınmasının təmin edilməsi məqsədilə “COVID-19 əleyhinə Vaksinasiyaya Dəstək” layihəsi çərçivəsində əlavə avadanlıq və cihazların təhvil-təslimi planlaşdırılır. Bu məqsədlə, aprel ayının sonlarında ÜST-nin Azərbaycan Nümayəndəliyi tərəfindən daha 500 peyvənd daşıyıcısı TƏBİB-ə təhvil veriləcək. Təhvil verilmiş avadanlıqlardan düzgün istifadənin təmin edilməsi məqsədilə yerli tibb müəssisələrinin əməkdaşları üçün müvafiq təlimlərin keçirilməsi nəzərdə tutulur.

Azərbaycanda COVID-19 pandemiyasına qarşı mübarizə və rutin immunlaşdırma proqramlarının gücləndirilməsi məqsədilə ÜST-nin Azərbaycandakı Nümayəndəliyi 2021-ci ilin iyun ayından etibarən Avropa İttifaqının maliyyə dəstəyi ilə üç illik “COVID-19 əleyhinə Vaksinasiyaya Dəstək” layihəsini həyata keçirməyə başlayıb. Bu layihə Avropa İttifaqı və Ümumdünya Səhiyyə Təşkilatının Azərbaycana davamlı dəstəyinin tərkib hissəsidir


Paylaş



Bölmə: Xəbər / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Yanvar 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!