Stansiyaların sayı 40-a çatdırılacaq .....                        Həmədanlıların əmlakı müsadirə olundu .....                        Ərdəbil nümayəndə heyəti Azərbaycana gəlir .....                        Onun üçün mandat sadəcə status deyil… .....                        Siracəddin Səyyid yaradıcılığında ərbəinçilik ənənəsi və irfani poeziyanın yenilənməsi .....                        Sabah hava necə olacaq? .....                        ABŞ kəşfiyyatı təkzib etdi .....                        Ağdama daha 92 ailə köçürülüb .....                        İran danışıqlardan imtina etdi .....                       
Tarix : 27-04-2022, 15:07
"Azərsu" ASC-nin azad edilmiş ərazilərdə 200-dən çox abunəçisi var
"Azərsu" ASC-nin işğaldan azad edilmiş ərazilərdə 200-dən çox abunəçisi var.
Butov.az AzVision.az-a istinadən xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında səhmdar cəmiyyətinin mətbuat katibi Anar Cəbrayıllı bildirib.

Onun sözlərinə görə, hazırda təmsil etdiyi qurumun Şuşa, Kəlbəcər, Zəngilan və Xocavənddə (Hadrut) 4 briqadası fasiləsiz xidmət göstərir: "Həm hərbi obyektləri, həm də orada tikinti və minatəmizləmə işləri aparan mülki əhalini su ilə təchiz edirik. Abunəçilərlə müqavilə bağlayıb sayğaclar quraşdırmışıq. İlk vacib işimiz isə Ağdamda olub. Ötən il burada Türkiyə-Rusiya birgə monitorinq mərkəzinin su təchizatı sistemlərini yenidən qurmuşuq. Bundan başqa, Ağdamın su mənbələrinin müəyyən olunması ilə bağlı kompleks işlər aparmışıq. İki ədəd qiymətləndirmə-kəşfiyyat quyusu qazılıb. O quyularda məhsuldarlıq və suyun keyfiyyəti normalara tam uyğundur. Həmin quyular imkan verdi ki, biz Ağdamın su təchziatını subartezian quyuları vasitəsilə quraq. Gələcəkdə baş plana uyğun olaraq görüləcək işlər çərçivəsində magistral kəmərin, anbarın tikintisi, daxili şəbəkənin yenidən qurulması işlərini həyata keçirəcəyik", - deyə o, qeyd edib.


Paylaş



Bölmə: Xəbər / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    May 2026    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!