Bakıda yaşayış binasında yanğın - Yaralı var .....                        Tehran alov içində - Etirazlar silahlı toqquşmaya çevrilir .....                        SEPAH-ın iki əməkdaşı öldürdüldü .....                        Bu məktəbdə dərslər dayandırıldı - Bina qəzalı imiş .....                        "Fənərbağça" sabiq qapıçısını transfer etdi .....                        Azərbaycanlı gənc ABŞ-də itkin düşdü .....                        Bakıda daha bir ərazidə yaşayış binası plana düşdü .....                        Bələdiyyə sədrinin ölkədən çıxışına “stop” qoyuldu .....                        ABŞ senatı Trampa qadağa qoydu .....                       
Tarix : 24-05-2022, 09:59
Vyanada “Odlar Yurdunun sədaları” beynəlxalq müsabiqə keçirilib
Vyanada şəhərindəki Azərbaycan Mədəniyyət Mərkəzində “Odlar Yurdunun sədaları” beynəlxalq musiqi müsabiqəsinin bağlanış mərasimi keçirilib.

Butov.az Modern.az-a istinadən xəbər verir ki, tədbiri giriş sözü ilə açan Azərbaycan Akademik Birliyinin sədri Kamal Əkbərov klassik musiqinin beşiyi sayılan Vyana şəhərində Azərbaycan klassik musiqisinin təbliğinə xidmət edən belə müsabiqənin keçirilməsinin əhəmiyyətindən danışıb və müsabiqənin ərsəyə gəlməsində əməyi olan bütün tərəfdaşlara minnətdarlığını bildirib.

Sonra münsiflər heyətinin fəxri sədri, Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının rektoru, xalq artisti Fərhad Bədəlbəyli, Azərbaycan Mədəniyyət Mərkəzinin rəhbəri Leyla Qasımova çıxış ediblər. Bildirilib ki, klassik musiqi ifaçılığının inkişafına mühüm töhfə verən müsabiqənin bütün finalçıları yüksək peşəkarlıq nümayiş etdiriblər. Azərbaycan bəstəkarlarının əsərlərini ən yaxşı ifa edən musiqiçilər təqdir edilib. Gənc istedadların üzə çıxarılmasında xüsusi əhəmiyyətə malik olan müsabiqəyə qarşıdakı illərdə uğurlar arzulanıb və Azərbaycan musiqisini tanıtmağa xidmət edən belə layihələrin dəstəklənəcəyi vurğulanıb.

Münsiflərin qərarına əsasən, Heli Kanq (Cənubi Koreya) birinci, Anna Leyerer (Avstriya) ikinci, Qriqorios İoannou (Yunanıstan) isə üçüncü yeri tutublar. Azərbaycan bəstəkarlarının əsərlərini ən yaxşı ifa edən Aleksander Maria Vaqner (Almaniya) və Qriqorios İoannou xüsusi mükafata layiq görülüblər.

Mükafatlandırma mərasimindən sonra qaliblər qala konsertlə çıxış ediblər. Qriqorios İoannounun ifasında Üzeyir Hacıbəylinin “Sənsiz” romansı, Aleksander Maria Vaqnerin ifasında isə Tofiq Quliyevin “Cəmilənin albomu” (On iki pyes) əsəri xüsusi maraq doğurub.

Qeyd edək ki, beynəlxalq müsabiqə Azərbaycan Respublikası Diasporla İş üzrə Dövlət Komitəsi, Mədəniyyət Nazirliyi, ölkəmizin Avstriyadakı səfirliyi və Azərbaycan Mədəniyyət Mərkəzinin dəstəyi, Avstriyada fəaliyyət göstərən Azərbaycan Akademik Birliyinin təşkilatçılığı ilə gerçəkləşdirilib.


Paylaş



Bölmə: Xəbər / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Yanvar 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!