“Qarabağ” güclü komandadır və asan rəqib deyil .....                        Son 10 gündə ikinci əfv fərmanı .....                        Sabah şansımız var - Qurban Qurbanov .....                        “Qiyamət Saatı”nın əqrəbləri dörd saniyə irəli çəkildi .....                        Bayden sükutu pozdu: Trampı tənqid etdi .....                        Azərbaycanda qəribə toy: gəlin onlayn qoşuldu - VİDEO .....                        Baş nazir Bakı buxtası ilə bağlı iclas keçirdi .....                        Ləğv edilən vəzifələrin yerinə bu ştatlar yaradıldı .....                        Sahibə Qafarova Əbu-Dabidə Forumunda .....                       
Tarix : 28-06-2022, 12:47
Cənubi Muğan və Maşın qolu kanallarında lildən təmizləmə işləri aparılıb

Cənubi Muğan Kanalı İstismarı İdarəsi tərəfindən cari ildə Təzə Cənubi Muğan, Köhnə Cənubi Muğan və Maşın qolu kanallarında lildən təmizlənmə işləri davam etdirilib. Əlavə olaraq kanallar üzərində olan hidrotexniki qurğular və istismar yolları da təmir olunub. Bundan başqa, idarənin balansında olan nasos stansiyalarına baxış keçirilərək təmir olunub və yenidən istismara verilib.

Butov.az xəbər verir ki, Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin mətbuat katibi Dilqəm Şərifov AZƏRTAC-a bildirib ki, Cənubi Muğan Kanalı İstismarı İdarəsi Biləsuvar, Cəlilabad, İmişli və Cəbrayıl rayonlarının 85 min hektara yaxın əkin sahəsinin suvarılmasına xidmət edir.

İdarənin balansında 136 kilometr magistral kanallar var ki, onun 46 kilometri beton üzlüklü, 90 kilometri isə torpaq məcrarlı kanallardır. Magistral kanallar üzərində isə 168 texniki qurğu mövcuddur. Onlardan 38-i körpü, 36-sı hidropost, 24-ü səviyyəqaldırıcı qurğu, 68-i isə suburaxıcı qurğulardır. Hazırda idarə plana uyğun olaraq kanallarda lildən təmizləmə işlərini həyata keçirir.

Dilqəm Şərifov, həmçinin qeyd edib ki, ilin əvvəlində Cənubi Muğan Kanalı İstismarı İdarəsinin əməkdaşları Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC-nin rəhbərliyinin tapşırığı əsasında rayon ərazisində yerləşən bütün kəndlərdə sudan istifadə edən mülkiyyətçilərlə görüş keçirib. Görüş zamanı sudan qənaətlə və səmərəli istifadə olunması, növbəlilik qrafikinə əməl edilməsi, gecə suvarması zamanı suyun kollektor-drenaj şəbəkəsinə axıdılmasına yol verilməməsi mövzularında maarifləndirmə işləri aparılıb.




Paylaş



Bölmə: Xəbər / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Yanvar 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!