Laçında möhtəşəm atəşfəşanlıq .....                        İstanbuldan Azərbaycanın iki şəhərinə birbaşa uça biləcəyik .....                        Kurtulmuş yenidən sədr seçildi .....                        Atambayev barədə həbs qərarı verildi .....                        Ceyhun Bayramov Keniya Prezidenti ilə görüşdü .....                        Deputat parlamentdə özünün çılpaq fotosunu göstərdi .....                        Onlar Vardanyanın məhkəməsində ifadə verdilər .....                        Daha iki tiktoker azadlığa buraxıldı .....                        Prezident bu məhkəmələrə hakim təyin etdi - SİYAHI .....                       
Tarix : 30-06-2022, 14:00
Bu telekanala xəbərdarlıq edildi

Azərbaycan Respublikası Audiovizual Şurasının yayım zamanı qanunvericiliyin pozulması faktı ilə əlaqədar iclası keçirilib.

Butov.az xəbər verir ki, Şuradan Publika.az-a verilən məlumata görə, iclasda “MTV” televiziya kanalının efirində 25 iyun 2022-ci il tarixdə saat 12.00–13.00 arası yayımlanan “MTV maqazin” proqramında “Media haqqında” Azərbaycan Respublikası Qanununun 14.1.4-cü maddəsinin (irqi, dini, mənşə, cinsi, etnik və digər ayrı-seçkiliyin təbliğ olunması) tələbinin pozulması faktı müzakirə olunub.

Belə ki, qeyd olunan proqramın yayımı zamanı (saat 12.44-də) müsahibə alınan müğənni tərəfindən “...Ailəni dağıtdın e. Bax, o, kişidi. Yenə də gedib ikinci dəfə evlənəcək. Ay qadın yazıq, bəs sən neynəyəcəksən? Bax, uşaqla da qalacaqsan evin bir küncündə...ikinci dəfə ərə gedəcəksən. O ya çata, ya bata. Uşaqla kimdi səni alan?... Oturacaqsan evdə tək?... boşananlar var ha (qadınlar nəzərdə tutulur), 99 faizi hamısı peşmandı. Nəyə görə? Oturub evdə, ailə yox, bir uşaqla, ərə gedə bilmir, saxlayanı yoxdu... nə xanım kimi xanımdı, ya nökər kimi nökərdi...” ifadələri səsləndirilib.

Efirdən bu cür ifadələrin səsləndirilməsinə yayımçı tərəfindən imkan yaradılması Azərbaycan Respublikasında gender bərabərliyi və bu kontekstdə insan hüquqlarının müdafiəsi istiqamətində həyata keçirilən fəaliyyətə kölgə salmaqla yanaşı, cəmiyyətdə baş verən boşanma və ailə dağılması prosesində zərərçəkən tərəf kimi yalnız qadının göstərilməsi, onun “yazıq” simasının yaradılması cinsi ayrıseçkiliyin təbliği hesab olunur və bununla da “Media haqqında” Azərbaycan Respublikası Qanununun müvafiq tələbi pozulur.

Aparılan müzakirələrdən sonra Azərbaycan Respublikası Audiovizual Şurası “Muz TV Azərbaycan” peyk yayımı həyata keçirən platforma yayımçısına bir daha belə halın təkrarlanacağı təqdirdə ciddi inzibati sanksiya tətbiq ediləcəyi ilə bağlı xəbərdarlıq edilməsi barədə qərar qəbul edib.


Paylaş



Bölmə: Xəbər / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    İyun 2025    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!