ABŞ-də saxlanılan azərbaycanlı alim azadlığa buraxıldı .....                        Pakistanda 145 silahlı zərərsizləşdirildi .....                        Aİ-nin hərbi attaşeləri dərhal İranı tərk etməlidir - İran rəsmisi .....                        Rusiya doğum evini vurdu .....                        ABŞ növbəti 48 saat ərzində İrana zərbə endirə bilər - Vuçiç .....                        Dünya çalxalanır: Epşteyn dosyelərində nələr var? .....                        Əbu-Dabidəki görüş alınmadı - Zelenski açıqladı .....                        Ermənistana Rusiya taxılı daşıyan qatarı Biləcəridən yola düşdü .....                        Zelenski prezidentliyə namizədliyi barədə danışdı .....                       
Tarix : 15-07-2022, 16:43
FHN yanında İctimai Şuranın iclası keçirilib - FOTOLAR

İyulun 15-də Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidmətinin fəaliyyəti ilə əlaqədar FHN yanında İctimai Şuranın iclası keçirilib.

Butov.az xəbər verir ki, FHN-dən "Qafqazinfo"ya verilən məlumata görə, iclasın keçirilməsində əsas məqsəd Dövlət Yanğın Nəzarəti Xidmətinin ölkə ərazisində yanğın təhlükəsizliyinin təmin edilməsi istiqamətində həyata keçirdiyi fəaliyyət, o cümlədən yay mövsümü ilə əlaqədar meşə, əkin və biçilmiş taxıl sahələrində baş verə biləcək yanğınlara qarşı maarifləndirmə tədbirlərinin həyata keçirilməsi istiqamətində görülən işlər və qarşıda duran vəzifələrin ictimai müzakirəsi olub.

İclasda İctimai şuranın sədri Fuad Hacızadə və şuranın digər üzvləri, FHN Regional mərkəzlərlə işin təşkili, layihələrin idarə edilməsi və təhsil məsələləri üzrə Baş idarə rəisinin müavini Gündüz Həmzəyəv, İctimaiyyətlə əlaqə idarəsinin şöbə müdiri Pərviz Cəfərov, Dövlət Yanğın Nəzarəti Xidmətinin rəis müavini daxili xidmət polkovniki Aqşin Kazımov və Xidmətin əməkdaşları iştirak ediblər.

İclasda çıxış edən Xidmətin rəis müavini A.Kazımov təmsil etdiyi qurum tərəfindən ölkə ərazisində yanğın təhlükəsizliyinin təmin olunması istiqamətində görülmüş işlər və qarşıda duran vəzifələr barədə ətraflı məlumat verib. Qeyd olunub ki, Dövlət Yanğın Nəzarəti Xidməti tərəfindən səlahiyyətlərinə uyğun olaraq strateji əhəmiyyət kəsb edən neft-qaz və energetika obyektlərində, ictimai obyektlərdə, nəqliyyat və s. sahələrdə yanğın nəzarəti həyata keçirilib, layihələndirilən, tikintisi həyata keçirilən, istismarda olan bina və qurğuların yanğın təhlükəsizliyi norma və qaydalarının tələblərinə riayət olunmasına nəzarət təmin edilib, təhsil və səhiyyə müəssisələrində, ticarət obyektlərində, inzibati, sənaye və istehsalat obyektlərində, aqrar sahədə, yaşayış yerlərində əhali arasında yanğın təhlükəsizliyi mövzusunda geniş maarifləndirmə işi aparılıb, kənd təsərrüfatı sahəsində, eləcə də meşə sahələrində yanğın təhlükəsizliyinin təmin edilməsi ilə əlaqədar regional seminar-müşavirələr və konfranslar təşkil edilib, qanunvericiliyə riayət etməyən və yanğın təhlükəsizliyi tələblərini pozan müəssisələrə qarşı öz səlahiyyətləri çərçivəsində inzibati tədbirlər həyata keçirilib.

Xidmətin fəaliyyətini ümumilikdə müsbət qiymətləndirən İctimai şura üzvləri yanğınların qarşısının alınması istiqamətində aidiyyəti qurumlarla birgə fəaliyyətin əhəmiyyətini qeyd ediblər.

Qarşılıqlı fikir mübadiləsi şəraitində keçən iclas zamanı İctimai şura üzvləri yanğın təhlükəsizliyinin təmin edilməsi məsələləri ilə bağlı fikir və təkliflərini bildiriblər.




Paylaş



Bölmə: Xəbər / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Fevral 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
232425262728 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!