Maduronun həbsi zamanı 80 nəfər öldürülüb .....                        Oğuzda qəza oldu - Yaralı var .....                        Növbəti hədəf Qrenlandiyadır? .....                        "Real Madrid" öz meydanında 5 qol vurdu .....                        Maduronun mühafizəçiləri öldürülüb .....                        Atasının telefonunu oğurlayıb Bakıda 60 manata satdı – 1 aylıq həbs edildi .....                        Maduronun məhkəməsinin tarixi açıqlandı .....                        Zelenski onu da işdən çıxardı .....                        Venesuelada heç bir ABŞ qoşunu yoxdur .....                       
Tarix : 22-07-2022, 14:30
Suqovuşanda şəhid Soltan Məmmədovun anım mərasimi keçirilib

Suqovuşanda Azərbaycan Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin dəstəyi və ZƏFƏR” Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin təşkilatçılığı ilə şəhid polkovnik-leytenant Soltan Məmmədovun anım gününə həsr olunmuş “Təki Vətən Yaşasın” adlı tədbir keçirilib.

Butov.az "Report"-a istinadən xəbər verir ki, tədbirdə Agentliyin İcraçı direktoru Aygün Əliyeva, Tərtər RİH-nin başçısı Müstəqim Məmmədov, “Zəfər” İB-nin sədri Sevinc Alızadə, Millət vəkilləri İlham Məmmədov, Müşfiq Məmmədli, Sahib Alıyev, şəhid polkovnik-leytenant Soltan Məmmədovun həyat yoldaşı Tünzalə Məmmədova, şəhidin ailə üzvləri, yazıçı-publisist Həmid Herişçi, Şəhid polkovnik-leytenant Soltan Məmmədovun xatirəsinə həsr olunmuş “Yuxuda görmüsən” kompozisiyasının müəllifi, Bakı Musiqi Akademiyasının professoru, şəhid polkovnik-leytenant Rəşad Atakişiyevin xanımı Könül Hüseynova, şəhidin döyüş yoldaşları, vətən müharibəsi qaziləri, şəhid ailələri və media nümayəndələri iştirak ediblər.

Tədbir Hərbi orkestrin ifasında Azərbaycan Dövlət Himni səsləndirilməsi ilə başlayıb.

Açılış nitqi ilə çıxış edən “Zəfər” İB-nin sədri Sevinc Alızadə layihə haqqında geniş məlumat verib və layihənin ərsəyə gəlməsində əməyi keçən hər kəsə öz təşəkkürünü bildirib.

Sonra çıxış edən Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin İcraçı direktoru Aygün Əliyeva bu cür tədbirin keçirilməsi üçün təşəkkür edərək bildirib ki, Agentliyin “Şuşa İli” çərçivəsində elan etdiyi xüsusi qrant müsabiqəsinin qaliblərindən olan “Zəfər” İB-nin “Zəfər-yay məktəbi” layihəsinin tərkib hissəsi olan “Təki Vətən Yaşasın” adlı bugünki ilk tədbiri reallaşır. Məhz polkovnik-leytenant Raquf Orucov, polkovnik-leytenant Soltan Məmmədov və minlərcə igidlərimizin qanı bahasına alınan azad Suqovuşanımızda bu cür layihənin gerçəkləşməsi qürurverici andır.

“Şuşa İli” çərçivəsində azad Qarabağımızın hər bir guşəsində keçiriləcək tədbirlər bu yerlərdə qəhrəman oğullarımızın hər zaman qəlbimizdə yaşadığını bariz nümunə olaraq göstərəcək. Bu kimi qəhrəmanların həyat yolundan örnək almalı, böyüyən gənclərimizin bu qəhrəmanlarımızı tanıması üçün hər birimiz fəal olmalıyıq.

Daha sonra çıxış edən digər natiqlər Tərtər RİH-nin başçısı Müstəqim Məmmədov, Millət vəkilləri İlham Məmmədov, Müşfiq Məmmədli, Sahib Alıyev, yazıçı-publisist Həmid Herişçi, Vətən Müharibəsi Qazisi-Elnur Salahov, Vətən Müharibəsi Qəhrəmanı şəhid polkovnik-leytenant Anar Əliyevin atası-Vaqif Əliyev, şəhid polkovnik-leytenant Rəşad Atakişiyevin xanımı Könül Hüseynova tədbirlə bağlı fikirlərini bölüşərək bildiriblər ki, o insan vətənpərvərdir ki, doğma Vətənini müdafiə etsin, mədəniyyətinin, adət-ənənələrinin qorunmasının cəfakeşi olsun, bayrağını uca tutsun. Qəhrəmanlarımız Azərbaycan Ordusunda nümunəvi xidmət etməklə, işğal olunmuş torpaqlarımızı azad etməklə öz ali məqsədlərinə çatıblar.

Şəhid polkovnik-leytenant Soltan Məmmədovun həyat yoldaşı Tünzalə Məmmədova isə yekun olaraq çıxış edərək bildirib ki,Soltan üçün Vətən anlayışı ən ali dəyər idi. Tünzalə xanım Soltan Məmmədovun xatirəsinə həsr edilən film üçün əməyi keçən hər kəsə təşəkkür edərək, dövlətin şəhid ailələrinə göstərdiyi diqqət və qayğıdan söz açaraq bildirib ki, bütün bunlar şəhid ailələri üçün bir təsəllidir.

Tədbir AR-nın xalq artisti Samir Cəfərovun ifasında “Yuxuda görmüsən” kompozisiyasının təqdimatı ilə yekunlaşıb.


Paylaş



Bölmə: Xəbər / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Yanvar 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!