“Milli Pediatriya Dərnəyinin I Milli Konqresi” keçirilib .....                        Azərbaycanın hərb tarixinə dair kitab türk dilində çapdan çıxıb .....                        Qərib sənətkar .....                        Sürücülərin nəzərinə .....                        “Xankəndi” kitabı işıq üzü görüb .....                        “Ədalət axtarma sən bu dünyada” .....                        Hava proqnozu- Əhalinin nəzərinə .....                        21 saatlıq danışığın sonu .....                        Dil tarixinə dair praktikum .....                       
Tarix : 26-07-2022, 11:16
Qusarçayın Kuzun məntəqəsində suyun səviyyəsi 10 santimetr azalıb

İyulun 26-da Böyük Qafqazın ərazisindən axan Qusarçayın Kuzun məntəqəsində suyun səviyyəsində 10, Vəlvələçayın Təngəaltı məntəqəsində 3, Kiçik Qafqazın ərazisindən axan Şəmkirçayın Qalakənd məntəqəsində 1 santimetr azalma qeydə alınıb. Zəyəmçayın Ağbaşlar, Gəncəçayın Zurnabad, Kürəkçayın Çaykənd, o cümlədən Lənkəran-Astara bölgəsindən axan Lənkərançayın Sifidor məntəqələrində suyun səviyyəsi dəyişməyib. Təngərüdçayın Vaqo məntəqəsində 1 santimetr artıb, Viləşçayın Şıxlar məntəqəsində isə suyun səviyyəsində 2 santimetr azalma müşahidə olunub.

Butov.az xəbər verir ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən AZƏRTAC-a verilən məlumata görə, Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində dəyişiklik qeydə alınmayıb. Hazırda məntəqədə su sərfi 113 kubmetr/saniyə təşkil edir. Bu da ongünlük normanın 74 faizinə bərabərdir. Hazırda sululuq keçən il ilə müqayisədə 8 faiz çoxdur. Qanıx çayının Cəlayir məntəqəsində suyun səviyyəsində 1 santimetr azalma müşahidə olunub. Hazırda məntəqədə su sərfi saniyədə 18 kubmetrə bərabərdir. Bu da ongünlük normanın 20 faizini təşkil edir. Hazırda sululuq keçən il ilə müqayisədə 10 faiz azdır.

Kür çayının Surra məntəqəsində suyun səviyyəsi 3 santimetr artaraq 356 santimetr, su sərfi isə 116 kubmetr/saniyə təşkil edib, Şirvan məntəqəsində suyun səviyyəsi 4 santimetr artaraq 151 santimetr olub, Bankə məntəqəsində suyun səviyyəsi 7 santimetr azalaraq 102 santimetrə, su sərfi isə 33 kubmetr/saniyəyə bərabər olub.


Paylaş



Bölmə: Xəbər / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Aprel 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!