Silahımız yoxdur, amma insanımız var... .....                        Anar Mehdiyevə cinayət işi açıldı .....                        Ermənistanı Rusiyaya birləşdirən yol bağlandı .....                        Ukraynanın inkişafını Putinin gözü götürmədi .....                        İranda etirazçılar prokuroru diri-diri yandırdı .....                        Qonşunun pul və qızılını oğurlayan şəxs saxlanıldı .....                        Abidələrin siyahısına dəyişiklik edildi .....                        Bakıda yaşayış binasında yanğın - Yaralı var .....                        Tehran alov içində - Etirazlar silahlı toqquşmaya çevrilir .....                       
Tarix : 22-08-2022, 20:53
Azərbaycan, İran və Rusiyanın gömrük rəhbərləri bir araya gəldi


Azərbaycan, İran və Rusiyanın gömrük rəhbərləri bir araya gəldi

22 avqust 2022-ci ildə İran İslam Respublikasının paytaxtı Tehran şəhərində Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi sədrinin birinci müavini, sədr vəzifəsini müvəqqəti icra edən, Gömrük general-leytenantı Şahin Bağırovun, İran Gömrüyünün rəisi Əlireza Moqəddəsi və Rusiya Federal Gömrük Xidmətinin rəhbəri Vladimir Bulavinin rəhbərlik etdikləri nümayəndə heyətlərinin iştirakı ilə 3 tərəfli görüş keçirilib. Görüşdə çıxış edən Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi sədrinin birinci müavini, sədr vəzifəsini müvəqqəti icra edən, gömrük general leytenantı Şahin Bağırov gömrük xidməti orqanlarının ilk 3 tərəfli tədbirinin əhəmiyyətini vurğulayıb. O bildirib ki, bu formatda belə görüş ilk olaraq keçirilir. Görüşdə beynəlxalq gömrük əməkdaşlığının inkişaf etdirilməsinin önəmli olduğu qeyd edilib və hər üç ölkənin iştirakı ilə imzalanacaq tranzitin asanlaşırılması üzrə Memorandumun beynəlxalq ticarət-təchizat zəncirinin davamlılığının təmin olunmasına, Şimal-Cənub Nəqliyyat Dəhlizinin imkanlarının genişlənməsinə, İran-Azərbaycan -Rusiya marşurutu üzrə sərhəd keçid məntəqələrində gömrük tranziti əməliyyatlarının asanlaşdırılmasına, yeni çağırışlar əsasında gömrük nəzarətinin həyata keçirilməsinə əlavə imkanlar yaradacaq. Qeyd olunub ki, Azərbaycanın işgaldan azad olunan ərazilərində yeni yaradılan infrastruktur, yollar, logistika mərkəzləri tranzit imkanlarının artırılmasına və genişlənməsinə xüsusi olaraq təkan verəcək. Görüş zamanı vurğulanıb ki, məlumatların əvvəlcədən ötürülməsi və belə mexanizmin yubanmadan tətbiq edilməsi, o cümlədən, konkret icra işlərinin həyata keçirilməsi məsələləri həll olunmaqla dəmiryolu vasitəsilə daşınan yüklər də daxil sərhəd buraxılış məntəqələrində yük daşımaları da ləngimələrə məruz qalmayacaq, nəqliyyat dəhlizlərinin cəlbediciliyi artacaq, əvvəlcədən aparılan ilkin məlumatların elektron mübadiləsi hesabına gömrük prosedurları asanlaşdırılacaq. Yekunda Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi, İran Gömrüyü və Rusiya Federasiyasının Federal Gömrük Xidməti arasında tranzitin asanlaşdırılması üzrə Anlaşma Memorandumu imzalanıb və bu işləri koordinasiya edəcək üç ölkə gömrük orqanlarının yüksək səviyyəli nümayəndələrinin daxil olacağı komitənin yaradılması nəzərdə tutulub.






Paylaş



Bölmə: Xəbər / Karusel / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Yanvar 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!