Ermənistanda poliqonda partlayış: hərbçi öldü .....                        Gəncədə 41 yaşlı kişi bıçaqlandı .....                        Kərəclə Tehranı birləşdirən körpünü vuruldu - 8 ölü, 95 yaralı .....                        Azərbaycanla Rusiya arasında hərbi-texniki əməkdaşlıq müzakirə olunub .....                        Elvin Cəfərquliyev "FIFA Series - 2026"in oyunçularından biri seçildi .....                        Salyanda dördotaqlı ev kül oldu .....                        Hörmüzdən keçiddə rüsum ideyasını 40-dan çox ölkə rədd etdi .....                        Nazirliyin Media və kommunikasiya şöbəsi ləğv edilib .....                        Ağdaşda 28 yaşlı qadın itkin düşüb .....                       
Tarix : 28-08-2022, 20:31
Türkiyə XİN: Münaqişəni dərhal dayandırın!


Türkiyə XİN: Münaqişəni dərhal dayandırın!

Türkiyənin Xarici İşlәr Nazirliyi Liviyada dinc sakinlәrin ölümü ilә nәticәlәnәn silahlı toqquşmalarla bağlı bәyanat yayıb. Bәyanatda Ankaranın narahatlığı ifadə olunub: ‘‘Türkiyə Liviyada dinc əhalinin ölümü ilə nəticələnən və davam etməkdə olan münaqişələri böyük narahatlıqla izləyir. Tәrәflәri təmkin və sağlam düşüncəyə dəvət edir, münaqişələri dərhal dayandırmağa çağırırıq". Türkiyə XİN Liviyada artan zorakılığın xalqın davamlı sülh və sabitliyə nail olmaq əzmini, siyasi prosesi, xüsusən də seçkilərin keçirilməsini inkişaf etdirməyi təhlükə altına qoyduğunu bəyan edib. ‘‘Türkiyə Liviyanın daimi sabitliyi, rifahı və təhlükəsizliyi üçün Liviya xalqının istək və gözləntiləri çərçivəsində ədalətli, azad və ümummilli seçkilərin ən qısa zamanda keçirilməsini vacib hesab edir. Bu çərçivədə Birlәşmiş Millәtlәr Tәşkilatının dəstəyi ilə hüquqi infrastruktur işləri sürətlə tamamlanmalıdır. Bu məqsədlərə uyğun olaraq, indiyə qədər etdiyimiz kimi, liviyalı qardaşlarımızın yanında olmağa, davamlı sülh və sabitliyin bərqərar olması üçün hər cür dəstəyi verməyə davam edəcəyik", - bəyanatda qeyd olunub.


Paylaş



Bölmə: Xəbər / Karusel / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Aprel 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!