Cavid Vəkilov yazır: Müasir Azərbaycan gəncliyinin cəmiyyətdə rolu .....                        Prezident neftin qiymətinin sürətli artımından danışdı .....                        Türkiyə Ordusunun Quru Qoşunları komandanı Naxçıvana gəldi .....                        Bələdiyyələrin məlumatları vahid informasiya sisteminə ötürüləcək .....                        İranla müharibə tezliklə bitəcək - Tramp .....                        Kərim Vəliyev serbiyalı həmkarı ilə təhlükəsizlik məsələlərini müzakirə etdi .....                        İYİ Partiya sədri: Azərbaycanla aramıza nifaq toxumu səpməyə çalışırlar .....                        Koşta Bakı-Naxçıvan dəmir yolu layihəsinin əhəmiyyətindən danışdı .....                        Təhsilin rəqəmsallaşmasına 3 milyon ayrıldı .....                       
Tarix : 26-08-2022, 16:41
Güney Azərbaycan öz övladı ilə Təbrizdə vidalaşdı - FOTOLAR


Bu gün ömrünün yarıdan çoxunu Güney Azərbaycan türklərinin dilinə və kimlik məsələsinə həsr etmiş böyük ziyalı Hüseyn Məhəmmədzadə Sədiq (Hüseyn Düzgün) Təbrizdə milli fəallar və sevənlərinin müşayiəti ilə son mənzilinə yola salındı. Güneylilər onu görkəmli alim, dünya şöhrətli həkim Doktor Cavad Heyətdən sonra ikinci böyükləri hesab edirdilər.

Qeyd edək ki, 23 avqust 2022-ci ildə əbədiyyətə qovuşan Hüseyn Məhəmmədzadə Sədiq 1945-ci ilin iyul ayında Təbrizdə anadan olub.

Hüseyn Düzgün təxəllüsü ilə yüzlərlə yazının müəllifi olan siyasi fəal, publisist, araşdırmaçı, yazıçı Dr. Sədiq İstanbul Universitetinin Türk dili və ədəbiyyatı fakültəsinin məzunu idi. Sonralar həmin Universitetin türk-fars-ərəb dilləri üzrə tətbiqi doktorluq dərəcəsini qazanan alim rejimin Güney Azərbaycandakı bütün qadağalarına baxmayaraq qeyri-rəsmi olaraq Tehran, Kərəc, Urmiya və Zəncan Universitetlərində Azərbaycan türkcəsini tədris edərək dilimizin unudulmaması uğrunda böyük əmək verib.

30-a yaxın kitabın müəllifi, 10-larla əsərin tərcüməçisi olan Hüseyn Məhəmmədzadə Sədiq Azərbaycan xalqının milli haqlarını hər zaman müdafiə etdiyinə görə daim təzyiqlərə və təqiblərə məruz qalıb.
Ruhu şad olsun!

"Güney Xəbərləri" Agentliyi






Paylaş



Bölmə: Xəbər / Güneyin sesi / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Mart 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!