"Milli QHT Forumunda "Kəlağayı Bayramı" silsilə tədbirlərinə start verildi .....                        Qazaxda gənclərin karyera planlama müzakirəsi .....                        Könüllərdə taxt quran kişi .....                        TƏHSİL TARİXİMİZİN SÖNMƏYƏN ÇIRAQLARI .....                        20 oktyabr — Səttarxanın doğum günü: .....                        Zəngilanın dirçəliş və qayıdış dövrü .....                        Sədaqətli dost, dəyərli qələm sahibi .....                        Azərbaycan və Kamboca əməkdaşlığın yeni mərhələsinə hazırlaşır .....                        Onlar məndən, mən onlardan öyrəndim… .....                       
Tarix : 6-09-2022, 20:02
“Həcilər məşuqələrinə psixologiya mərkəzi açır” - Elmir Əkbərdən şok ittihamlar


“Həcilər məşuqələrinə psixologiya mərkəzi açır” - Elmir Əkbərdən şok ittihamlar

"Bu gün Azərbaycanda psixologiya sahəsində vəziyyət ürəkaçan deyil". Bu barədə tanınmış psixoterapevt Elmir Əkbər bir neçə gün əvvəl loqopediya mərkəzində uşaqlara işgəncə verilməsi faktı ilə bağlı danışarkən bildirib. E.Əkbər qeyd edib ki, respublikanı bir-birinə qatan bu hadisə ölkədə birinci hal deyil: "Zaman-zaman belə hallar xırda şəkildə gündəmə gəlib. Mən bu camiədən xəbərdar olduğum üçün deyə bilərəm ki, belə hallar çox olub. Sadəcə bu dəfə sosial şəbəkələr müsbət sosial tənqid rolunu oynadığı üçün bu hadisəni gündəmdən çıxara bilmədilər". Onun sözlərinə görə, yaşanan bu hadisələrin səbəbi həcilərin öz məşuqələrinə, məmurların ağıldan kəm, "debil" qızlarına psixologiya mərkəzləri açmasıdır: “Əvvəllər bu cür qızlara gözəllik salonu açırdılar. İndi isə həmin şəxslərin bu mərkəzi işlətməyə mənəvi haqqının çatıb-çatmadığının fərqinə varmadan onlara psixologiya mərkəzi açırlar. Heyf ki, təhsil haqqında düşünmürlər. Başa düşmürlər ki, istənilən bir problemli insanla loqopedin, psixoloqun işləyə bilməsi üçün pasiyentə ilk növbədə psixoterapevt diaqnoz qoymalıdır. Həkim psixoterapevt kimdir? Azərbaycanda insanlar bunu hələ də bilmir. Dələduzlar da çalışır ki, bunu heç kəsə bildirməsinlər. Həkim psixoterapevtin diplomunda nevropatoloq, yaxud başqa ixtisas yazılmalı deyil. Sırf həkim-psixoterapevt yazılmalıdır. Həkim-psixoterapevtin diaqnostikasından sonra klinik psixoloq, yaxud psixoloq işə başlaya bilər. Panikatak, depressiya kimi problemlər olduqda əgər həkim psixoterapevt yoxdursa, onun seanslarını adi psixoloq yox, klinik psixoloq həyata keçirə bilər. Bütün bunlaradan Azərbaycanda kimin xəbəri var? Heç kimin. Ona görə də, vəziyyət belə bərbad, acınacaqlıdır”. “Ümumiyyətlə, bu hadisədə hamı bir məqamı yaddan çıxarır. Həmin savadsız, səriştəsiz, dırnaqarası mütəxəssis qəzəblənib uşağı sadəcə döymür, hətta ağıza alınmayacaq nalayiq sözlər işlədir. Həmin adam manyakdır. Bu onun verdiyi işgəncədən zövq aldığını göstərir. Başqa bir videoda müəssisənin rəhbərinin də eyni cür davrandığı görünür. Hələ videolarda əks olunmayan nələr yaşanır. Ümumiyyətlə, o kollektiv manyak, psikopat yığınıdır. Təkcə o müəssisədə yox, göbələk kimi çıxmış psixologiya mərkəzlərində vəziyyət belədir”,-deyə E.Əkbər vurğulayıb. Psixoterapevt qeyd edib ki, ümumiyyətlə günah valideynlərdədir: “Valideynlər özlərinə bir corab, ayaqqabı alanda ölçüb-biçib maraqlanıb alırlar. Bəs uşağını bu tip mərkəzlərə aparanda maraqlanırmı ki, orada fəaliyyət göstərən psixoloqların təhsili nədir, onlar hansı savada malikdir. Valideyn niyə maraqlanmayıb dələduzun, fırıldaqçının yanına gedir. Bu göstərir ki, valideyn öz övladına səhlənkar yanaşır. Yəqin, hər kəsin tanıdığı elə bir adam var ki, dünənə kimi başqa adam olub indi isə psixoloq kimi ortalığa çıxıb fəaliyyət göstərir. Nə oldu, Görüş filmində kişinin başına boranı düşən kimi, boranı düşür başlarına psixoloq olurlar? Corab toxuyan, yorğan sırıyan hamı özünü psixoloq adlandırır. Fahişəliklə məşğul olanlar belə bugün özünü psixoloq adlandırır. Dəhşətdir. Bu hal çox geniş yayılıb. Nəticədə həqiqi psixoloqların günü qara olub. Problem odur ki, Azərbaycanda psixologiya, psixoterapiya liqası hələ bu il yaranıb. Ona görə də, bu halların tənzimlənməsi belə bərbaddır. Nəticədə, çox savadlı, dəyərli psixoloqlar xaricə köçüb gedirlər. Çünki camaatın gözündən bu ixtisası çox pis şəkildə salıblar. İnsanlar sosial şəbəkələrdə hələ də fəaliyyət göstərən dırnaqarası psixoloqların yanına gedir. Elə bilirlər ki, elə hamı o cürdür. Düşünürəm ki, Liqa belələrini məhkəməyə verməlidir. Onların ucbatından psixoloqların adı batır”. Onun sözlərinə görə, bu gün Azərbaycanda psixoterapevtlərin sayı da çox azdır: “Mütəxəssislər barmaqla sayılacaq qədərdir. Onların da təhsil peoblemi var. Psixologiya, psixoterapiya elə bir elmdir ki, ona kitab oxumaqla yiyələnmək mümkün deyil. Kitab oxumaqla böyrək, ciyər həkimi olmaq olar, ancaq psixoterapiyanı, klinik psixologiyanı öyrənən adam mütləq Viktor Franka, Karl Qustoya, Vi Yonqaya, ya da Zigmund Freydə gedib çıxmalıdır. Əgər bu əlaqəlilik, bu zəncir yoxdursa, demək o heç vaxt peşəkar mütəxəssis ola bilməz. İnsanlar təəssüf ki, öz təhsillərinə yatırım etmək istəmirlər. İndi bir çoxu attestatla Türkiyəyə gedib oranın geridə qalmış universitetlərini bitirir. Dörd ildən sonra Azərbaycana böyük bir sürünün axını olacaq. Onlar hansı ağlın sahibidir, onlardan nə olacaq? Mən qızlardan abituriyent imtahanı götürülməməsinin tərəfdarıyam. Ancaq insanların intellektual qabiliyyəti yoxlanılmalıdır. Həkim olan, psixoloq olan adamın vəziyyəti çox bərbaddır. Yoxlanılmalıdır ki, onun bu sahədə olub, insanlarla işləməyə haqqı çatır? Yenə deyirəm ki, başqa sahədən olan insanların əksəriyyəti daha sonra onlayn şəkildə Ukraynadan saxta diplomlar alıblar. Yaxud Türkiyə universitetlərinə attestatla qəbul olub oxuyublar. İnsanlar ayıq olmalıdır. Hara, kimin yanına gedtiklərini bilməlidirlər. İşgəncə verən qadına gəlincə, o necə qadındır, necə anadır ki, dili ilə dərdini deyə bilməyən bir uşağa o cür zülm edir. Mən hesab edirəm ki, o heç öz övladlarına da yaxşı ana deyil. Bu tip insanlara başqalarına nümunə olması üçün ən ağır cəza verilməlidir”.



Paylaş



Bölmə: Xəbər / Karusel / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Zəngilanın dirçəliş   və qayıdış dövrü


Zəngilanın dirçəliş

və qayıdış dövrü


Azərbaycan tarixinin ən şanlı səhifəsi olan Vətən müharibəsi bizə təkcə torpaqlarımızı deyil, ləyaqətimizi, qürurumuzu qaytardı. Həmin qürurun ən parlaq ünvanlarından biri də Zəngilandır. 2020-ci il sentyabrın 27-də başlanan Zəfər yürüşü zamanı şərqdən, Cəbrayıl istiqamətindən düşmənə vurulan sarsıdıcı zərbələr nəticəsində Azərbaycan Ordusu 30-dan çox yaşayış məntəqəsini azad edərək Zəngilanın inzibati hüdudlarına çatdı. Oktyabrın 18-də rayonun tam azad edilməsi uğrunda genişmiqyaslı əməliyyata start verildi və cəmi iki gün sonra, oktyabrın 20-də Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev xalqa müraciətində Havalı, Zərnəli, Məmmədbəyli, Həkəri, Şərifan, Birinci Muğanlı kəndlərinin və Zəngilan şəhərinin işğaldan azad edildiyini elan etdi. Beləliklə, Zəngilan döyüşləri nəticəsində 1 şəhər, 4 qəsəbə və 49 kənd düşmən tapdağından xilas edildi və bununla da 132 kilometrlik Azərbaycan-İran dövlət sərhədi tam bərpa olundu. İşğalın bitməsindən dərhal sonra sərhəd boyunca zəruri istehkam və mühafizə işlərinə başlanıldı.

Qərbi zəngəzurlular Zəngilan şəhidliyində

Bu tarixi qələbənin əbədiləşdirilməsi üçün 2020-ci il noyabrın 26-da “Zəngilanın azad olunmasına görə” medalı təsis edildi və 6974 hərbi qulluqçumuz bu medalla təltif olundu. Prezidentin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə isə 20 oktyabr tarixi Zəngilan şəhəri günü kimi rəsmiləşdirildi. Zəngilanın azad olunması Böyük Qayıdışın başlanğıcı oldu. Bu gün dövlətin ən böyük hədəfi həmin torpaqları yenidən həyatla doldurmaqdır. 2026-cı il 1 oktyabr tarixinə olan məlumata görə, Zəngilan şəhərində 84 ailə, yəni 339 nəfər, Ağalı kəndində 234 ailə, yəni 1017 nəfər, Məmmədbəyli kəndində isə 179 ailə, yəni 903 nəfər öz doğma ocağına qayıdıb. Köçürülən ailələr peşə və bacarıqlarına uyğun olaraq müxtəlif dövlət qurumlarında, tikinti şirkətlərində, tikiş fabrikində və digər sahələrdə işlə təmin edilirlər.Bu qayıdışın dünyaya nümunə olan simvolu isə Ağalı kəndidir. Ağalı təkcə Azərbaycanda deyil, dünyanın ən müasir kəndlərindən biri hesab olunur. Burada “ağıllı kənd” konsepsiyası tam şəkildə tətbiq edilib. Dayanıqlı inkişafın təmin olunması üçün sosial-iqtisadi xidmətlər ən yüksək texnologiyalarla qurulub. Kəndin enerji təminatı ekoloji cəhətdən tam təmizdir, Həkəri çayı üzərində 3 turbindən ibarət Arximed tipli su elektrik stansiyası və gücü 325 kilovat olan günəş panelləri quraşdırılıb. Evlərdə istilik xərclərini azaltmaq üçün kombinə edilmiş sistemlər, mətbəx sobası və yüksək səmərəli elektrod boilerlər var. Suyun isidilməsi üçün günəş kollektorlarından, çirkab suların təmizlənməsi üçün bioloji təmizləmə qurğularından istifadə olunur.
Kənddə GPON texnologiyası ilə yüksək sürətli internet, İP TV, video müşahidə kameraları, ağıllı işıq dirəkləri və avtomatik hava müşahidə stansiyaları var. Əhalinin rahatlığı üçün Tele-səhiyyə, E-təhsil və digər elektron xidmətlər, ASAN, DOST, məktəb, bağça, tibb məntəqəsi, kiçik və orta biznesə dəstək mərkəzləri fəaliyyət göstərir. Ümumi sahəsi 2 hektardan çox olan park salınıb. Bütün bunlar onu göstərir ki, Ağalı kəndi sadəcə yaşayış məntəqəsi deyil, gələcəyin kənd modelidir. Nazirlər Kabinetinin 30 oktyabr 2023-cü ildə təsdiq etdiyi Baş Plana əsasən şəhərin 2040-cı ilədək inkişafı üçün böyük vəsait ayrılıb. 2022-ci ildə təməli qoyulan 104 mənzilli ilk yaşayış kompleksinin açılışı 2026-cı ildə olub. Kompleksin ərazisi 2 hektardan artıqdır və burada 12 bina, o cümlədən 4 ədəd üçmərtəbəli 60 mənzilli və 8 ədəd ikimərtəbəli 44 mənzilli evlər tikilib.

Azad Zəngilanın qonaqları

Zəngilan Beynəlxalq Hava Limanı bu bölgənin inkişafı üçün mühüm faktora çevrilib. Zəngəzur dəhlizinin hava infrastrukturu ilə gücləndirilməsi baxımından hava limanı strateji əhəmiyyət daşıyır. Eyni zamanda Horadiz-Zəngilan-Ağbənd dəmir yolunun inşası da böyük strateji əhəmiyyətə malikdir. Bu yol azad edilmiş torpaqlara həm vətəndaşların qayıdışı, həm də yüklərin daşınması üçün tarixi imkan yaradır. Artıq yolun birinci mərhələsi üzrə böyük hissə tamamlanıb və Araz İqtisadi Zonası Sənaye Parkına yüklər daşınır. Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolunun uzunluğu 126,3 kilometrdir, illik buraxılış qabiliyyəti 15 milyon tondur və layihənin 2026-cı ilin ikinci yarısında yekunlaşdırılması nəzərdə tutulur. İşğal dövründə tövlə kimi istifadə olunan XIX əsrə aid Zəngilan şəhər məscidi Heydər Əliyev Fondu tərəfindən bərpa olunub. Bərpa-tikinti işləri çərçivəsində tarixi məscid konservasiya edilib və onun yanında düzbucaqlı planlı, iki minarəli yeni məscid inşa edilib. Yeni məsciddə 220 və 100 nəfərlik ibadət zalları yaradılıb. Rayonun gələcəyi üçün turizm və kənd təsərrüfatı da unudulmayıb. 2024-cü il mayın 18-də Ağalı kəndində, Həkəri çayı vasitəsilə yaradılmış süni gölün sahilində “Ağalı” hoteli açılıb. Zəngilan İstirahət Kompleksində 111 nömrəli hotelin təməli 2023-cü il mayın 4-də qoyulub. 2026-cı il mayın 10-da isə “Zəngilan City Park Hotel”in təməli qoyulub. Kənd təsərrüfatı sahəsində isə “Dost Aqropark” layihəsi həyata keçirilir. Azərbaycan və Türkiyə şirkətlərinin birgə layihəsi olan bu kompleks tam başa çatdıqda 500 nəfəri işlə təmin edəcək və 100 milyon dollar sərmayə qoyulacaq. Layihənin birinci mərhələsində 5200 kvadratmetr qapalı, 113 min kvadratmetr açıq tipli heyvandarlıq kompleksləri, sosial obyektlər, kafe, kinoteatr tikilib.
Beləliklə, Zəngilan bu gün sadəcə işğaldan azad edilmiş bir rayon deyil, Azərbaycan dövlətinin qüdrətinin, iradəsinin və gələcəyə olan inamının canlı rəmzidir. Burada hər daş, hər tikilən ev, hər qayıdan ailə 30 illik həsrətin sonu və Böyük Qayıdışın əbədi başlanğıcıdır.

Mahnur Hüseynova
Xırdalan şəhər 8 nömrəli tam orta ümumtəhsil məktəbinin direktoru
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!