Könüllərdə taxt quran kişi .....                        TƏHSİL TARİXİMİZİN SÖNMƏYƏN ÇIRAQLARI .....                        20 oktyabr — Səttarxanın doğum günü: .....                        Zəngilanın dirçəliş və qayıdış dövrü .....                        Sədaqətli dost, dəyərli qələm sahibi .....                        Azərbaycan və Kamboca əməkdaşlığın yeni mərhələsinə hazırlaşır .....                        Onlar məndən, mən onlardan öyrəndim… .....                        Azərbaycan 2030-cu ilə qədər tranzit hədəfini açıqladı .....                        “70-in işığında” .....                       
Tarix : 3-10-2022, 20:47
Rasim Məmmədovun müavininə də cinayət işi açılıb


Rasim Məmmədovun müavininə də cinayət işi açılıb

"Baku Steel Company” şirkətinin sabiq rəhbəri Rasim Məmmədovun cinayət işi ilə bağlı məhkəmə prosesi davam etdirilib. Butov.az xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Leyla Əsgərova-Məmmədovanın sədrliyi ilə keçirilən iclasda "Baku Steel Company"nin maliyyə direktoru, sonradan isə müşahidə şurası sədrinin birinci müavini olmuş Çingiz Həsənov dindirilib. Məhkəmədə məlum ki, cinayət işi ilə bağlı Rasim Məmmədovla birgə Çingiz Həsənov da həbs olunubmuş. Eyni maddələrlə ittiham olunan Çingiz Həsənov 8 ay Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) təcridxanasında saxlandıldıqdan sonra azadlığa buraxılıb. Hazırda onunla bağlı cinayət işi ayrıca icraata götürülüb. Rasim Məmmədovun vəkilləri Pərviz Məmmədov və Zibeydə Sadıqova vəsatət qaldıraraq təqsirləndirilən şəxs kimi tanınmış şəxsin şahid qismində ifadə verməsinə etiraz ediblər:"Çingiz Həsənov da Rasim Məmmədovla birgə eyni maddələrlə ittiham olunur. Biz indi onun hansı ifadəsinə inanacağıq?" Məhkəmə vəsatəti əsasız hesab edərək rədd edib. Şahid, Rasim Məmmədovla eyni məktəbdə oxuduğunu, aralarında möhkəm dostluq münasibətləri olduğunu, sonradan isə onun şirkətində işləməyə başladığını deyib. Çingiz Həsənov işlə bağlı danışarkən deyib ki, "Baku Steel Company"dən qeyri-rəsmi metallar çıxıb, buna görə də sonradan kassada kəsir yaranıb: "O kəsirə görə mən 8 ay həbsdə yatdım. Rasimə dəfələrlə demişdim ki, buna görə bizim başımız ağrıyacaq. Hər dəfə də deyirdi ki, bağlanacaq". Dövlət ittihamçısı ilə sual-cavabı zamanı Rasim Məmmədova məxsus 3 ofşor şirkətin olduğu məlum olub. Təqsirləndirilən şəxslə şahidin üzləşməsi zamanı aralarında mübahisə yaranıb: "Sən deyirsən mənim dostum olmusan, amma elə olmadığını gördüm. Mən istintaq dövründə 22 milyon pul bağlamışam". Bu zaman şahid Rasim Məmmədovu işi düz qurmamaqda, hər şeyi başqalarının üstünə atmaqda ittiham edib: "Adam öz mənliyini, şərəfini qoruyar. Sən yaxşı dost olsaydın qoymazdın içəri düşək". Rasim Məmmədov isə şahidə "Danışığını bil, heç vaxt mənimlə belə danışa bilməmisən", deyə cavab verib. Prosesin davamında şahidin istintaq dövründə verdiyi ifadə elan olunub. Sabiq maliyyə direktoru həmin ifadəsində kassada yaranan kəsirlərin Rasim Məmmədovun şəxsi xərclərinə pullar xərcləməsi ilə əlaqələndirib. Rasim Məmmədov ifadəsini belə bitirib: "Mənim pulum gedib, zavodlarım gedib, özüm də gəlib oturmuşam burda. Kimsə kiminsə malını satıb göndərib N saylı mərkəzə. Problem məndədir ki, bu zavodu almışam"."Baku Steel Company"in tərkibindəki "Azəri Boru" şirkətinin 6 il rəhbəri olmuş Bahadur Əliyev də məhkəmədə ifadə verib. Şahidin sözlərinə görə, işlədiyi müddətdə "Baku Steel Company"ə 98 min 800 ton metal göndərilib. Şahidin ifadəsində ziddiyyətlər yarandığı üçün istintaq dövründəki ifadəsi elan olunub. O, istintaqdakı ifadəsində "Azəri Boru"dan çıxan metalın sadəcə, 10-15 faizinin rəsmiləşdirildiyini, şirkətin Vergilər Nazirliyinə 6 milyon manat borcu yarandıqdan sonra isə işdən çıxdığını deyib: "Rasimə dəfələrlə demişdim ki, şirkətin bu qədər borcu var. Buna görə neçə dəfə Vergilər Nazirliyinə gedib-gəldim. Axırda bezib işdən çıxdım". Şahid şirkətdən çıxan metalın 80-85 faizinin rəsmiləşdirilməməsi ilə bağlı dediklərini məhkəmədə boynuna almayıb:"Mən bilmirəm". Bu cavab isə prokuror Orxan Səmədovu qane etməyib: "İstintaqda başqa şey demisiz, burda başqa şey deyirsiz. Orda da deyərdiz ki, bilmirəm də". Təqsirləndirilən şəxs şahidin istintaq zamanı verdiyi ifadəsi ilə razılaşmayıb: "Mənim səhvimdir ki, 20 milyona "AzəriBoru"nu almışam. Möhtərəm hakim, bu işin axırını siz də bilirsiz, mən də. Gəlin, qurtaraq bu söhbəti". Xatırladaq ki, Rasim Məmmədov Dövlət Təhlükəsizlik Xidməti (DTX) tərəfindən həbs olunub. O, Cinayət Məcəlləsinin 179.4 (mənimsəmə və ya israfetmə, xüsusilə külli miqdarda ziyan vurmaqla törədildikdə), 193.3.2 (xüsusilə külli miqdarda gəlir əldə etməklə yalan sahibkarlıq), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə, ağır nəticələrə səbəb olduqda) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham olunur.


Paylaş



Bölmə: Xəbər / Karusel / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Zəngilanın dirçəliş   və qayıdış dövrü


Zəngilanın dirçəliş

və qayıdış dövrü


Azərbaycan tarixinin ən şanlı səhifəsi olan Vətən müharibəsi bizə təkcə torpaqlarımızı deyil, ləyaqətimizi, qürurumuzu qaytardı. Həmin qürurun ən parlaq ünvanlarından biri də Zəngilandır. 2020-ci il sentyabrın 27-də başlanan Zəfər yürüşü zamanı şərqdən, Cəbrayıl istiqamətindən düşmənə vurulan sarsıdıcı zərbələr nəticəsində Azərbaycan Ordusu 30-dan çox yaşayış məntəqəsini azad edərək Zəngilanın inzibati hüdudlarına çatdı. Oktyabrın 18-də rayonun tam azad edilməsi uğrunda genişmiqyaslı əməliyyata start verildi və cəmi iki gün sonra, oktyabrın 20-də Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev xalqa müraciətində Havalı, Zərnəli, Məmmədbəyli, Həkəri, Şərifan, Birinci Muğanlı kəndlərinin və Zəngilan şəhərinin işğaldan azad edildiyini elan etdi. Beləliklə, Zəngilan döyüşləri nəticəsində 1 şəhər, 4 qəsəbə və 49 kənd düşmən tapdağından xilas edildi və bununla da 132 kilometrlik Azərbaycan-İran dövlət sərhədi tam bərpa olundu. İşğalın bitməsindən dərhal sonra sərhəd boyunca zəruri istehkam və mühafizə işlərinə başlanıldı.

Qərbi zəngəzurlular Zəngilan şəhidliyində

Bu tarixi qələbənin əbədiləşdirilməsi üçün 2020-ci il noyabrın 26-da “Zəngilanın azad olunmasına görə” medalı təsis edildi və 6974 hərbi qulluqçumuz bu medalla təltif olundu. Prezidentin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə isə 20 oktyabr tarixi Zəngilan şəhəri günü kimi rəsmiləşdirildi. Zəngilanın azad olunması Böyük Qayıdışın başlanğıcı oldu. Bu gün dövlətin ən böyük hədəfi həmin torpaqları yenidən həyatla doldurmaqdır. 2026-cı il 1 oktyabr tarixinə olan məlumata görə, Zəngilan şəhərində 84 ailə, yəni 339 nəfər, Ağalı kəndində 234 ailə, yəni 1017 nəfər, Məmmədbəyli kəndində isə 179 ailə, yəni 903 nəfər öz doğma ocağına qayıdıb. Köçürülən ailələr peşə və bacarıqlarına uyğun olaraq müxtəlif dövlət qurumlarında, tikinti şirkətlərində, tikiş fabrikində və digər sahələrdə işlə təmin edilirlər.Bu qayıdışın dünyaya nümunə olan simvolu isə Ağalı kəndidir. Ağalı təkcə Azərbaycanda deyil, dünyanın ən müasir kəndlərindən biri hesab olunur. Burada “ağıllı kənd” konsepsiyası tam şəkildə tətbiq edilib. Dayanıqlı inkişafın təmin olunması üçün sosial-iqtisadi xidmətlər ən yüksək texnologiyalarla qurulub. Kəndin enerji təminatı ekoloji cəhətdən tam təmizdir, Həkəri çayı üzərində 3 turbindən ibarət Arximed tipli su elektrik stansiyası və gücü 325 kilovat olan günəş panelləri quraşdırılıb. Evlərdə istilik xərclərini azaltmaq üçün kombinə edilmiş sistemlər, mətbəx sobası və yüksək səmərəli elektrod boilerlər var. Suyun isidilməsi üçün günəş kollektorlarından, çirkab suların təmizlənməsi üçün bioloji təmizləmə qurğularından istifadə olunur.
Kənddə GPON texnologiyası ilə yüksək sürətli internet, İP TV, video müşahidə kameraları, ağıllı işıq dirəkləri və avtomatik hava müşahidə stansiyaları var. Əhalinin rahatlığı üçün Tele-səhiyyə, E-təhsil və digər elektron xidmətlər, ASAN, DOST, məktəb, bağça, tibb məntəqəsi, kiçik və orta biznesə dəstək mərkəzləri fəaliyyət göstərir. Ümumi sahəsi 2 hektardan çox olan park salınıb. Bütün bunlar onu göstərir ki, Ağalı kəndi sadəcə yaşayış məntəqəsi deyil, gələcəyin kənd modelidir. Nazirlər Kabinetinin 30 oktyabr 2023-cü ildə təsdiq etdiyi Baş Plana əsasən şəhərin 2040-cı ilədək inkişafı üçün böyük vəsait ayrılıb. 2022-ci ildə təməli qoyulan 104 mənzilli ilk yaşayış kompleksinin açılışı 2026-cı ildə olub. Kompleksin ərazisi 2 hektardan artıqdır və burada 12 bina, o cümlədən 4 ədəd üçmərtəbəli 60 mənzilli və 8 ədəd ikimərtəbəli 44 mənzilli evlər tikilib.

Azad Zəngilanın qonaqları

Zəngilan Beynəlxalq Hava Limanı bu bölgənin inkişafı üçün mühüm faktora çevrilib. Zəngəzur dəhlizinin hava infrastrukturu ilə gücləndirilməsi baxımından hava limanı strateji əhəmiyyət daşıyır. Eyni zamanda Horadiz-Zəngilan-Ağbənd dəmir yolunun inşası da böyük strateji əhəmiyyətə malikdir. Bu yol azad edilmiş torpaqlara həm vətəndaşların qayıdışı, həm də yüklərin daşınması üçün tarixi imkan yaradır. Artıq yolun birinci mərhələsi üzrə böyük hissə tamamlanıb və Araz İqtisadi Zonası Sənaye Parkına yüklər daşınır. Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolunun uzunluğu 126,3 kilometrdir, illik buraxılış qabiliyyəti 15 milyon tondur və layihənin 2026-cı ilin ikinci yarısında yekunlaşdırılması nəzərdə tutulur. İşğal dövründə tövlə kimi istifadə olunan XIX əsrə aid Zəngilan şəhər məscidi Heydər Əliyev Fondu tərəfindən bərpa olunub. Bərpa-tikinti işləri çərçivəsində tarixi məscid konservasiya edilib və onun yanında düzbucaqlı planlı, iki minarəli yeni məscid inşa edilib. Yeni məsciddə 220 və 100 nəfərlik ibadət zalları yaradılıb. Rayonun gələcəyi üçün turizm və kənd təsərrüfatı da unudulmayıb. 2024-cü il mayın 18-də Ağalı kəndində, Həkəri çayı vasitəsilə yaradılmış süni gölün sahilində “Ağalı” hoteli açılıb. Zəngilan İstirahət Kompleksində 111 nömrəli hotelin təməli 2023-cü il mayın 4-də qoyulub. 2026-cı il mayın 10-da isə “Zəngilan City Park Hotel”in təməli qoyulub. Kənd təsərrüfatı sahəsində isə “Dost Aqropark” layihəsi həyata keçirilir. Azərbaycan və Türkiyə şirkətlərinin birgə layihəsi olan bu kompleks tam başa çatdıqda 500 nəfəri işlə təmin edəcək və 100 milyon dollar sərmayə qoyulacaq. Layihənin birinci mərhələsində 5200 kvadratmetr qapalı, 113 min kvadratmetr açıq tipli heyvandarlıq kompleksləri, sosial obyektlər, kafe, kinoteatr tikilib.
Beləliklə, Zəngilan bu gün sadəcə işğaldan azad edilmiş bir rayon deyil, Azərbaycan dövlətinin qüdrətinin, iradəsinin və gələcəyə olan inamının canlı rəmzidir. Burada hər daş, hər tikilən ev, hər qayıdan ailə 30 illik həsrətin sonu və Böyük Qayıdışın əbədi başlanğıcıdır.

Mahnur Hüseynova
Xırdalan şəhər 8 nömrəli tam orta ümumtəhsil məktəbinin direktoru
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!