"Milli QHT Forumunda "Kəlağayı Bayramı" silsilə tədbirlərinə start verildi .....                        Qazaxda gənclərin karyera planlama müzakirəsi .....                        Könüllərdə taxt quran kişi .....                        TƏHSİL TARİXİMİZİN SÖNMƏYƏN ÇIRAQLARI .....                        20 oktyabr — Səttarxanın doğum günü: .....                        Zəngilanın dirçəliş və qayıdış dövrü .....                        Sədaqətli dost, dəyərli qələm sahibi .....                        Azərbaycan və Kamboca əməkdaşlığın yeni mərhələsinə hazırlaşır .....                        Onlar məndən, mən onlardan öyrəndim… .....                       
Tarix : 20-10-2022, 14:56
22 yaşlı Vətən Müharibəsi Qəhrəmanı: “Ölüm-dirim savaşı apardıq”


22 yaşlı Vətən Müharibəsi Qəhrəmanı: “Ölüm-dirim savaşı apardıq”

“Füzulinin bir çox kəndini azad etsək də, rayonun özünə girmədik, əks tərəfdən iki gün palçıqlı sahələrlə yol qət edərək Cəbrayıla yollandıq. Burada da Silahlı Qüvvələrimiz düşməni darmadağın edərək qaçmağa məcbur etdi. Cəbrayıl rayonunun girişinə bayrağımızı sancdıq. Bir gün rayonun mühafizəsini saxladıq və digər korpusa təhvil verəndən sonra yenidən ikigünlük təxliyəyə qayıtdıq”. Bu barədə Xüsusi Təyinatlı Qüvvələrin "N" saylı hərbi hissəsinin əsgəri olmuş Yaqubov Vüsal “Azərbaycan” qəzetinə müsahibəsində danışıb. O bildirib ki, Cəbrayıl rayonundan sonra istiqamət Qubadlı və Zəngilan rayonlarının ərazisinə olsa da, əmrə əsasən birbaşa Şuşaya doğru gedildi. “Buna görə Füzuliyə doğru gedib rayonun mərkəzinə hərəkət etdik. Burada şəhidlərimiz və yaralılarımız oldu, hətta əsir düşə biləcəyimiz anları da yaşadıq. Amma 14 gün Füzuli uğrunda ölüm-dirim savaşı apararaq, nəhayət, rayonun mərkəzini tam azad etdik. Bundan sonra Xocavənd rayonuna doğru istiqamət aldıq. Həyatımda heç zaman yadımdan çıxmayacaq, ölümün bir addımlığında olduğum və bəlkə də bir döyüşçü kimi taleyimi dəyişdirən savaş səhnəsi ilə Xocalının Sığnaq kəndində qarşılaşdım. Həmin kənddə durduğum mövqenin arxasında döyüşçülərimiz düşmənlə atışırdılar, mən də yolun mühafizəsində idim. Birdən əsgər yoldaşım dedi ki, Yaqubov, bizim formada şəxsi heyət gəlir. Dedim, ola bilsin ki, bizə kömək gəlir. Sonra isə düşündüm ki, bizə kömək gecə saat 1-də gəlib çatacaq, indi isə haradasa saat 17-18 radələridir. Amma yenə də öz-özümə dedim, get bax. Bu zaman başımı sağa çevirəndə gördüm ki, palçıqlı, ağrəngli bir "Pikap" meşənin içərisindən yola çıxır, maşının arxasında da iriçaplı pulemyot var. Aramızda 40 metr məsafə olardı. Arxadan baxanda üzərindəki döyüşçünün kaskası bizim Milli Ordunun kaskasına oxşayırdı. Bir anlıq tərəddüd etdim ki, birdən öz döyüşçümüz olar, vuraram, Vətən xaini olaram, yaxud da vurmaram, şəxsi heyətimizi qırar. Aramızdakı məsafə bir az da azalanda o məni gördü və dərhal gözünü nişangaha qoydu ki, vursun. Mən bir-iki saniyə ondan cəld davranaraq pulemyotla onun alnından vurdum. Başı pulemyotun üzərinə əyildi, sadəcə, əli tətikdə olduğu üçün güllələr gəlib böyrümə mövqe üçün qoyduğum dəmirə dəydi, amma qəlpələri məni də tutdu. Buna baxmayaraq, silahı susdurmadım, atış vəziyyətində saxladım, maşının içərisindəkilərə də xəsarət yetirdim. Daha sonra əl qumbarasını çəkib maşının arxasına atdım və bundan istifadə edib yerdəyişmə etdim. 10 saniyə sonra onlar mənim çıxdığım yeri RPG qumbaraatanla vurdular. Sonra bildik ki, mən vuran "Pikap"dan əlavə daha bir "Pikap" da var imiş, onların arxasında isə 11 nəfər şəxsi heyət - hamısı da xüsusi təyinatlılar. Mən birinci maşındakıları vurandan sonra digərləri qorxaraq dərəyə düşmüş və oradakı taqımımızla atışmışdılar. Həmin vaxt düşmənin xüsusi təyinatlı alayının 20-yə yaxın döyüşçüsü ilə təkbaşına döyüşdüyümə görə "Vətən Müharibəsi Qəhrəmanı" adına layiq görüldüm”. Qeyd edək ki, Yaqubov Vüsal 2001-ci il martın 2-də Bakının Əhmədli qəsəbəsində anadan olub. Əslən Qubadlı rayonunun Yusifbəyli kəndindəndir. 2007-2018-ci illərdə Sumqayıt şəhərindəki 37 nömrəli tam orta məktəbdə təhsil alıb. Göyçay Rayon İdarəetmə və Texnologiya Kollecində nəqliyyat vasitələrinin təmiri və servisi ixtisasında 6 ay oxuduqdan sonra təhsilini donduraraq 1 aprel 2019-cu ildə müddətli həqiqi hərbi xidmətə yollanıb. Hərbi xidmətə "N" saylı hərbi hissədə başlayıb, daha sonra Xüsusi Təyinatlı Qüvvələrin "N" saylı hərbi hissəsində xidmətini davam etdirib. Hərbi xidmətdən tərxis müddətinə 4 gün qalmış İkinci Qarabağ müharibəsi başlayıb və o, Xüsusi Təyinatlı Qüvvələrin əsgəri kimi Cəbrayılın, Füzulinin, Xocavəndin, Kəlbəcərin, Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib. Vətən Müharibəsi Qəhrəmanıdır. "Cəbrayılın azad olunmasına görə", "Füzulinin azad olunmasına görə", "Şuşanın azad olunmasına görə" medalları ilə təltif olunub.


Paylaş



Bölmə: Xəbər / Karusel / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Zəngilanın dirçəliş   və qayıdış dövrü


Zəngilanın dirçəliş

və qayıdış dövrü


Azərbaycan tarixinin ən şanlı səhifəsi olan Vətən müharibəsi bizə təkcə torpaqlarımızı deyil, ləyaqətimizi, qürurumuzu qaytardı. Həmin qürurun ən parlaq ünvanlarından biri də Zəngilandır. 2020-ci il sentyabrın 27-də başlanan Zəfər yürüşü zamanı şərqdən, Cəbrayıl istiqamətindən düşmənə vurulan sarsıdıcı zərbələr nəticəsində Azərbaycan Ordusu 30-dan çox yaşayış məntəqəsini azad edərək Zəngilanın inzibati hüdudlarına çatdı. Oktyabrın 18-də rayonun tam azad edilməsi uğrunda genişmiqyaslı əməliyyata start verildi və cəmi iki gün sonra, oktyabrın 20-də Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev xalqa müraciətində Havalı, Zərnəli, Məmmədbəyli, Həkəri, Şərifan, Birinci Muğanlı kəndlərinin və Zəngilan şəhərinin işğaldan azad edildiyini elan etdi. Beləliklə, Zəngilan döyüşləri nəticəsində 1 şəhər, 4 qəsəbə və 49 kənd düşmən tapdağından xilas edildi və bununla da 132 kilometrlik Azərbaycan-İran dövlət sərhədi tam bərpa olundu. İşğalın bitməsindən dərhal sonra sərhəd boyunca zəruri istehkam və mühafizə işlərinə başlanıldı.

Qərbi zəngəzurlular Zəngilan şəhidliyində

Bu tarixi qələbənin əbədiləşdirilməsi üçün 2020-ci il noyabrın 26-da “Zəngilanın azad olunmasına görə” medalı təsis edildi və 6974 hərbi qulluqçumuz bu medalla təltif olundu. Prezidentin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə isə 20 oktyabr tarixi Zəngilan şəhəri günü kimi rəsmiləşdirildi. Zəngilanın azad olunması Böyük Qayıdışın başlanğıcı oldu. Bu gün dövlətin ən böyük hədəfi həmin torpaqları yenidən həyatla doldurmaqdır. 2026-cı il 1 oktyabr tarixinə olan məlumata görə, Zəngilan şəhərində 84 ailə, yəni 339 nəfər, Ağalı kəndində 234 ailə, yəni 1017 nəfər, Məmmədbəyli kəndində isə 179 ailə, yəni 903 nəfər öz doğma ocağına qayıdıb. Köçürülən ailələr peşə və bacarıqlarına uyğun olaraq müxtəlif dövlət qurumlarında, tikinti şirkətlərində, tikiş fabrikində və digər sahələrdə işlə təmin edilirlər.Bu qayıdışın dünyaya nümunə olan simvolu isə Ağalı kəndidir. Ağalı təkcə Azərbaycanda deyil, dünyanın ən müasir kəndlərindən biri hesab olunur. Burada “ağıllı kənd” konsepsiyası tam şəkildə tətbiq edilib. Dayanıqlı inkişafın təmin olunması üçün sosial-iqtisadi xidmətlər ən yüksək texnologiyalarla qurulub. Kəndin enerji təminatı ekoloji cəhətdən tam təmizdir, Həkəri çayı üzərində 3 turbindən ibarət Arximed tipli su elektrik stansiyası və gücü 325 kilovat olan günəş panelləri quraşdırılıb. Evlərdə istilik xərclərini azaltmaq üçün kombinə edilmiş sistemlər, mətbəx sobası və yüksək səmərəli elektrod boilerlər var. Suyun isidilməsi üçün günəş kollektorlarından, çirkab suların təmizlənməsi üçün bioloji təmizləmə qurğularından istifadə olunur.
Kənddə GPON texnologiyası ilə yüksək sürətli internet, İP TV, video müşahidə kameraları, ağıllı işıq dirəkləri və avtomatik hava müşahidə stansiyaları var. Əhalinin rahatlığı üçün Tele-səhiyyə, E-təhsil və digər elektron xidmətlər, ASAN, DOST, məktəb, bağça, tibb məntəqəsi, kiçik və orta biznesə dəstək mərkəzləri fəaliyyət göstərir. Ümumi sahəsi 2 hektardan çox olan park salınıb. Bütün bunlar onu göstərir ki, Ağalı kəndi sadəcə yaşayış məntəqəsi deyil, gələcəyin kənd modelidir. Nazirlər Kabinetinin 30 oktyabr 2023-cü ildə təsdiq etdiyi Baş Plana əsasən şəhərin 2040-cı ilədək inkişafı üçün böyük vəsait ayrılıb. 2022-ci ildə təməli qoyulan 104 mənzilli ilk yaşayış kompleksinin açılışı 2026-cı ildə olub. Kompleksin ərazisi 2 hektardan artıqdır və burada 12 bina, o cümlədən 4 ədəd üçmərtəbəli 60 mənzilli və 8 ədəd ikimərtəbəli 44 mənzilli evlər tikilib.

Azad Zəngilanın qonaqları

Zəngilan Beynəlxalq Hava Limanı bu bölgənin inkişafı üçün mühüm faktora çevrilib. Zəngəzur dəhlizinin hava infrastrukturu ilə gücləndirilməsi baxımından hava limanı strateji əhəmiyyət daşıyır. Eyni zamanda Horadiz-Zəngilan-Ağbənd dəmir yolunun inşası da böyük strateji əhəmiyyətə malikdir. Bu yol azad edilmiş torpaqlara həm vətəndaşların qayıdışı, həm də yüklərin daşınması üçün tarixi imkan yaradır. Artıq yolun birinci mərhələsi üzrə böyük hissə tamamlanıb və Araz İqtisadi Zonası Sənaye Parkına yüklər daşınır. Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolunun uzunluğu 126,3 kilometrdir, illik buraxılış qabiliyyəti 15 milyon tondur və layihənin 2026-cı ilin ikinci yarısında yekunlaşdırılması nəzərdə tutulur. İşğal dövründə tövlə kimi istifadə olunan XIX əsrə aid Zəngilan şəhər məscidi Heydər Əliyev Fondu tərəfindən bərpa olunub. Bərpa-tikinti işləri çərçivəsində tarixi məscid konservasiya edilib və onun yanında düzbucaqlı planlı, iki minarəli yeni məscid inşa edilib. Yeni məsciddə 220 və 100 nəfərlik ibadət zalları yaradılıb. Rayonun gələcəyi üçün turizm və kənd təsərrüfatı da unudulmayıb. 2024-cü il mayın 18-də Ağalı kəndində, Həkəri çayı vasitəsilə yaradılmış süni gölün sahilində “Ağalı” hoteli açılıb. Zəngilan İstirahət Kompleksində 111 nömrəli hotelin təməli 2023-cü il mayın 4-də qoyulub. 2026-cı il mayın 10-da isə “Zəngilan City Park Hotel”in təməli qoyulub. Kənd təsərrüfatı sahəsində isə “Dost Aqropark” layihəsi həyata keçirilir. Azərbaycan və Türkiyə şirkətlərinin birgə layihəsi olan bu kompleks tam başa çatdıqda 500 nəfəri işlə təmin edəcək və 100 milyon dollar sərmayə qoyulacaq. Layihənin birinci mərhələsində 5200 kvadratmetr qapalı, 113 min kvadratmetr açıq tipli heyvandarlıq kompleksləri, sosial obyektlər, kafe, kinoteatr tikilib.
Beləliklə, Zəngilan bu gün sadəcə işğaldan azad edilmiş bir rayon deyil, Azərbaycan dövlətinin qüdrətinin, iradəsinin və gələcəyə olan inamının canlı rəmzidir. Burada hər daş, hər tikilən ev, hər qayıdan ailə 30 illik həsrətin sonu və Böyük Qayıdışın əbədi başlanğıcıdır.

Mahnur Hüseynova
Xırdalan şəhər 8 nömrəli tam orta ümumtəhsil məktəbinin direktoru
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!