Erməni idmançıların “Arsax” adlı musiqidən istifadə etməsinə qarşı tədbir görülüb .....                        Vensin Paşinyanla görüşü başladı .....                        Ukrayna ordusu əks-hücuma keçdi - kənd azad edildi .....                        Siyəzən sakini dəm qazından ölüb .....                        "Barselona"nın prezidenti istefa verdi .....                        36 yaşlı kişi dərmandan zəhərlənib öldü .....                        AXCP-nin rayon şöbəsinin sədri həbs edildi .....                        Bakıda Barış Mançonun xatirəsi anılacaq .....                        Prezident bu sazişi təsdiqlədi .....                       
Tarix : 23-11-2022, 20:25
Ağdamda tapılan sümüklər 29 il əvvəl ermənilərin öldürdüyü şəxslərə aiddir


Ağdamda tapılan sümüklər 29 il əvvəl ermənilərin öldürdüyü şəxslərə aiddir

24 iyul 1993-cü ildə bir neçə Azərbaycan vətəndaşının Ağdam rayonu Sarıcalı kəndi ərazisində Ermənistan hərbi birləşmələri tərəfindən odlu silahdan açılan atəşlə öldürülmələri və həmin ərazidə basdırılmaları barədə rayon prokurorluğuna daxil olmuş müraciət üzrə araşdırma başlanılıb. Bu barədə Ağdam rayon prokurorluğundan məlumat verilib. Araşdırma ilə əlaqədar olaraq prokurorluq əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə noyabrın 22-də rayonun Sarıcalı kəndindən keçən Ağcabədi-Ağdam yolunun sağ və sol tərəflərində xüsusi texniki vasitələrdən istifadə edilməklə qazıntı işləri aparılıb. Qazıntılar zamanı qeyd edilən ərazidən insana aid olması ehtimal edilən 15 ədəd sümük aşkar edilərək ekspertiza aparılması məqsədilə müvafiq qaydada qablaşdırılaraq götürülüb. Rəsmi məlumata görə, hazırda araşdırma davam edir.


Paylaş



Bölmə: Xəbər / Karusel / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Fevral 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
232425262728 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!