Türkiyədə zəlzələ oldu .....                        Tramp xalqa müraciət edəcək .....                        Cevdet Yılmaz Azərbaycana gəlib - YENİLƏNİB .....                        Aprel qələbəsinin 10-cu ili... .....                        Məhkəmədə diz çöküb yalvardı... - Hakim qanuni qərarla sevindirdi .....                        Zelenski Trampın elçiləri ilə videozənglə danışdı .....                        Siyəzəndə dəm qazı faciəsi: qadın hamamda öldü .....                        Sarkisyanın partiyası seçkidə iştirak etməyəcək .....                        Xamenei: "Ölkənin siyasəti dəyişməzdir" .....                       
Tarix : 2-12-2022, 21:55
Naxçıvanda ən soyuq qış - Dekabr ayı 30 dərəcə şaxta


Naxçıvanda ən soyuq qış - Dekabr ayı 30 dərəcə şaxta

“Ötən gün dekabr ayı üçün nisbətən soyuq hava qeydə alınıb və havanın temperaturu iqlim normasından 2.3 dərəcə aşağı olub”. Bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinin rəisi Umayra Tağıyeva bildirib. Onun sözlərinə görə, müşahidələrə görə son 21 il ən soyuq dekabr ayı 2002-ci ildə qeydə alınıb: "Orta aylıq temperatur iqlim normasından 5 dərəcə aşağı olub. Bakıda 5 dərəcə şaxta qeydə alınıb, qar örtüyünün hündürlüyü 50 sm-ə çatıb. Naxçıvanda isə 30 dərəcə şaxta olub. Ümumilikdə, düşən yağıntının miqdarı iqlim normasını 6 dəfədən çox aşıb”. Nazirlik rəsmisinin sözlərinə görə, şiddətli küləklər dekabr ayı üçün səciyyəvidir. “Belə ki, 2015-ci il dekabrın 4-də şimal-qərb küləyinin maksimal sürəti Neft Daşlarında 39 m/s, Bakıda 35 m/s olub. Neft Daşları stansiyasının məlumatına əsasən, dalğanın hündürlüyü 8.5 metrə çatıb. 2019-cu il dekabrın 2-də şimal-qərb küləyinin maksimal sürəti Sumqayıtda 40 m/s, Bakıda 38 m/s-ə çatıb. Ayrı-ayrı illərdə dekabr ayında fərqli hava şəraiti müşahidə olunub. Məsələn, 100 illik sıralarda ən isti hava ilə bağlı rekord göstərici 1940-cı il dekabrın 11-də müsbət 27.1 dərəcə ilə müşahidə olunub. 2021-ci il dekabrın 1-də isə havanın temperaturu 26 dərəcəyə yaxınlaşıb. Qeyd edilən göstəricilər bir günlük maksimumlardır. Lakin bütövlükdə, ən isti dekabr ayı son 21 il ərzində 2010-cu ildə qeydə alınıb. Həmin il orta aylıq temperatur iqlim normasından 5.1 dərəcə yüksək olub”, - U.Tağıyeva deyib.


Paylaş



Bölmə: Xəbər / Karusel / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Aprel 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!