Azərbaycan və Türkmənistan münasibətlərində yeni mərhələ .....                        Xalq qəhrəmanı Balo bəy Vəkilovun məzarı ziyarət edilib. .....                        Tarixi yaşayanlar və tarixi yaradanlar .....                        Bir imza ilə başlayan yeni strateji dövr .....                        Dünən səhər Təbrizdə hərbi obyekt vurulub. .....                        DÜŞÜNCƏ FƏDAİSİ OLAN YAZIÇI .....                        Söz ruhunda İlqar Fəhmi imzası .....                        “Elmdə keyfiyyət riyazi statistikaya qurban verilir...” .....                        Aeroport gücləndirilmiş rejimə keçdi .....                       
Tarix : 2-12-2022, 22:26
“Şəki-Oğuz” Aqroparkının təməli qoyuldu


“Şəki-Oğuz” Aqroparkının təməli qoyuldu

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 2-də Oğuz rayonunda “Şəki-Oğuz” Aqroparkının qoz məhsulunun qərzəkdən təmizlənməsi, yuyulması və qurudulması zavodunun təməlini qoyub. “Aqroinkişaf 2017” Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru Ruslan Sadıxov dövlətimizin başçısına zavodun layihəsi barədə məlumat verdi. Bildirildi ki, əldə olunmuş məhsulun beynəlxalq standartlara uyğun şəkildə satışını təşkil etmək məqsədilə qozun yuma, qurutma, çeşidlənmə və qablaşdırma zavodu ABŞ şirkəti ilə birgə layihələndirilib və avadanlıqla təchiz edilməsi üçün müqavilə bağlanıb. İki istehsal xətti yaradılacaq zavodun tikintisi üçün 4 hektar ərazi ayrılıb. Qeyd edildi ki, ümumilikdə 2 min hektar bağdan ilkin olaraq 10 min ton qoz istehsal edilməsi nəzərdə tutulub. Eyni zamanda, qoz növləri üzrə tingçilik təsərrüfatı yaradılıb. Məhsulların yığılma və qurudulma vaxtı 40 gündür. Qoz məhsulunun qurudulması üçün nəzərdə tutulmuş 80 metal qutunun həcmi 400 tondur. Məlumat verildi ki, zavodda ilkin olaraq 40 yeni iş yerinin yaradılması nəzərdə tutulur.


Paylaş



Bölmə: Xəbər / Karusel / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!