Sabahın havası meteohəssas insanlarda narahatlıq yarada bilərMartın 7-də müşahidə olunacaq tibbi-meteoroloji proqnoz açıqlanıb. Bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən bildirilib. Sinoptiklərin tibbi-meteoroloji proqnozuna görə, Abşeron yarımadasında rütubətli və əsasən küləkli hava şəraiti gözlənilir ki, bu da meteohəssas insanlarda narahatlıq hissi yarada bilər.