Tramp 350 demişdi, Zelenski 100 deyir .....                        Lavrov Türkiyədə .....                        Məktəblərdə dərslər onlayn keçiriləcək? - RƏSMİ .....                        BDU tələbələrinin nəzərinə! - Sabah dərslər... .....                        “Mançester Siti” öz meydanında məğlub oldu .....                        Bakıda taksi qiymətləri kəskin artıb .....                        Kansler məğlub olduğunu etiraf etdi .....                        Sabah universitetlərdə dərslər onlayn olacaq .....                        Almaniya seçkiləri: ilkin nəticələr məlum oldu .....                       
Tarix : 20-03-2023, 23:57
Ceyhun Bayramanov Beynəlxalq Donorlar Konfransında iştirak etdi


Ceyhun Bayramanov Beynəlxalq Donorlar Konfransında iştirak etdi

Martın 20-də Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Belçika Krallığının Brüssel şəhərində keçirilmiş “Türkiyə və Suriyadakı insanlar üçün birlikdə” Beynəlxalq Donorlar Konfransında iştirak edib. Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyindən məlumat verilib. Avropa İttifaqı (Aİ) üzvləri, qonşu və tərəfdaş ölkələr, İyirmilik Qrupu (G20), Körfəz Əməkdaşlığı Şurası ölkələri, Birləşmiş Millətlər Təşkilatı (BMT), digər beynəlxalq təşkilatlar, o cümlədən beynəlxalq, habelə Avropa maliyyə institutlarının iştirakı ilə keçirilmiş konfrans Türkiyə və Suriyada baş vermiş zəlzələlərin fəsadlarının aradan qaldırılmasına dəstək göstərilməsi məqsədilə təşkil olunub. Konfrans çərçivəsində Avropa Komissiyasının Prezidenti Ursula fon der Leyen, Aİ Şurasına sədrlik edən ölkə qismində İsveçin Baş naziri Ulf Kristersonun və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyip Ərdoğanın xilasetmə dəstələri, tibbi heyət, könüllülər, habelə humanitar yardımların göndərildiyi diqqətə çatdırılıb. Azərbaycanın bölgəyə 940 nəfər xilasedici, tibbi personal və könüllü dəstələri göndərdiyi, bölgəyə 5 300 tondan artıq humanitar yük göndərildiyi, indiyə qədər Türkiyənin zəlzələ bölgəsində çalışan aidiyyəti təşkilatlar vasitəsilə 45 milyon ABŞ dollarından artıq maddi yardım göstərildiyi vurğulanıb. Azərbaycanın bundan sonra da hər zaman olduğu kimi qardaş Türkiyənin yanında olacağı, bu xüsusda ölkəmizin zəlzələdən sonrakı bərpa və quruculuq işlərində nəticə yönümlü maddi və texniki dəstəyin göstərilməsini davam etdirəcəyi diqqətə çatdırılıb. Azərbaycan Respublikasının bölgədə bərpa quruculuq işinə töhfə çərçivəsində, 100 milyon ABŞ dolları məbləğində yaşayış binalarının, sosial obyektlərin və təhsil ocağının tikintisini həyata keçirəcəyi elan olunub. Konfransın sonunda tədbirə ev sahibliyi edən Avropa Komissiyasının Prezidenti Ursula fon der Leyen və Aİ Şurasına sədrlik edən ölkə qismində İsveçin Baş naziri Ulf Kristersson yekun bəyanatla çıxış ediblər. Video formatda çıxışlarından sonra Türkiyə hökuməti, BMT-nin İnkişaf Proqramı, Dünya Bankı və Aİ tərəfindən hazırlanmış Türkiyədə fəlakət sonrası ehtiyacların ilkin qiymətləndirilməsi təqdim edilib. Türkiyə Respublikasının xarici işlər naziri Mövlud Çavuşoğlunun nitqindən sonra isə yardım vədləri sessiyası çərçivəsində Konfrans iştirakçılarının çıxışları dinlənilib. Konfransda çıxış edən nazir Ceyhun Bayramov baş vermiş dəhşətli fəlakətin fəsadlarının aradan qaldırılması üçün beynəlxalq ictimaiyyətin səylərinin səfərbər edilməsinə istiqamətlənən konfransın təşkilinin təqdirəlayiq olduğunu bildirib. Bu xüsusda, Azərbaycanın baş vermiş dağıdıcı zəlzələlər nəticəsində böyük insan tələfatı, o cümlədən dağıntılar ilə üzləşən qardaş Türkiyə, habelə Suriya ilə həmrəylik ifadə olunub.


Paylaş



Bölmə: Xəbər / Karusel / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Fevral 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
2425262728 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!