Şuşa ilə Xankəndi arasında kanat yolu - Prezident AÇIQLADI .....                        “Öldü var, döndü yoxdur” şüarı ilə yaşayırdıq .....                        Hindistanla Pakistan silahları susdurdu - Müharibə ehtimalı hələ də qalır... .....                        Xarici qonaqlar öz təəccübünü gizlədə bilmirlər .....                        Ulu Öndərin bütün həyatı Azərbaycan xalqına həsr edilib .....                        Yük maşını ilə mikroavtobus toqquşdu - Xəsarət alanlar var .....                        Hindistan və Pakistan arasında atəşkəs əldə olundu .....                        Bu gün bərpa olunan Qarabağı görürük - Prezident .....                        Gənc əsgərlər and içdilər - FOTO .....                       
Tarix : 10-05-2023, 11:31
Şəhid ailələri və qazilər daha 100 mənzillə təmin olundu


Şəhid ailələri və qazilər daha 100 mənzillə təmin olundu

44 günlük Vətən müharibəsindən sonra şəhid ailələri və müharibə ilə əlaqədar əlilliyi olan şəxslərə 4 min 760, bu il üzrə 260, ümumilikdə ötən dövrdə 13 min 560 mənzil və fərdi ev təqdim olunub. Bu gün Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illiyi ilə əlaqədar Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən MİDA-nın Hövsan Yaşayış Kompleksində və Abşeron, Şəmkir, Qazax, Gədəbəy, Tovuz, Ucar, Yevlax, Yardımlı, Balakən, Qax, Beyləqan, Sabirabad, Saatlı, Şəki, Tərtər rayonlarında 100 mənzil və fərdi ev şəhid ailələri və müharibə ilə əlaqədar əlilliyi olan şəxslərə təqdim edilib. Mənzillərin sənədlərinin təqdim edilməsi tədbirində əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Əliyev və nazirlik yanında İctimai şuranın sədri Elşad Məmmədov iştirak ediblər. A.Əliyev Ümummilli Lider Heydər Əliyevin ölkəmizdə sosial müdafiə sisteminin qurulması və inkişaf etdirilməsi sahəsində göstərmiş olduğu mühüm xidmətləri diqqətə çatdırıb. Qeyd olunub ki, şəhid ailələri və müharibə ilə əlaqədar əlilliyi olanların mənzil və fərdi evlərlə təminatı proqramına da Ulu Öndər Heydər Əliyevin tapşırığı ilə ötən əsrin 90-cı illərində başlanılıb və bu tədbirlər ildən-ilə uğurla davam etdirilir. Prezident, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə Ordumuzun möhtəşəm Zəfər əldə etdiyi 44 günlük Vətən müharibəsindən sonra dövlət başçısının göstərişi ilə şəhid ailələri və müharibə iştirakçıları ilə bağlı geniş sosial dəstək paketi icra olunur. Bu dəstək paketi çərçivəsində mənzil/fərdi evlə təminat proqramı da 5 dəfə genişlənib. 2021-ci ilin əvvəlindən Vətən müharibəsi şəhidlərinin ailələri və həmin müharibə ilə əlaqədar əlilliyi olanlar da mənzillə təmin olunur. Bu gün təqdim edilən mənzil və fərdi evlər də daxil olmaqla 44 günlük Vətən müharibəsindən sonra şəhid ailələri və müharibə ilə əlaqədar əlilliyi olan şəxslərə 4 min 760, bu il 260, ümumilikdə ötən dövrdə isə 13 min 560 mənzil və fərdi ev verilib. Dövlət başçısının tapşırığına əsasən 2023-cü ildə də ən azı 1500 mənzil və fərdi ev bu kateqoriyadan olan vətəndaşlarımıza veriləcək. Yeni mənzil və fərdi evlərlə təmin edilən vətəndaşlar daim dövlət qayğısı ilə əhatə olunduqlarına görə Prezident İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.


Paylaş



Bölmə: Xəbər / Karusel / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    May 2025    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!