Zelenski: Rusiya və Belarusdan başqa hər yerdə görüşə hazırıq .....                        "Real Madrid" Avropa Superliqasından çıxıb .....                        İrana hücum üçün hər şey hazırdır – XƏRİTƏ YAYILDI .....                        Paşinyan iş adamlarına müraciət etdi: Azərbaycandan keçən yol açıqdır! .....                        Audiovizual Şuranın iclası keçirilib, iki yeni lisenziya verilib .....                        Nazirliklərdə bu sahədə yeni müavin ayrılsın - Prezident .....                        Türkiyə parlamentində dava - Deputat xəsarət aldı .....                        Paşinyan Qazax-İcevan yolu ilə bağlı suala cavab verdi .....                        Məktəblərin tədris proqramına dəyişikliklər edilməlidir - İlham Əliyev .....                       
Tarix : 30-09-2023, 11:40
XİN Ermənistanın iddialarına cavab verdi


XİN Ermənistanın iddialarına cavab verdi

"29 sentyabr tarixində Ermənistanın Beynəlxalq Ədalət Məhkəməsində İrqi ayrı-seçkiliyin bütün formalarının ləğv edilməsi haqqında Beynəlxalq Konvensiyanın tətbiqi ilə bağlı məhkəmə işi üzrə (Ermənistan Azərbaycana qarşı) müvəqqəti tədbirlərin müəyyən edilməsi məqsədilə irəli sürdüyü növbəti iddialar tamamilə əsassız və absurddur".
Bunu Xarici İşlər Nazirliyinin (XİN) mətbuat katibi Ayxan Hacızadənin Ermənistanın Beynəlxalq Ədalət Məhkəməsində qaldırdığı növbəti iddialar ilə bağlı suala cavabında deyib.
Onun sözlərinə görə, Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə qarşı Ermənistanın iddialardan əl çəkmədiyini, Beynəlxalq Ədalət Məhkəməsinin qeyd edilən iş üzrə əvvəlki qərarını heçə sayaraq azərbaycanlılara qarşı irqi nifrətin qızışdırılması və təşviqinə yönələn bu yeni iddialar tamamilə qəbuledilməzdir.
"Ermənistan BMT Təhlükəsizlik Şurasında olduğu kimi, Beynəlxalq Ədalət Məhkəməsindən də öz məkrli siyasi gündəliyi üçün sui-istifadə edir. Təkçə bu il ərzində Ermənistan bu məhkəməyə artıq 3-cü dəfədir müraciət edir. Qeyd edək ki, Ermənistanın yanvar ayında verdiyi 3 vəsatətdən 2-si rədd edilib, 1 məhdud formada təmin edilib, may ayında isə verdiyi vəsatətlər hakimlər tərəfindən iyul ayında yekdilliklə rədd edilib.
Azərbaycan tərəfi Ermənistanın bu yeni əsassız iddialarına tutarlı cavablarının əks olunduğu mövqeyini aidiyyəti üzrə məhkəməyə təqdim edəcək".


Paylaş



Bölmə: Xəbər / Karusel / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Fevral 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
232425262728 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!