Metroda cibgirlik edən şəxs saxlanıldı .....                        İsrail SEPAH-a məxsus 16 təyyarəni məhv edib .....                        Beşmərtəbəli bina dağıldı - 10 nəfər öldü .....                        Ölənlərin sayı 41-ə çatdı .....                        İran daha bir tankeri vurdu .....                        İranda iki Ayətullah yeni Ali Rəhbər üçün ÇAĞIRIŞ ETDİ .....                        Hindistan Rusiyaya qoyulan sanksiyalardan imtina edəcək .....                        Azərbaycan Özbəkistanla strateji müttəfiqliyi genişləndirəcək .....                        Ermənistanda Konstitusiyaya yeni dəyişikliklər müzakirə olunur .....                       
Tarix : 23-10-2023, 14:35
İşğaldan azad edilmiş ərazilərdə hidroloji stansiyalar quraşdırıldı


İşğaldan azad edilmiş ərazilərdə hidroloji stansiyalar quraşdırıldı

İşğaldan azad edilmiş ərazilərdə yerüstü su ehtiyatlarının qiymətləndirilməsi məqsədilə Araz, Bəsitçay, Oxçuçay, Həkəriçay, Bərgüşadçay, Zabuxçay, Tutqunçay, Tərtərçay, Köndələnçay, Quruçay üzərində 11 avtomat hidroloji stansiya quraşdırılıb və həmin stansiyalardan mütəmadi qaydada suyun temperaturu, onların qatılığı, pH, oksigenin miqdarı, elektrik keçiriciliyi, su sərfi və səviyyəsi barədə məlumatlar Milli Hidrometeorologiya Xidmətinin situasiya mərkəzinə ötürülərək təhlil olunur.
Bunu Ekoloji məsələlər üzrə işçi qrupun rəhbəri, ekologiya və təbii sərvətlər nazirinin müavini Vüqar Kərimov deyib. O bildirib ki, bununla yanaşı Şuşa, Ağdam, Füzuli, Kəlbəcər və Zəngilan rayonlarında bütün lazımi sensorlarla təchiz edilmiş 5 avtomat meteoroloji stansiya quraşdırılaraq istifadəyə verilib:
"Suda və torpaqda radionuklidlərin təyini məqsədilə Atom Enerjisi üzrə Beynəlxaq Agentliklə əməkdaşlıq çərçivəsində Zəngilan, Qubadlı, Kəlbəcər və Laçın rayonları ərazilərində quraşdırılmış 4 ədəd avtomatik radioekoloji stansiyadan mərkəzi serverǝ məlumatlar onlayn şəkildə ötürülərək təhlil olunur".
Vüqar Kərimov qeyd edib ki, bərk məişət tullantılarının yerləşdirilməsi məqsədilə 9 rayonda, eləcə də Xankəndi şəhərində müvəqqəti poliqon əraziləri müəyyən edilib, mina və partlamamış hərbi sursatlardan təmizlənib və istiqamətləndirici yol nişanları yerləşdirilib:
"Poliqon ərazilərində tullantıların qəbulu üçün müvəqqəti tullantı hücrələri qazılıb və modul tipli konteynerlər (ofis və yaşayış) quraşdırılıb. Xankəndi, Laçın, Füzuli və Şuşa şəhərləri, Zəngilan rayonunun Ağalı kəndi, eləcə də Tərtər rayonunun Suqovuşan qəsəbəsi və Talış kəndində bərk məişət tullantılarının gündəlik toplanması, daşınması və poliqonda basdırılması təmin edilir".


Paylaş



Bölmə: Xəbər / Karusel / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Mart 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!