Könüllərdə taxt quran kişi .....                        TƏHSİL TARİXİMİZİN SÖNMƏYƏN ÇIRAQLARI .....                        20 oktyabr — Səttarxanın doğum günü: .....                        Zəngilanın dirçəliş və qayıdış dövrü .....                        Sədaqətli dost, dəyərli qələm sahibi .....                        Azərbaycan və Kamboca əməkdaşlığın yeni mərhələsinə hazırlaşır .....                        Onlar məndən, mən onlardan öyrəndim… .....                        Azərbaycan 2030-cu ilə qədər tranzit hədəfini açıqladı .....                        “70-in işığında” .....                       
Tarix : 8-11-2023, 10:57
Şəhid övladları Zəfər Günüylə bağlı danışdı


Şəhid övladları Zəfər Günüylə bağlı danışdı

Bu gün Azərbaycanın hər yerində bayram ab-havası yaşanır. Çünki düz üç il bundan öncə, noyabrın 8-də müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Ordusu Şuşa şəhərini işğaldan azad edərək bizlə şanlı qələbə yaşatdı.
Ancaq bu il Zəfər Günü tamamilə başqa əhval-ruhiyyədə qeyd olunur. 19-20 sentyabr tarixlərində Azərbaycan Ordusunun həyata keçirdiyi lokal xarakterli antiterror tədbirləri ilə Xankəndi, Xocavənd, Xocalı və Ağdərə separatçılardan tam təmizləndi. Beləliklə, Azərbaycanın ərazi bütövlüyü və suverenliyi tam bərpa edildi.
Bu gün məhz tam suveren Azərbaycanın vətəndaşları kimi bu bayramı qeyd edirik.
Bizə bu qələbəni bəxş edən qəhrəman şəhidlərimizin övladları hisslərini bölüşüblər.



Azərbaycanın Milli Qəhrəmanı, Vətən müharibəsi şəhidi polkovnik İlqar Mirzəyevin oğlu Elvin Mirzəyev saytımıza açıqlamasında deyib:
“Bir şəhid övladı olaraq həm kədərliyəm, həm də qürurlu. Allah şəhidlərimizə rəhmət eləsin! Onların sayəsində bugün biz öz doğma torpaqlarımıza qovuşduq. Onların haqları ödənməz. Sözlərim, fikirlərim bu haqda tükənməz, bitməz. Atamın ruhu şaddır. Yaşasın ordumuz, yaşasın xalqımız, yaşasın Cənab Ali Baş Komandan!”



Vətən müharibəsi şəhidi Baş leytnant Azər Şəmilovun oğlu Şəmilov Fədayət Şəmilov:
“Əvvəla bu mövzuya toxunduğunuz üçün təşəkkür edirəm. Düşünürəm ki, bu qəhrəmanlıqlar həmişə mühüm mövzumuz olmalı və gələcək nəsillərə də bu qəhrəmanlıq nümunələri ötürülməlidir. Çox yaxşı yadımdadır ki, 2020-ci il Zəfər çalınanda sevincimizin həddi hüdudu yox idi. Artıq suverenliyimizin tam bərpa olunması ilə bu sevincimiz ikiyə qatlandı. Uzun illər həsrətini çəkdiyimiz torpaqlar Cənab Prezidentimiz, ordumuz, qazi və şəhidlərimiz sayəsində artıq azaddır. Biz atamızla qürur duyuruq, o vətəni sevirdi. Doğulub böyüdüyü torpaq üçün də şəhid oldu. Düzdür, onun yoxluğu həmişə görünəcək, amma biz onunla fəxr edirik və onun arzularını həyata keçirməyə hər an can atırıq. Əminəm ki bunları etsək, onun da ruhu şad olacaq. Allah bütün şəhidlərimizə rəhmət eləsin, Zəfər bayramımız mübarək!”



Baş leytenant İlqar Vəliyevin oğlu Vəli Vəlizadə:
“19-20 sentyabr tarixlərində qəhraman ordumuz Ali Baş Komandanın rəhbərliyi altında Qarabağda keçirilən antiterror əməlyatları nəticəsində suverenliyimizi tam bərpa etdi. Bu gün şanlı Azərbaycan bayrağı Xankəndidə, Xocalıda, bir sözlə bütün Qarabağda ən yüksəklərdə dalğalanır.
Bu gün bizim qalib ordumuz zabit və əsgərlərimizin qanı bahasına xalqımızın 30 illik həsrətinə son qoyub. Bir şəhid övladı kimi daim Şuşaya və işğaldan azad olunmuş digər rayonlarımıza səfər edərkən həm duyğulanıram, həm də qürurlanıram.Qürurlanıram ona görə ki, yol boyu ordumuzun piyada keçdiyi dağları, dərələri, cığırları müşahidə etdikcə, qəhraman ordumuzun necə çətin yollardan keçərək qələbəyə doğru addımladığını görürdüm.
Biz gənclər şəhidlərimizdən bizə əmanət qalan bu şanlı bayrağı layiqincə daşımağı və hər zaman ən yüksəklərdə dalğalandırmağı özümüzə borc bilməliyik.
Bu gün mən fəxr edirəm ki, Azərbaycanlıyam! Bu gün mən fəxr edirəm ki, elə bir Qəhraman atanın övladıyam!”.


Paylaş



Bölmə: Xəbər / Karusel / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Zəngilanın dirçəliş   və qayıdış dövrü


Zəngilanın dirçəliş

və qayıdış dövrü


Azərbaycan tarixinin ən şanlı səhifəsi olan Vətən müharibəsi bizə təkcə torpaqlarımızı deyil, ləyaqətimizi, qürurumuzu qaytardı. Həmin qürurun ən parlaq ünvanlarından biri də Zəngilandır. 2020-ci il sentyabrın 27-də başlanan Zəfər yürüşü zamanı şərqdən, Cəbrayıl istiqamətindən düşmənə vurulan sarsıdıcı zərbələr nəticəsində Azərbaycan Ordusu 30-dan çox yaşayış məntəqəsini azad edərək Zəngilanın inzibati hüdudlarına çatdı. Oktyabrın 18-də rayonun tam azad edilməsi uğrunda genişmiqyaslı əməliyyata start verildi və cəmi iki gün sonra, oktyabrın 20-də Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev xalqa müraciətində Havalı, Zərnəli, Məmmədbəyli, Həkəri, Şərifan, Birinci Muğanlı kəndlərinin və Zəngilan şəhərinin işğaldan azad edildiyini elan etdi. Beləliklə, Zəngilan döyüşləri nəticəsində 1 şəhər, 4 qəsəbə və 49 kənd düşmən tapdağından xilas edildi və bununla da 132 kilometrlik Azərbaycan-İran dövlət sərhədi tam bərpa olundu. İşğalın bitməsindən dərhal sonra sərhəd boyunca zəruri istehkam və mühafizə işlərinə başlanıldı.

Qərbi zəngəzurlular Zəngilan şəhidliyində

Bu tarixi qələbənin əbədiləşdirilməsi üçün 2020-ci il noyabrın 26-da “Zəngilanın azad olunmasına görə” medalı təsis edildi və 6974 hərbi qulluqçumuz bu medalla təltif olundu. Prezidentin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə isə 20 oktyabr tarixi Zəngilan şəhəri günü kimi rəsmiləşdirildi. Zəngilanın azad olunması Böyük Qayıdışın başlanğıcı oldu. Bu gün dövlətin ən böyük hədəfi həmin torpaqları yenidən həyatla doldurmaqdır. 2026-cı il 1 oktyabr tarixinə olan məlumata görə, Zəngilan şəhərində 84 ailə, yəni 339 nəfər, Ağalı kəndində 234 ailə, yəni 1017 nəfər, Məmmədbəyli kəndində isə 179 ailə, yəni 903 nəfər öz doğma ocağına qayıdıb. Köçürülən ailələr peşə və bacarıqlarına uyğun olaraq müxtəlif dövlət qurumlarında, tikinti şirkətlərində, tikiş fabrikində və digər sahələrdə işlə təmin edilirlər.Bu qayıdışın dünyaya nümunə olan simvolu isə Ağalı kəndidir. Ağalı təkcə Azərbaycanda deyil, dünyanın ən müasir kəndlərindən biri hesab olunur. Burada “ağıllı kənd” konsepsiyası tam şəkildə tətbiq edilib. Dayanıqlı inkişafın təmin olunması üçün sosial-iqtisadi xidmətlər ən yüksək texnologiyalarla qurulub. Kəndin enerji təminatı ekoloji cəhətdən tam təmizdir, Həkəri çayı üzərində 3 turbindən ibarət Arximed tipli su elektrik stansiyası və gücü 325 kilovat olan günəş panelləri quraşdırılıb. Evlərdə istilik xərclərini azaltmaq üçün kombinə edilmiş sistemlər, mətbəx sobası və yüksək səmərəli elektrod boilerlər var. Suyun isidilməsi üçün günəş kollektorlarından, çirkab suların təmizlənməsi üçün bioloji təmizləmə qurğularından istifadə olunur.
Kənddə GPON texnologiyası ilə yüksək sürətli internet, İP TV, video müşahidə kameraları, ağıllı işıq dirəkləri və avtomatik hava müşahidə stansiyaları var. Əhalinin rahatlığı üçün Tele-səhiyyə, E-təhsil və digər elektron xidmətlər, ASAN, DOST, məktəb, bağça, tibb məntəqəsi, kiçik və orta biznesə dəstək mərkəzləri fəaliyyət göstərir. Ümumi sahəsi 2 hektardan çox olan park salınıb. Bütün bunlar onu göstərir ki, Ağalı kəndi sadəcə yaşayış məntəqəsi deyil, gələcəyin kənd modelidir. Nazirlər Kabinetinin 30 oktyabr 2023-cü ildə təsdiq etdiyi Baş Plana əsasən şəhərin 2040-cı ilədək inkişafı üçün böyük vəsait ayrılıb. 2022-ci ildə təməli qoyulan 104 mənzilli ilk yaşayış kompleksinin açılışı 2026-cı ildə olub. Kompleksin ərazisi 2 hektardan artıqdır və burada 12 bina, o cümlədən 4 ədəd üçmərtəbəli 60 mənzilli və 8 ədəd ikimərtəbəli 44 mənzilli evlər tikilib.

Azad Zəngilanın qonaqları

Zəngilan Beynəlxalq Hava Limanı bu bölgənin inkişafı üçün mühüm faktora çevrilib. Zəngəzur dəhlizinin hava infrastrukturu ilə gücləndirilməsi baxımından hava limanı strateji əhəmiyyət daşıyır. Eyni zamanda Horadiz-Zəngilan-Ağbənd dəmir yolunun inşası da böyük strateji əhəmiyyətə malikdir. Bu yol azad edilmiş torpaqlara həm vətəndaşların qayıdışı, həm də yüklərin daşınması üçün tarixi imkan yaradır. Artıq yolun birinci mərhələsi üzrə böyük hissə tamamlanıb və Araz İqtisadi Zonası Sənaye Parkına yüklər daşınır. Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolunun uzunluğu 126,3 kilometrdir, illik buraxılış qabiliyyəti 15 milyon tondur və layihənin 2026-cı ilin ikinci yarısında yekunlaşdırılması nəzərdə tutulur. İşğal dövründə tövlə kimi istifadə olunan XIX əsrə aid Zəngilan şəhər məscidi Heydər Əliyev Fondu tərəfindən bərpa olunub. Bərpa-tikinti işləri çərçivəsində tarixi məscid konservasiya edilib və onun yanında düzbucaqlı planlı, iki minarəli yeni məscid inşa edilib. Yeni məsciddə 220 və 100 nəfərlik ibadət zalları yaradılıb. Rayonun gələcəyi üçün turizm və kənd təsərrüfatı da unudulmayıb. 2024-cü il mayın 18-də Ağalı kəndində, Həkəri çayı vasitəsilə yaradılmış süni gölün sahilində “Ağalı” hoteli açılıb. Zəngilan İstirahət Kompleksində 111 nömrəli hotelin təməli 2023-cü il mayın 4-də qoyulub. 2026-cı il mayın 10-da isə “Zəngilan City Park Hotel”in təməli qoyulub. Kənd təsərrüfatı sahəsində isə “Dost Aqropark” layihəsi həyata keçirilir. Azərbaycan və Türkiyə şirkətlərinin birgə layihəsi olan bu kompleks tam başa çatdıqda 500 nəfəri işlə təmin edəcək və 100 milyon dollar sərmayə qoyulacaq. Layihənin birinci mərhələsində 5200 kvadratmetr qapalı, 113 min kvadratmetr açıq tipli heyvandarlıq kompleksləri, sosial obyektlər, kafe, kinoteatr tikilib.
Beləliklə, Zəngilan bu gün sadəcə işğaldan azad edilmiş bir rayon deyil, Azərbaycan dövlətinin qüdrətinin, iradəsinin və gələcəyə olan inamının canlı rəmzidir. Burada hər daş, hər tikilən ev, hər qayıdan ailə 30 illik həsrətin sonu və Böyük Qayıdışın əbədi başlanğıcıdır.

Mahnur Hüseynova
Xırdalan şəhər 8 nömrəli tam orta ümumtəhsil məktəbinin direktoru
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!