Xalq qəhrəmanı Balo bəy Vəkilovun məzarı ziyarət edilib. .....                        Tarixi yaşayanlar və tarixi yaradanlar .....                        Bir imza ilə başlayan yeni strateji dövr .....                        Dünən səhər Təbrizdə hərbi obyekt vurulub. .....                        DÜŞÜNCƏ FƏDAİSİ OLAN YAZIÇI .....                        Söz ruhunda İlqar Fəhmi imzası .....                        “Elmdə keyfiyyət riyazi statistikaya qurban verilir...” .....                        Aeroport gücləndirilmiş rejimə keçdi .....                        İsaqoğlunun "Günahsız günahkar" dünyası .....                       
Tarix : 13-11-2023, 17:03
Azərbaycanla bağlı qanun layihəsi Türkiyə Böyük Millət Məclisinə təqdim olundu


Azərbaycanla bağlı qanun layihəsi Türkiyə Böyük Millət Məclisinə təqdim olundu

Türkiyə Silahlı Qüvvələrinin Azərbaycandakı vəzifə müddətinin 1 il uzadılması ilə bağlı qanun layihəsi Türkiyə Böyük Millət Məclisinə təqdim edilib.
Bu barədə TRT məlumat yayıb.
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın imzası ilə göndərilən layihədə Azərbaycanın 19-20 sentyabr 2023-cü il tarixlərində həyata keçirdiyi antiterror tədbirlərindən sonra Qarabağda qeyri-qanuni separatçı birləşmələrin və onlara bağlı silahlı bölmələrin ləğv edildiyi və faktiki işğala tamamilə son qoyulduğu vurğulanıb.
"Azərbaycana güclü dəstək verən Türkiyə bu prosesə mühüm töhfələr verməkdədir. Bölgədə sülhün və sabitliyin qorunub saxlanılması və möhkəmləndirilməsi və bunun asanlaşdırılması üçün iqtisadi infrastrukturun inşası və canlandırılmasının həyata keçirildiyi qeyd olunub", - xəbərdə deyilir.
Layihədə Türkiyə Silahlı Qüvvələrinin şəxsi heyətinin çalışdığı Türkiyə və Rusiya tərəfindən yaradılan Birgə Mərkəzin fəaliyyətini uğurla davam etdirdiyi, Türkiyənin bölgənin təhlükəsizliyinə və tərəflər arasında etimadın qurulmasına töhfə verdiyi bildirilib. Türkiyə Silahlı Qüvvələrinin şəxsi heyətinin Birgə Mərkəzdə vəzifələrini davam etdirməsinin Türkiyənin bölgədəki fəal və konstruktiv rolunun və milli maraqlarının tələbi olduğu vurğulanıb və aşağıdakılar qeyd edilib:
Layihədə 16 avqust 2010-cu il tarixində imzalanmış “Türkiyə Respublikası ilə Azərbaycan Respublikası arasında Strateji Tərəfdaşlıq və Qarşılıqlı Yardım Sazişi”nə istinad olunub və sənədin müddəalarından irəli gələn öhdəliklərin yerinə yetirilməsinin vacibliyi diqqətə çatdırılıb.


Paylaş



Bölmə: Xəbər / Karusel / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!