Xalq qəhrəmanı Balo bəy Vəkilovun məzarı ziyarət edilib. .....                        Tarixi yaşayanlar və tarixi yaradanlar .....                        Bir imza ilə başlayan yeni strateji dövr .....                        Dünən səhər Təbrizdə hərbi obyekt vurulub. .....                        DÜŞÜNCƏ FƏDAİSİ OLAN YAZIÇI .....                        Söz ruhunda İlqar Fəhmi imzası .....                        “Elmdə keyfiyyət riyazi statistikaya qurban verilir...” .....                        Aeroport gücləndirilmiş rejimə keçdi .....                        İsaqoğlunun "Günahsız günahkar" dünyası .....                       
Tarix : 13-11-2023, 13:46
Paşinyan ölkəsiylə Fransa arasındakı münasibətdən sui-istifadə edir


Paşinyan ölkəsiylə Fransa arasındakı münasibətdən sui-istifadə edir

“Ermənistanın baş naziri Nikol Paşinyan ölkəsi ilə Fransa arasındakı münasibətdən, həmçinin onun BMT Təhlükəsizlik Şurasının (TŞ) daimi üzvü statusundan sui-istifadə edir”.
Bu barədə Azərbaycan Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyovun “Azadlıq Radiosu”nda (“Radio Free Europe/Radio Liberty”) dərc olunan məqaləsində deyilir.
O qeyd edib ki, Qarabağın Ermənistanın işğalı altında qaldığı son 20 ildən artıq müddətdə Azərbaycanın əsas motivi müstəqillik, ərazi bütövlüyü və suverenlik uğrunda mübarizə olub: “İndi bu məsələ həll olunub. Tarixi ədaləti bərpa etmişik”.
Onun fikrincə, Ermənistanda revanşist əhvali-ruhiyyə siyasi müxalifətdə daha güclü olsa da, bu ölkənin baş naziri Nikol Paşinyan da belə istiqamətdə fikirləri söyləməkdən çəkinmir: “Ermənistanın revanşizmdən əl çəkdiyini göstərən ilk addım bu olmalıdır: Paşinyan bəyanatlarla deyil, real addımlarla göstərməlidir ki, o, son hərbi eskalasiyanın nəticəsinə mübahisə ediləcək məsələ kimi yanaşmır”.
Azərbaycan Prezidentinin nümayəndəsi xatırladıb ki, Azərbaycanla Ermənistan arasında birinci müharibə zamanı 600 mindən çox etnik azərbaycanlı Ermənistanın işğal etdiyi əraziləri tərk etməyə məcbur olub: “Hazırda Azərbaycan hökuməti keçmiş məcburi köçkünlərin geri qayıtmasını təmin etmək üçün bu ərazilərin minalardan təmizlənməsi və bərpasına milyardlarla vəsait xərcləyir. Məcburi köçkünlərin geri qayıtması azərbaycanlıları birləşdirən amilə çevrilməlidir”.
“Hesab edirəm ki, indi Azərbaycanın milli ideyası sülhü möhkəmləndirmək, ölkənin bütün ərazilərində həyat tərzini yaxşılaşdırmaqdır. O, müstəqil dövlət olsa da, əvvəllər bütün ərazilərinin inkişafı ilə bağlı imkana malik deyildi. Yəni qarşıdakı onilliklər üçün ən vacib vəzifə azad edilmiş ərazilərə normal həyatın qaytarılması olacaq”, - o, sonda vurğulayıb.


Paylaş



Bölmə: Xəbər / Karusel / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!