Ağdama daha 92 ailə köçürülüb .....                        İran danışıqlardan imtina etdi .....                        Naxçıvanda avtomobillər toqquşdu, xəsarət alanlar var .....                        Mükəmməl tədqiqat əsəri .....                        “Milli Pediatriya Dərnəyinin I Milli Konqresi” keçirilib .....                        Azərbaycanın hərb tarixinə dair kitab türk dilində çapdan çıxıb .....                        Qərib sənətkar .....                        Sürücülərin nəzərinə .....                        “Xankəndi” kitabı işıq üzü görüb .....                       
Tarix : 25-11-2023, 21:07
Ağalı kəndində artıq 175 ailə məskunlaşıb - VİDEO


Ağalı kəndində artıq 175 ailə məskunlaşıb - VİDEO

Azərbaycan Respublikasının işğaldan azad olunmuş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramına əsasən, məcburi köçkünlərin doğma yurda qayıdışı davam edir. Bu günədək 1000-ə yaxın ailənin bərpa edilən və yenidən tikilən yaşayış məntəqələrinə köçürülməsi təmin edilib. Böyük Qayıdışın başlandığı ilk kənddə - Zəngilan rayonunun Ağalı kəndində artıq 175 ailə (871 nəfər) məskunlaşıb.
“Ağıllı kənd” konsepsiyası əsasında inşa olunmuş, müasir tələblərə cavab verən zəruri sosial-texniki infrastrukturun qurulduğu Ağalıda sakinlərin rahat və təhlükəsiz yaşaması üçün hər cür şərait yaradılıb. Burada fəaliyyət göstərən dövlət müəssisələri, özəl qurumlar kənd sakinlərinin məşğulluğunun təmin edilməsinə dəstək verir.
Ağalının hər bir sakini yaşadığı evin həyətyanı sahəsində yardımçı təssərrüfat qurub, meyvə ağacları, bağ-bostan bitkiləri əkib-becərir, ev quşları saxlayır.
Böyük Qayıdış işğaldan azad olunmuş ərazilərə yeni həyat gətirir, bu yerlərin dirçəlişini sürətləndirir. Məcburi köçkünlərin doğma yurdda dayanıqlı məskunlaşması və reinteqrasiyası dövlət siyasətinin prioritet istiqamətlərindəndir. Böyük Qayıdış Proqramı çərçivəsində hər bir dövlət qurumu ona verilmiş vəzifələrin icrası ilə bu prosesə dəstək olur. Bərpa edilən və yenidən tikilən yaşayış məntəqələrində əhalinin adaptasiyası üçün reinteqrasiya tədbirləri, icma əsaslı inkişaf layihələri həyata keçirilir.
Dövlət Komitəsi Zəngilan rayonunun Ağalı kəndində sakinlərin gündəlik həyatına həsr olunmuş videoçarxları təqdim edir.





Paylaş



Bölmə: Xəbər / Karusel / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Aprel 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!