Gimnastımız Bakıda keçirilən Dünya Kubokunun qalibi oldu .....                        İsraildə Xocalı soyqırımına həsr edilmiş tədbir keçirildi .....                        Şagirdin iddia olunan səs yazısı araşdırılır - RƏSMİ .....                        Paşinyan emosional bəyanat verib - Lukaşenko .....                        Qəzzada həlak olan İsrail hərbiçilərinin sayı 239-a çatıb .....                        Lukaşenko prezident seçkilərində iştirak edəcəyini açıqladı .....                        Sabahın hava proqnozu .....                        ŞƏHİDLİK elə bir ZİRVƏDİR ki... .....                        Navalnının nəşi anasına verildi .....                       
Tarix : 11-12-2023, 15:06
XİN Başçısı Aİ Prezidentinin baş müşaviriylə görüşdü


XİN Başçısı Aİ Prezidentinin baş müşaviriylə görüşdü

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Avropa İttifaqının (Aİ) Şərq Tərəfdaşlığı Xarici İşlər Nazirləri Şurasının İclasında iştirak məqsədilə Brüssel şəhərinə işgüzar səfəri çərçivəsində Avropa İttifaqı Şurası Prezidentinin baş siyasi müşaviri Simon Mordue ilə görüşüb.
Xarici İşlər Nazirliyindən verilən məlumata görə, görüş zamanı Azərbaycan-Aİ əməkdaşlığının müxtəlif aspektləri, enerji təhlükəsizliyi, kommunikasiyalar və nəqliyyat sahəsində Aİ ilə əldə olunmuş razılıqlar üzrə əməkdaşlığın perspektivləri, habelə Azərbaycan-Ermənistan normalıaşma prosesi və cari regional vəziyyət müzakirə edilib.
Aİ və Azərbaycan arasında ötən il imzalanmış enerji sahəsində strateji tərəfdaşlığa dair anlaşma memorandumuna uyğun olaraq Azərbaycanın Avropaya enerji ixracını artırdığı və Aİ üzv ölkələrinin enerji təhlükəsizliyində önəmli rol oynadığı vurğulanıb.
Nazir cari ilin sentyabr ayında bölgədə aparılan antiterror tədbirləri nəticəsində Ermənistan silahlı qüvvələrinin ərazilərimizdə mövcudluğuna son qoyulmasından sonra sülh prosesində real irəliləyişlər əldə edilməsi üçün geniş potensialın mövcud olduğunu diqqətə çatdırıb. Bu xüsusda, nazir son dövrlər Azərbaycan və Ermənstan arasında sülh və sabitliyin, eləcə də, etimadın qurulmasına xidmət edən addımlar barədə qarşı tərəfə məlumat verib.
Azərbaycanın işğaldan azad edilmiş ərazilərində aparılan genişmiqyaslı bərpa və yenidənqurma fəaliyyəti barədə məlumat verən C.Bayramov mina təhlükəsinin bu fəaliyyətə, eləcə də, vətəndaşlarımızın təhlükəsizliyinə təhdid yaratmaqda davam etdiyini vurğulayıb. 2020-ci ilin noyabr ayından bəri 340 vətəndaşımızın mina partlayışının qurbanına çevrildiyi qeyd olunub.
Simon Mordue Aİ-nin vacib strateji tərəfdaşı olaraq Azərbaycan ilə enerji, nəqliyyat və bir sıra digər sahələrdə əməkdaşlığı dərinləşdirməkdə maraqlı olduğunu vurğulayıb və Aİ-nin regionumuzda davamlı sülhün bərqərar olması üçün Ermənistan-Azərbaycan normallaşma prosesini bundan sonra da dəstəkləməyə davam edəcəyini bildirib.
Görüşdə həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.


Paylaş



Bölmə: Xəbər / Karusel / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Fevral 2024    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
26272829 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!