Tərtərdə qətldə təqsirləndirilən yeniyetməyə hökm oxunub .....                        İranla ABŞ qarşılıqlı güzəştə getdi .....                        Bağçadakı fırıldaqçılıq başqa rəzaləti üzə çıxardı .....                        “Bu, bizim üçün dəhşətli itki olacaq" - Zelenski .....                        VIII sinif şagirdləri sınaqlara cəlb ediləcək - DİM sədri .....                        Nazirlik böyrək xəstələri üçün 10 milyon ayırdı .....                        İlham Əliyevin BƏƏ-yə səfəri başa çatdı - FOTO .....                        Almaniyadan BYD və Changan-a rəqib gəlir .....                        Narkotikin təsiri altında maşını idarə edən sürücü həbs olundu - VİDEO .....                       
Tarix : 13-12-2023, 17:05
Bakı Qarabağ ermənisini İrəvana təhvil verdi


Bakı Qarabağ ermənisini İrəvana təhvil verdi

Xəbər verdiyimiz kimi, bu gün Azərbaycan-Ermənistan sərhədinin Qazax rayonundan keçən hissəsində hərbi qulluqçuların qarşılıqlı şəkildə təhvil verilməsi prosei həyata keçirilib.
Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının məlumatına görə, Azərbaycanda saxlanılan 32 erməni hərbçi Ermənistana təhvil verilib.
Ermənistan tərəfi isə 2 azərbaycanlı əsgəri – Aqşin Bəbirov və Hüseyn Axundovu qaytarıb.
Ermənistanın Baş naziri Nikol Paşinyan özünün “Facebook” səhifəsində Azərbaycan tərəfinin təhvil verdiyi 32 hərbçinin siyahısını açıqlayıb.
Paşinyanın açıqladığı siyahıda Livan ermənisi Vigen Euljekyanın adının olmaması sosial şəbəkələrdə müzakirələrə səbəb olub.
Çünki hələ dekabrın 7-də açıqlanan qeyri-rəsmi siyahıda Vigen Euljekjianın adı qeyd olunmuşdu.
Əvəzində ilkin siyahıda adı olmayan Xankəndi doğumlu İsanyan Aren Araeviç azad olunub.
Ermənistanın bəzi KİV-ləri qaytarılan şəxslərin tərkibində dəyişiklik edilib-edilmədiyi barədə Baş nazir Paşinyanın mətbuat katibi Nazeli Baqdasaryandan şərh almağa çalışıb.
"Ermənistan ilk dəfə rəsmi olaraq adları dərc edir", - Nazel Baqdasaryan cavabında deyib və əlavə edib: “Başqa siyahı haqqında şərh verə bilməz”.
Qeyd edək ki, Livan ermənisi Vigen Euljekyan birgə yaşadığı Maral Nacaryan adlı livanlı qadınla 2020-ci ildə imzalanmış 10 noyabr tarixli bəyanatdan sonra Qarabağda saxlanılmışdı.
Onlar Azərbaycan ərazisinə qanunsuz daxil olmuş və ölkəmizin qanunvericiliyini pozan digər hərəkətlərə yol vermişdilər. Hər iki şəxs Azərbaycana qarşı müharibədə Ermənistan tərəfindən iştirak etmişdi.
Vigen Euljekyan 20 il müddətinə azadlıqdan məhrum edilib. Maral Nacaryan isə Azərbaycan tərəfinin nümayiş etdirdiyi humanizm nəticəsində 2021-ci ilin martında azadlığa buraxılıb.


Paylaş



Bölmə: Xəbər / Karusel / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Fevral 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
232425262728 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!