Sabahın havası .....                        Ürəyi sağlam saxlamağın sirri .....                        Prezident Sevil Əliyevanı təltif etdi .....                        İsraillə HƏMAS arasında əsir mübadiləsi başladı .....                        Ermənistan 42 km-lik Zəngəzur dəhlizini niyə 2 ilə tikmək istəyir? .....                        Qaradağda vulkan püskürüb - İki nazirlikdən AÇIQLAMA - VİDEO .....                        Moskva Azərbaycanın tələblərini yerinə yetirir - Rusiyalı politoloq .....                        Trampa Nobel mükafatı düşür? - Putin cavab verdi .....                        Bakı metrosunda ölüm .....                       
Tarix : 18-12-2023, 16:20
Prezident serbiyalı həmkarına təbrik məktubu yolladı


Prezident serbiyalı həmkarına təbrik məktubu yolladı

Prezident İlham Əliyev Serbiya Prezidenti Aleksandar Vuçiçə təbrik məktubu göndərib. Məktubda deyilir:
"Hörmətli cənab Prezident,
Serbiya Respublikasında növbədənkənar parlament seçkilərinin uğurla keçirilməsi və lideri olduğunuz “Aleksandar Vuçiç – Serbiya dayanmamalıdır” koalisiyasının inamlı qələbəsi münasibətilə Sizi səmimi-qəlbdən təbrik edirəm.
Səsvermənin nəticələri Serbiyanın inkişafı və rifahı yolunda həyata keçirdiyiniz siyasətə xalqınızın verdiyi yüksək qiymət və dəstəyi, Sizə olan böyük inam və etimadı bariz şəkildə əks etdirir.
Dost ölkə və etibarlı tərəfdaşımız olan Serbiya ilə əlaqələrimiz bizim üçün xüsusi əhəmiyyət daşıyır. Qarşılıqlı etimad və dəstəyə əsaslanan dövlətlərarası münasibətlərimizin hazırkı səviyyəsi və müxtəlif sahələrdə gündən-günə genişlənən səmərəli əməkdaşlığımız bizi olduqca sevindirir. Aramızdakı fəal siyasi dialoq birgə fəaliyyətimizin inkişafında mühüm rol oynayır. Azərbaycan ilə Serbiya arasında ənənəvi dostluq əlaqələrinin qorunub saxlanmasında və bugünkü səviyyəyə yüksəlməsində Sizin böyük əməyiniz və xidmətləriniz vardır.
Bu yaxınlarda gözəl ölkənizə səfərimi ən xoş təəssüratlarla xatırlayır, Sizinlə səmimiyyət şəraitində keçən görüşümüzü yüksək qiymətləndirirəm.
Əminəm ki, Azərbaycan-Serbiya müstəsna münasibətlərinin və strateji tərəfdaşlığının xalqlarımızın iradəsinə uyğun olaraq daha da möhkəmləndirilməsi və dərinləşdirilməsi yolunda birgə səylərimizi bundan sonra da müvəffəqiyyətlə davam etdirəcəyik.
Sizə möhkəm cansağlığı, xoşbəxtlik, dost Serbiya xalqının rifahı naminə məsul fəaliyyətinizdə yeni-yeni uğurlar diləyirəm".


Paylaş



Bölmə: Xəbər / Karusel / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Oktyabr 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!