Zelenski: Rusiya və Belarusdan başqa hər yerdə görüşə hazırıq .....                        "Real Madrid" Avropa Superliqasından çıxıb .....                        Körpələrin ölümündə təqsirləndirilən mərkəz direktoru: "493 nəfərin əvəzinə işləməli deyildim" .....                        Ukraynanın bu il üçün 60 milyard avro yardıma ehtiyac var .....                        Ata mülkünə görə xəstə qardaşını amansızlıqla döydü .....                        Olimpiya çempionlarımız "Böyük Dəbilqə" turnirində yarışacaq .....                        Məşhur salonlar şəbəkəsinin rəhbəri bloqerin 150 minini mənimsəyib? .....                        Birinci Qarabağ müharibəsində itkin düşmüş şəhidin nəşi 34 il sonra tapıldı .....                        Azərbaycanda ana 40 günlük körpəsindən İMTİNA EDİB .....                       
Tarix : 28-12-2023, 22:48
2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi təsadüfi deyil


2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi təsadüfi deyil

"Ölkə başçısı tərəfindən 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi heç də təsadüfi deyil. İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasına Tərəfdaş Dövlətlərin 29-cu Konfransının (COP29) gələn il Bakıda keçirilməsi haqqında qəbul olunmuş qərar və bu qərarla bağlı ölkəmizdə görüləcək işlər 2024-cü ildə hökümətin fokuslandığı əsas fəaliyyət istiqamətlərindən biridir. Dünya dövlətlərinin liderləri iqlim dəyişikliyi kimi qlobal bir problemi müzakirə etmək üçün məhz Bakıda görüşəcəklər. Bu görüşlərin məqsədi bütün bəşəriyyəti narahat edən iqlim dəyişikliklərinin fəsadlarını müzakirə etmək və bu fəsadların qarşısının alınması üçün bütün dünya tərəfindən məqbul hesab ediləcək yol xəritəsinin hazırlanmasıdır".
Bu sözləri millət vəkili Cavanşir Feyziyev deyib.
Onun sözlərinə görə, Azərbaycan belə bir qlobal miqyaslı problemin həllinə hər zaman dəstək verib və indi də öz töhfəsini verməyə hazırlaşır: "Son 20 ildə ölkəmizdə həyata keçirilən sənayeləşdirmə layihələrində ətraf mühitin qorunması üçün ən yeni texnologiyalardan istifadə olunması, ölkədə ekoloji sağlamlığın təmin edilməsi üçün ayrı-ayrı dövlət proqramlarının həyata keçirilməsi, yaşıl enerji istehsalına və ondan istifadəyə geniş yer verilməsi dövlət səviyyəsində ekologi problemlərə prioritet yanaşmanın təsdiqidir. İldən ilə sayı artan ekoloji profilli QHT- lər ictimai düşüncədə ekoloji maarifləndirmə işlərinin aparılması, ölkənin flora və fauna sərvətlərinin mühafizə edilməsi, yaşıllaşdırmanın təbliği kimi layihələr həyata keçirirlər".



Deputat bildirib ki, ekoloji hərəkatın genişlənməsi və gücləndirilməsi əhalinin sağlamlığının qorunması ilə yanaşı həm də iqlim dəyişikliyinə qarşı qlobal mübarizənin tərkib hissəsidir: "Prezident Əliyev öz Sərəncamı ilə bəşəriyyətin üzləşdiyi qlobal çağırışlarla bağlı Azərbaycanın mövqeyini bütün dünyaya bəyan edir, həm də bu proseslərdə ölkəmizin fəal iştirakını bir daha təsdiq etmiş olur. Əminəm ki, COP 29 tədbirlərinə ev sahibliyi edən dövlətimiz pandemiya dövründə olduğu kimi bu dəfə də dünyanı narahat edən problemlərlə bağlı öz mövqeyini və yeni təşəbbüslərini dünya birliyinə təqdim edəcək. Bütün bunlar qlobal problemlərin həllində Azərbaycanın rolunun artmasını təmin edir və beynəlxalq miqyasda Azərbacanın nüfuzunun artırılmasına xidmət edir".


Paylaş



Bölmə: Xəbər / Karusel / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Fevral 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
232425262728 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!