Yeni ildə iki ölkədə səfirlik təsis ediləcək - Ceyhun BayramovAzərbaycan gələn il iki ölkədə səfirlik təsis edəcək.
Bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov nazirliyin ilin yekununa dair hesabat brifinqində çıxışı zamanı deyib.
O, Tailandda səfirliyin təsis olunması və fəaliyyətə başlamasının gözlənildiyini deyib.
“Eyni zamanda, Oman sultanlığında diplomatik missiyalarımız fəaliyyət başlayacaq”, - nazir əlavə edib.