Naxçıvanda avtomobillər toqquşdu, xəsarət alanlar var .....                        Mükəmməl tədqiqat əsəri .....                        “Milli Pediatriya Dərnəyinin I Milli Konqresi” keçirilib .....                        Azərbaycanın hərb tarixinə dair kitab türk dilində çapdan çıxıb .....                        Qərib sənətkar .....                        Sürücülərin nəzərinə .....                        “Xankəndi” kitabı işıq üzü görüb .....                        “Ədalət axtarma sən bu dünyada” .....                        Hava proqnozu- Əhalinin nəzərinə .....                       
Tarix : 9-02-2024, 17:56
Baş katib Prezidentə təbrik məktubu ünvanladı


Baş katib Prezidentə təbrik məktubu ünvanladı

Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin Baş katibi Kayrat Sarıbay Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.
Məktubda deyilir:
Yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə Sizə səmimi təbriklərimi çatdırıram. Bu əlamətdar hadisə Azərbaycan xalqının Sizin liderliyinizə göstərdiyi davamlı inam və etimadı bir daha nümayiş etdirdi.
Sizin müdrik rəhbərliyinizlə Azərbaycan böyük nailiyyətlər əldə edib. Uğurlu siyasətiniz Ümummilli Lider Heydər Əliyevin əsasını qoyduğu təməllər üzərində müstəqil, suveren, müasir Azərbaycanın sürətli inkişafına gətirib çıxarıb.
Azərbaycanın beynəlxalq əlaqələrdə həm regional, həm də qlobal səviyyədə artan rolu və nüfuzunu yüksək qiymətləndirirəm. Azərbaycanın Qoşulmama Hərəkatına uğurlu sədrliyi və qarşıdan gələn BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) ev sahibliyi etməsi ölkənin aktual qlobal çağırışların həllində hərtərəfli yanaşmanın tərəfdarı olduğunu nümayiş etdirir.
Bundan əlavə, Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirəyə göstərdiyiniz davamlı dəstəyə görə Sizə minnətdarlığımı bildirirəm. Zati-alinizin regionda əməkdaşlığın və dialoqun möhkəmləndirilməsinə sadiqliyi həqiqətən də təqdirəlayiqdir. Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin gündəliyindəki müxtəlif məsələlər üzrə, xüsusilə də Azərbaycanın əlaqələndirici kimi fəaliyyətdə olduğu təhlükəsiz və səmərəli nəqliyyat dəhlizi sistemlərinin inkişaf etdirilməsi sahəsində əməkdaşlığımızı davam etdirməyi səbirsizliklə gözləyirəm.
Sizə möhkəm cansağlığı, ali dövləti fəaliyyətinizdə uğurlar və firavanlıq arzulayıram. Əminik ki, Sizin rəhbərliyinizlə Azərbaycan inkişaf yolunu davam etdirəcək, ölkədə və regionda dayanıqlı sülhə və tərəqqiyə bundan sonra da töhfə verəcəkdir".


Paylaş



Bölmə: Xəbər / Karusel / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Aprel 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!