70 yaşlı qadın sirkə turşusu içib öldü .....                        Məzahir Pənahovun gəlini ilə bağlı rəsmilərdən AÇIQLAMA .....                        “Traktor”dan tarixi qələbə .....                        "Hər gün bir tikə çörək, azca su verirdilər ki, ölməyək" - FOTO .....                        Qaradağlıda azərbaycanlıları qətlə yetirənlərin adları .....                        Dağlar qızı Reyhan .....                        Əmlakın müsadirəsi ilə bağlı mühüm qərar .....                        Cüdoçumuz qızıl medal qazandı .....                        Ağacları kəsən şəxs "Azəravtoyol"un məmuru imiş - RƏSMİ .....                       
Tarix : 23-03-2024, 18:38
Sahibə Qafarova İsveçrəyə işgüzar səfərində həmkarıyla görüşdü


Sahibə Qafarova İsveçrəyə işgüzar səfərində həmkarıyla görüşdü

Parlamentlərarası İttifaqın Cenevrədə keçirilən 148-ci Assambleyası çərçivəsində İsveçrə Konfederasiyasında işgüzar səfərdə olan Milli Məclisin sədri Sahibə Qafarova martın 23-də Syerra-Leone Respublikası Parlamentinin sədri Abass Çernor Bundu ilə görüşüb.
Görüşdə parlametlərarası əlaqələrin inkişafı imkanları, həmçinin beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığın əhəmiyyəti barədə fikir mübadiləsi aparılıb.
Söhbət zamanı Qoşulmama Hərəkatının və Parlament Şəbəkəsinin fəaliyyətində Azərbaycanın vacib rolu qeyd olunub. Diqqətə çatdırılıb ki, Azərbaycanın Qoşulmama Hərəkatına sədrliyi dövründə bu təşkilatın institusional inkişafı istiqamətində mühüm addımlar atılıb. Xatırladılıb ki, Azərbaycan Prezidenti İlham Əliyevin təşəbbüsü ilə Qoşulmama Hərəkatının Parlament Şəbəkəsi və Qoşulmama Hərəkatının Gənclər Təşkilatı təsis edilib.
Milli Məclisin sədri Sahibə Qafarova bildirib ki, Qoşulmama Hərəkatı Parlament Şəbəkəsi parlament diplomatiyasının inkişafında, təşkilata üzv ölkələrin qanunverici orqanları arasında əlaqələrin genişləndirilməsində, eləcə də bəşəriyyəti narahat edən bir sıra məsələlərin həlli üçün həmrəylik göstərilməsində mühüm platforma rolunu oynayır.
Syerra-Leone Parlamentinin spikeri Abass Çernor Bundu Qoşulmama Hərəkatı Parlament Şəbəkəsinin fəaliyyətinin genişləndirilməsində göstərdiyi təşəbbüs və səylərinə görə təbriklərini çatdıraraq bildirib ki, Azərbaycanın sədrliyi bu təşkilata yeni nəfəs verib və təşkilatın fəaliyyətində yeni istiqamətlər müəyyənləşdirib. Qeyd olunub ki, Qoşulmama Hərəkatı Parlament Şəbəkəsinin diqqət ayırdığı məsələlər yeni çağırışlarla üst-üstə düşür, xüsusilə dekolonilaziya məsələsində Azərbaycanın mövqeyi təqdir olunub.
Parlamentlərarası əlaqələrin inkişafının əhəmiyyətinin qeyd olunduğu görüşdə bildirilib ki, istər Parlamentlərarası İttifaq, istərsə də digər beynəlxalq təşkilatlar çərçivəsində keçirilən görüşlər və qurulan dialoq hər iki ölkənin qanunverici orqanları arasında əlaqələrin dərinləşdirilməsinə xidmət edir.
Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər barədə də fikir mübadiləsi aparılıb.


Paylaş



Bölmə: Xəbər / Karusel / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    May 2025    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!