Amnistiya aktı 18 min 203 nəfərə şamil edilib - RƏSMİ .....                        Abşeronun içməli su təminatı bərpa olunur .....                        Qırğızıstanın Baş naziri Azərbaycana gəldi .....                        Ağdərədə minaya düşən şəxsin ayağı amputasiya olunub .....                        İran sülh üçün 4 şərt açıqladı - SİYAHI .....                        Türkiyə 24 ildən sonra dünya çempionatında oynayacaq .....                        Ağdamda 22 yaşlı şəxs dayısı qızını üzündən bıçaqladı .....                        Azərbaycanda elektron siqaretlər qadağan olunub .....                        Türkiyə yığmasının baş məşqçisi huşunu itirdi - FOTO .....                       
Tarix : 29-06-2024, 17:44
Tbilisidən Azərbaycanla sərhədə qədər yeni yol


Tbilisidən Azərbaycanla sərhədə qədər yeni yol

Gürcüstanın paytaxtından Azərbaycanla sərhədə qədər yeni Tbilisi-Saqareco (Kaxeti) sürətli avtomobil yolunun tikintisi fəal şəkildə davam edir. Dördzolaqlı beton yolun tikintisi 2024-cü ildə başa çatdırılacaq.
Bu barədə Gürcüstanın Regional İnkişaf və İnfrastruktur Nazirliyinin Avtomobil Yolları Departamentindən məlumat verilib.
Bildirilib ki, yolun Tbilisi-Saqareco hissəsi Tbilisi və Kaxeti bölgəsini birləşdirən əsas magistralın, eləcə də Gürcüstanı Azərbaycanın şimal-qərb regionu ilə birləşdirən tranzit dəhlizin bir hissəsidir. Ümumi uzunluğu 35 kilometr olan Tbilisi-Saqareco yolunun tikintisi üç hissəyə - Vaziani dolama yolu, Vaziani-Saqareco yolu və Saqareco dolama yoluna bölünüb.
Layihə çərçivəsində dördzolaqlı beton avtomobil yolu tikilir. Yolun birinci hissəsi olan Vaziani dolama yolu keçən il istifadəyə verilib və yeni yolun dörd kilometrlik hissəsi artıq nəqliyyat vasitələrinin istifadəsindədir. Ümumi uzunluğu 31 kilometr olan qalan iki hissədə işlər aktiv şəkildə davam etdirilir və bu il başa çatdırılması planlaşdırılır.
Yolun tikintisi dövlət büdcəsi hesabına maliyyələşdirilir və ümumi dəyəri 527,2 milyon laridir.


Paylaş



Bölmə: Xəbər / Karusel / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Aprel 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!