Binəqədi-Novxanı yolunda zəncirvari qəza .....                        Beş məsələ parlamentin plenar iclasına tövsiyə edildi .....                        Köçəryana qarşı yeni ittiham irəli sürülüb .....                        KTMT Qarabağda İrəvan uğrunda döyüşə bilməzdi - Putin .....                        SEPAH generalı Suriyada öldürülüb .....                        Məsud Pezeşkianın oğluna yüksək vəzifə verildi .....                        Flora Kərimova Nazirliyi məhkəməyə verdi .....                        6 nəfərin öldüyü qəzada yaralanan yeniyetmə də öldü .....                        Borrel Avropa İttifaqındakı vəzifəsini ona təhvil verdi .....                       
Tarix : 1-09-2024, 10:49
Rekord sayda QHT təmsilçisi seçkiləri müşahidə edir - FOTO



Rekord sayda QHT təmsilçisi seçkiləri müşahidə edir - FOTO

"Vətəndaş Cəmiyyəti Uğrunda" Seçki Müşahidə Koalisiyası işğaldan azad edilmiş ərazilər- Zəngilan, Füzuli, Laçın, Xankəndi, Xocalı və Şuşa da daxil olmaqla, ölkə üzrə 75 seçki dairəsində 500-dən çox müşahidəçi ilə səsvermə gününü müşahidə edir.
Şuşa şəhərində 124 saylı Şuşa-Ağdam-Xocavənd seçki dairəsinin 46 saylı məntəqəsində prosesi izləyən "Vətəndaş Cəmiyyəti Uğrunda" Seçki Müşahidə Koalisiyasının müşahidəçisi Nadir İsmayılov bildirib ki, seçki məntəqəsi açılmazdan əvvəl boş seçki qutularının qoyulması və möhürlənməsi prosesi qanunun tələblərinə uyğun həyata keçirilib: “Səsvermə üçün nəzərdə tutulmuş səsvermə kabinələri beynəlxalq və milli qanunvericilikdə nəzərdə tutulmuş standartlara cavab verir, seçki məntəqəsində gizli səsvermənin təmin edilməsi üçün tam şərait yaradılıb, texniki təchizat seçki qanunvericiliyinin tələblərinə uyğun təşkil edilib”.
Laçında 121 saylı Laçın seçki dairəsinin 105 saylı məntəqəsində prosesi izləyən "Vətəndaş Cəmiyyəti Uğrunda" Seçki Müşahidə Koalisiyasının müşahidəçisi Fariz Əkbərov bildirib ki, seçki məntəqəsində səsvermə prosesi ümumilikdə normal gedir: “Xəstə və ahıl vətəndaşların seçkilərdə iştirakını təmin etmək məqsədilə daşınan seçki qutuları hazırlanıb. Proses Seçki Məcəlləsinin tələblərinə uyğun aparılır. Səsvermə prosesinə kənar müdaxilə halları baş verməyib, seçici fəallığı yüksəkdir”.
Qeyd edək ki, bu il parlament seçkilərində bütün respublika üzrə müşahidə aparmaq məqsədilə vətəndaş cəmiyyəti və QHT-ləri təmsil edən 5500 nəfərdən çox müşahidəçi qeydiyyatdan keçib ki, bu da əvvəlki parlament seçkiləri ilə müqayisədə rekord göstəricidir. Onlar 16 ictimai təşkilatı təmsil edir. Bu rəqəm qeyd olunan kateqoriya üzrə 2015-ci ildə Milli Məclisə seçkilərdəki göstəricidən 7 dəfə, 2020-ci ildəki parlament seçkilərindəki saydan isə 4 dəfə çoxdur.
Bu il QHT-lər Milli Məclisə seçkiləri monitorinq etmək üçün 2 seçki koalisiyası təsis edib. Onlardan biri “Vətəndaş cəmiyyəti uğrunda” Seçki Müşahidə Koalisiyasıdır. Bu Koalisiyanı “Prioritet” Sosial-İqtisadi Araşdırmalar Mərkəzi İctimai Birliyinin sədri Zaur İbrahimli, Hüquqi Təhlil və Araşdırmalar İctimai Birliyinin sədri Ramil İskəndərli, “Bələdiyyələrin fəaliyyətinin təbliği” İctimai Birliyinin sədri Vüqar Tofiqli təsis edib.
“Mənim səsim” Seçki Monitorinq Koalisiyasının həmtəsisçiləri isə tanınmış hüquq müdafiəçiləri - D.Əliyeva adına Azərbaycan Qadınlarının Hüquqlarının Müdafiə Cəmiyyəti İctimai Birliyinin sədri Novella Cəfəroğlu, Beynəlxalq İnsan Hüquqları Cəmiyyətinin Azərbaycan Milli Bölməsi İctimai Birliyinin sədri Səadət Bənənyarlı, İnsan Hüquqları və Qanunçuluğun Müdafiəsi İctimai Birliyinin sədri Səidə Qocamanlıdır.
Seçki günü məntəqələrdə müşahidə aparacaq QHT təmsilçilərindən 20%-i bu 2 seçki koalisiyasının nümayəndələridir.








Paylaş



Bölmə: Xəbər / Karusel / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!