Azərbaycanda bu universitetin ləğvi elan edildi .....                        26 yaşlı qadın dəm qazından öldü .....                        Jurnalistlər Ceyranbatan Ultrasüzgəcli Sutəmizləyici Qurğular Kompleksində - FOTO .....                        Ermənistan ordusunda 40 ölüm qeydə alınıb .....                        “Böyüməyən uşaqlar” Xocalıya qayıtdılar .....                        Tramp Makronu qarşılamadı .....                        İkinci kurs tələbəsi vəfat etdi .....                        "Gülüstan" sarayında dövlət ziyafəti verilir .....                        Bakıda Azərbaycan-Pakistan biznes forumu - Liderlər çıxış ediblər .....                       
Tarix : 3-09-2024, 21:00
Bakıda COP29-la bağlı Yüksək Səviyyəli Dialoq keçirilib


Bakıda COP29-la bağlı Yüksək Səviyyəli Dialoq keçirilib

Sentyabrın 3-də Bakıda COP29 sədri qismində Azərbaycanın təşəbbüsü ilə “İqlim Şəffaflığı üzrə Yüksək Səviyyəli Dialoq” keçirilib.
Tədbirdə ümumilikdə 120-dən çox ölkə və beynəlxalq təşkilatlardan yüksək səviyyəli rəsmilər, o cümlədən Türkiyə, Özbəkistan, Yaponiya, Gürcüstan, Qazaxıstan, Braziliya, Qırğızıstanın nazir və nazir müavinləri, UNFCCC-nin icraçı katibi, ABŞ Prezidentinin iqlim üzrə xüsusi nümayəndəsinin müavini, Avropa İttifaqı, Avstraliya, Norveç, İsveçrə, Almaniya, Birləşmiş Krallıq, BƏƏ, Səudiyyə Ərəbistanı kimi ölkələrin iqlim üzrə baş danışıqçıları və digər nümayəndələr iştirak ediblər.
Dialoqda açılış nitqi ilə çıxış edən COP29-un müəyyən edilmiş Prezidenti Muxtar Babayev iqlim dəyişmələri ilə mübarizədə qlobal səviyyədə əməkdaşlığın önəmini vurğulayıb. O, bu il ilk dəfə təqdim ediləcək İkiillik Şəffaflıq Hesabatlarının (Biennial Transparency Report/BTR) iqlim dəyişmələri sahəsində görülən işlərin obyektiv qiymətləndirilməsində mühüm rol oynadığını bildirib. Bu hesabatlar Paris Sazişi çərçivəsində ölkələrin öhdəliklərini yerinə yetirməsində önəmli rol oynayacaq, eyni zamanda, iqlim dəyişmələri ilə mübarizə istiqamətində həyata keçirilən fəaliyyətləri daha da gücləndirərək, qlobal səviyyədə bu səylərə əhəmiyyətli töhfə verəcək.
Dialoq çərçivəsində Azərbaycanın COP29 Sədrliyinin iqlim şəffaflığı sahəsində mühüm irsi olacaq “Bakı Qlobal İqlim Şəffaflığı Platforması” (Baku Global Climate Transparency Platform/BTP) təqdim edilib.
COP29-un Baş danışıqçısı Yalçın Rəfiyev çıxışında bu platformanın əsas məqsədinin qlobal səviyyədə iqlim şəffaflığı üzrə əməkdaşlığı gücləndirmək, ölkələr arasında etimad mühitini formalaşdırmaq və inkişaf etməkdə olan ölkələrə BTR-lərin hazırlanması prosesində dəstək verməkdən ibarət olduğunu vurğulayıb. Bildirib ki, platforma, eyni zamanda, Paris Sazişi çərçivəsində Genişləndirilmiş Şəffaflıq Çərçivəsinin (Enhanced Transparency Framework/ETF) tətbiqini dəstəkləyərək universal iştirakın təmin olunmasına töhfə verəcək.
Tədbir çərçivəsində, həmçinin COP29 Sədrliyinin iqlim şəffaflığı sahəsində apardığı qlobal səylərə əlavə töhfə vermək məqsədilə təyin edilmiş COP29-un iqlim şəffaflığı üzrə yüksək səviyyəli nümayəndələrinin təqdimatı olub.
Tədbirdə çıxış edən nazir və nazir müavinləri, eləcə də digər yüksək səviyyəli rəsmilər iqlim dəyişmələri ilə mübarizədə qlobal səylərin gücləndirilməsinə, şəffaflığın artırılmasına və ölkələr arasında etimad mühitinin yaradılmasına Azərbaycan tərəfindən verilən töhfələrin mühüm əhəmiyyətini vurğulayıb, COP29 sədri qismində ölkəmiz tərəfindən irəli sürülmüş Bakı Qlobal İqlim Şəffaflığı Platformasına (BTP) dəstəklərini ifadə ediblər.
Qeyd edək ki, tədbirin məqsədi iqlim şəffaflığı sahəsində qlobal əməkdaşlığın gücləndirilməsindən, BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasına (UNFCCC) tərəf ölkələr arasında etimad mühitinin formalaşdırılmasına dəstək verilməsindən, İkiillik Şəffaflıq Hesabatlarının (Biennial Transparency Report/BTR) hazırlanmasından və bu istiqamətdə ölkələrə dəstəyin verilməsinin təşviqindən ibarət olub.


Paylaş



Bölmə: Xəbər / Karusel / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Fevral 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
2425262728 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!