İsrailin XİN başçısı Azərbaycana yola düşdü .....                        Moskva geri addım atır? .....                        Sahibə Qafarova həmkarı ilə görüşdü .....                        Əli Laricaninin qızı ABŞ universitetindən qovuldu .....                        Rusiya Maduronun azad edilməsini tələb edir .....                        NATO təlimində böhran: Amerikalı əsgərlər geri çəkildi .....                        Qrenlandiya böhran: İşıqsız və istiliksiz qaldı .....                        “Temu” Türkiyədə xarici məhsul satışlarını dayandırdı .....                        İmişlidə 2 avtomobil toqquşub - 4 yaralı var .....                       
Tarix : 13-11-2024, 14:31
COP29 çərçivəsində su təşəbbüsü elan ediləcək


COP29 çərçivəsində su təşəbbüsü elan ediləcək

Noyabrın 13-də COP29 çərçivəsində “İqlim dəyişikliklərinin su hövzələrinin azalmasına mənfi təsiri” mövzusunda müzakirələr aparılıb.
BMT Baş katibinin su məsələləri üzrə xüsusi nümayəndəsi Retno Marsudi su məsələsinin COP29-un əsas prioritetlərindən biri kimi müəyyən edilməsində Azərbaycanın liderliyini yüksək qiymətləndirib, daha geniş iqlim dəyişikliyi üzrə Bakı dialoqunun yaradılmasını alqışlayıb.
O, iqlim dəyişikliklərinin səbəb olduğu su problemlərinin insanların həyatına, gələcək nəsillərə təhlükə yaratdığını, bir çox su hövzəsində, xüsusən də çayda suyun azalmasının özü ilə bərabər aclıq problemini ortaya çıxartdığını deyib. Bildirib ki, iqlim dəyişikliyi su mənbələrinə və infrastrukturuna da ciddi ziyan vurur. Təkcə ötən il 32 milyon nəfər daşqın və seldən əziyyət çəkib, aşağı sahil zonasında yaşayan 680 milyon nəfər dəniz səviyyəsinin yüksəlməsi təhlükəsi ilə üz-üzə qalıb. Ona görə də su amili iqlim dəyişikliyi ilə bağlı müzakirələrə və fəaliyyətlərə daxil edilməlidir.
Azərbaycanın ekologiya və təbii sərvətlər naziri, COP29-un Prezidenti Muxtar Babayev Biomüxtəliflik və Ekosistem Xidmətləri üzrə Hökumətlərarası Elm-Siyasət Platformasının (IPBES) son hesabatına istinad edərək iqlim dəyişikliyinin biomüxtəlifliyə və torpaq deqradasiyasına mənfi təsirlərindən söz açıb. Bildirib ki, bu təsirlər bir-biri ilə, həm də su hövzələri ilə əlaqəlidir. O, dünyanın müxtəlif yerlərində iqlim dəyişikliyinin ekosistemə, Xəzər dənizi də daxil olmaqla su hövzələrinə mənfi təsirləri barədə danışıb. Su hövzələri ilə bağlı məsələlərin ortaq mövzu olduğunu vurğulayan COP29 Prezidenti əlavə edib ki, kollektiv çağırışlar kollektiv həll tələb edir. Bildirib ki, COP29 çərçivəsində İqlim fəaliyyəti üçün su üzrə COP29 Bəyannaməsi qəbul olunacaq. Bəyannamə maraqlı tərəfləri iqlim dəyişməsinin su ehtiyatları, su hövzələri, su ilə əlaqəli biomüxtəliflik və su ekosistemlərinə təsirləri və səbəbləri ilə mübarizədə inteqrasiyalı yanaşmaları tətbiq etməyə, eləcə də Milli Səviyyədə Müəyyən Edilmiş Töhfələr (NDC) və Milli Adaptasiya Planları (NAP) da daxil olmaqla, milli iqlim siyasətlərində su ilə bağlı təsirlərin yumşaldılması və adaptasiya tədbirlərini uzlaşdırmağa çağırır.
Tədbirdə qeyd olunub ki, dünya okeanlarında suyun səviyyəsinin artacağı proqnozlaşdırılsa da, bir çox endoreik su hövzələrində əhəmiyyətli azalmalar müşahidə olunur. Dünya İqtisadi Forumunun məlumatına görə, 1990-cı ildən bəri dünyanın böyük göllərinin 53 faizi kiçilib. Xüsusilə Xəzər dənizi, Aral dənizi, Çad gölü, Titikaka gölü və Viktoriya gölünün ölçülərində kəskin şəkildə azalma var.
Dünyanın ən böyük daxili su hövzəsi olan Xəzər dənizində yaranan vəziyyət onun sularını bölüşən Azərbaycan, Qazaxıstan, İran, Rusiya və Türkmənistana ciddi təsir göstərir.


Paylaş



Bölmə: Xəbər / Karusel / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Yanvar 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!