"Milli QHT Forumunda "Kəlağayı Bayramı" silsilə tədbirlərinə start verildi .....                        Qazaxda gənclərin karyera planlama müzakirəsi .....                        Könüllərdə taxt quran kişi .....                        TƏHSİL TARİXİMİZİN SÖNMƏYƏN ÇIRAQLARI .....                        20 oktyabr — Səttarxanın doğum günü: .....                        Zəngilanın dirçəliş və qayıdış dövrü .....                        Sədaqətli dost, dəyərli qələm sahibi .....                        Azərbaycan və Kamboca əməkdaşlığın yeni mərhələsinə hazırlaşır .....                        Onlar məndən, mən onlardan öyrəndim… .....                       
Tarix : 19-11-2024, 15:03
ADY və “Stadler Rail Group” arasında yeni müqavilə imzalandı - FOTO


ADY və “Stadler Rail Group” arasında yeni müqavilə imzalandı - FOTO

19 noyabrda “Azərbaycan Dəmir Yolları” QSC-nin (ADY) sədri Rövşən Rüstəmov və İsveçrənin “Stadler Rail Group” şirkətinin icraçı vitse-prezidenti Daniel Baer Bakı şəhərində Təlim və İnkişaf Mərkəzinin yaradılmasına dair müqavilə imzalayıblar.
ADY-dən verilən məlumata görə, müqaviləyə əsasən, Təlim və İnkişaf Mərkəzinin 2027-ci ildə istifadəyə verilməsi nəzərdə tutulur. Mərkəz Azərbaycanda dəmiryol sahəsində gənc və peşəkar kadrların yetişdirilməsi və strateji kadr potensialının inkişafı baxımından mühüm əhəmiyyət daşıyır. Eyni zamanda, Təlim və İnkişaf Mərkəzinin yaradılması yeni nəsil hərəkət vasitələrinə texniki qulluğun göstərilməsi və istismarı üçün kadr hazırlığına əhəmiyyətli töhfə verəcək. Mərkəzdə regionda “Stadler” qatarlarını idarə edəcək maşinistlərin təlimləndirilməsi də planlaşdırılır.
“Stadler Rail Group” şirkəti Mərkəzin layihələndirilməsi və tikintisinə, texniki avadanlıqlarla, o cümlədən praktiki məşğələlər üçün müasir simulyatorlarla təchizatına dəstək verəcək.
“Stadler Rail Group” şirkəti Mərkəzin layihələndirilməsi, tikintisi, texniki təminatı, o cümlədən praktiki məşğələlər üçün simulyatorların alınmasını maliyyələşdirəcək. Yeni nəsil simulyatorlar maşinist və maşinist köməkçilərinin hazırlanması və texniki biliklərinin təkmilləşdirilməsinə geniş imkan yaradacaq. Mərkəzin fəaliyyəti təkcə texniki biliklərin tədrisi ilə məhdudlaşmayacaq, gələcəkdə idarəetmə sahəsində də təlim proqramları həyata keçiriləcək. Burada əməkdaşlar müasir tədris vasitələri ilə təchiz olunmuş mühitdə, real iş şəraitinə uyğun təlimlər keçəcəklər. Dünyada sənaye sahəsi sürətlə inkişaf etdiyindən peşə bacarıqlarının keyfiyyətlə və qısa müddətdə öyrədilməsi zərurəti belə təlim mərkəzlərinə ehtiyacı artırır.
Hazırda ADY-də texniki sahədə çalışan əməkdaşların 50 faizinin daha innovativ və yeni texniki trendlərə uyğun ixtisaslaşdırılmasına ehtiyac var. Yeni Təlim və İnkişaf Mərkəzi mütəxəssis çatışmazlığı riskini əhəmiyyətli dərəcədə aradan qaldıracaq.
Mərkəzin binası 4 mərtəbədən, təlim otaqları, simulyator otaqları, ofislər, kompüter laboratoriyaları və yeməkxanadan ibarət olacaq, həmçinin təlimlərə regionlardan qatılan ADY əməkdaşlarının burada qalması üçün otaqlar ayrılacaq. Layihə çərçivəsində Təlim və İnkişaf Mərkəzi günəş panelləri ilə təchiz olunacaq. Bu təşəbbüslə ADY ESG (Ətraf mühit, Sosial və İdarəetmə) prinsiplərinə uyğun şəkildə bərpa olunan enerji istifadəsinə doğru daha bir strateji addım atır. Günəş enerjisinin tətbiqinin genişləndirilməsi isə müəssisəyə karbon izini azaltmağa və ekoloji davamlılığa töhfə verməyə şərait yaradırş
İmzalanma mərasimində iştirak edən “Stadler Rail Group” şirkətinin icraçı vitse-prezidenti Daniel Baer yeni Təlim və İnkişaf Mərkəzinin yaradılmasını ADY ilə əməkdaşlığın daha bir uğurlu nəticəsi kimi qiymətləndirib:
“ADY ilə strateji tərəfdaşlıq çərçivəsində müasir Təlim və İnkişaf Mərkəzinin yaradılması haqqında müqaviləni imzalamaqdan çox məmnunuq. Bu Mərkəzin uğurla fəaliyyət göstərəcəyinə və bütün gözləntiləri qarşılayacağına əminik. İnanırıq ki, Təlim və İnkişaf Mərkəzi nəinki Azərbaycanda, regionda da “Stadler” və ADY brendlərinin təşviqinə öz töhfəsini verəcək”.
ADY-də müasir standartlara cavab verəcək yeni Təlim və İnkişaf Mərkəzinin yaradılması məqsədilə bir il ərzində Almaniya, Türkiyə və İspaniya kimi ölkələrin müvafiq təcrübələri yerində öyrənilib, təhlil edilib, ən yaxşı nümunələr üzərində müzakirələr aparılıb. Yekun olaraq Mərkəzin konsepsiyasının Almaniya Dəmir Yolları Akademiyası (“Deutsche Bahn Rail Academy”) ilə əməkdaşlıq çərçivəsində hazırlanması barədə qərar qəbul edilib.
Yeni Mərkəz vasitəsilə dəmiryol sektorunda nəzəri və praktiki təlimlərin genişləndirilməsi, peşə və ali təhsil müəssisələri ilə əməkdaşlığın möhkəmləndirilməsi və beynəlxalq təcrübələrin ölkəmizə inteqrasiyası təmin ediləcək. Bununla yanaşı, Mərkəzdə hazırlanacaq peşəkar mütəxəssislər Azərbaycan ərazisindən keçən beynəlxalq nəqliyyat dəhlizlərinin, o cümlədən Orta Dəhlizin potensialının daha da artırılmasına töhfə verəcəklər. Beləliklə, rəqəmsal həllərin davamlı tətbiqi və təhlükəsiz daşımalar sahəsində qabaqcıl mövqe qazanaraq ADY-nin beynəlxalq dəhlizlərdəki strateji mövqeyi daha da güclənəcək.
Xatırladaq ki, ötən ilin oktyabr ayında ADY və “Stadler Rail Group” şirkəti arasında dəmiryol nəqliyyatı vasitələrinin təmiri, texniki qulluq və konsultasiya üzrə xidmətlərin göstərilməsinə dair müqavilə imzalanıb. Anlaşmaya əsasən, Böyükşor ərazisində tikiləcək Regional Servis Mərkəzi Azərbaycan daxil olmaqla qonşu ölkələrdə də geniş istismar edilən “Stadler” hərəkət tərkiblərinin irihəcmli təmirinin həyata keçirilməsinə imkan yaradacaq.
Yeni Təlim və İnkişaf Mərkəzi Regional Servis Mərkəzi üçün də peşəkar texniki mütəxəssislərin hazırlanmasına töhfə verəcək.
Qeyd edək ki, ADY əməkdaşlarının bilik və bacarıqlarının artırılması məqsədilə davamlı olaraq müxtəlif sahələrdə təlimlər təşkil edir. İşçilərin təlim ehtiyaclarını qarşılamaq üçün 2024-cü il üzrə 1 milyon manat vəsait ayrılıb. Bu ilin 10 ayında 5 minə yaxın əməkdaşa 225 adda təlim keçirilib.
ADY-nin regionlardakı əməkdaşlarının təlim ehtiyaclarının çevik şəkildə qarşılanması məqsədilə bir sıra layihələr uğurla tamamlanıb. Bu layihələrdən biri olan “AnzerA” onlayn təlim platforması işçilərə istənilən yerdən, istənilən vaxt öz biliklərini artırmaq üçün təlim materiallarına çıxış imkanı verir. Əməkdaşlar burada müxtəlif peşəkar mövzularda təlimlərə qoşula biləcək, həmçinin tədris materiallarını asanlıqla əldə edirlər.
Bundan başqa, “Təlim qatarı” layihəsi üzərində işlər tamamlanmaq üzrədir. Bu layihə çərçivəsində bölgələrdə fəaliyyət göstərən ADY əməkdaşlarının təlim ehtiyacları yerindəcə təmin ediləcək.
Eyni zamanda, ADY gənclərin xaricdə dəmiryol ixtisası üzrə təhsilinə xüsusi diqqət ayırır. Bu yaxınlarda bir qrup tələbə ADY-nin təqaüd proqramını qazanıb və təhsilini Rusiya Nəqliyyat Universitetində davam etdirir. Hazırda Çin və Rusiyanın nəqliyyat sahəsi üzrə digər qabaqcıl ali təhsil müəssisələri ilə əməkdaşlıq imkanları öyrənilir.



Paylaş



Bölmə: Xəbər / Karusel / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Zəngilanın dirçəliş   və qayıdış dövrü


Zəngilanın dirçəliş

və qayıdış dövrü


Azərbaycan tarixinin ən şanlı səhifəsi olan Vətən müharibəsi bizə təkcə torpaqlarımızı deyil, ləyaqətimizi, qürurumuzu qaytardı. Həmin qürurun ən parlaq ünvanlarından biri də Zəngilandır. 2020-ci il sentyabrın 27-də başlanan Zəfər yürüşü zamanı şərqdən, Cəbrayıl istiqamətindən düşmənə vurulan sarsıdıcı zərbələr nəticəsində Azərbaycan Ordusu 30-dan çox yaşayış məntəqəsini azad edərək Zəngilanın inzibati hüdudlarına çatdı. Oktyabrın 18-də rayonun tam azad edilməsi uğrunda genişmiqyaslı əməliyyata start verildi və cəmi iki gün sonra, oktyabrın 20-də Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev xalqa müraciətində Havalı, Zərnəli, Məmmədbəyli, Həkəri, Şərifan, Birinci Muğanlı kəndlərinin və Zəngilan şəhərinin işğaldan azad edildiyini elan etdi. Beləliklə, Zəngilan döyüşləri nəticəsində 1 şəhər, 4 qəsəbə və 49 kənd düşmən tapdağından xilas edildi və bununla da 132 kilometrlik Azərbaycan-İran dövlət sərhədi tam bərpa olundu. İşğalın bitməsindən dərhal sonra sərhəd boyunca zəruri istehkam və mühafizə işlərinə başlanıldı.

Qərbi zəngəzurlular Zəngilan şəhidliyində

Bu tarixi qələbənin əbədiləşdirilməsi üçün 2020-ci il noyabrın 26-da “Zəngilanın azad olunmasına görə” medalı təsis edildi və 6974 hərbi qulluqçumuz bu medalla təltif olundu. Prezidentin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə isə 20 oktyabr tarixi Zəngilan şəhəri günü kimi rəsmiləşdirildi. Zəngilanın azad olunması Böyük Qayıdışın başlanğıcı oldu. Bu gün dövlətin ən böyük hədəfi həmin torpaqları yenidən həyatla doldurmaqdır. 2026-cı il 1 oktyabr tarixinə olan məlumata görə, Zəngilan şəhərində 84 ailə, yəni 339 nəfər, Ağalı kəndində 234 ailə, yəni 1017 nəfər, Məmmədbəyli kəndində isə 179 ailə, yəni 903 nəfər öz doğma ocağına qayıdıb. Köçürülən ailələr peşə və bacarıqlarına uyğun olaraq müxtəlif dövlət qurumlarında, tikinti şirkətlərində, tikiş fabrikində və digər sahələrdə işlə təmin edilirlər.Bu qayıdışın dünyaya nümunə olan simvolu isə Ağalı kəndidir. Ağalı təkcə Azərbaycanda deyil, dünyanın ən müasir kəndlərindən biri hesab olunur. Burada “ağıllı kənd” konsepsiyası tam şəkildə tətbiq edilib. Dayanıqlı inkişafın təmin olunması üçün sosial-iqtisadi xidmətlər ən yüksək texnologiyalarla qurulub. Kəndin enerji təminatı ekoloji cəhətdən tam təmizdir, Həkəri çayı üzərində 3 turbindən ibarət Arximed tipli su elektrik stansiyası və gücü 325 kilovat olan günəş panelləri quraşdırılıb. Evlərdə istilik xərclərini azaltmaq üçün kombinə edilmiş sistemlər, mətbəx sobası və yüksək səmərəli elektrod boilerlər var. Suyun isidilməsi üçün günəş kollektorlarından, çirkab suların təmizlənməsi üçün bioloji təmizləmə qurğularından istifadə olunur.
Kənddə GPON texnologiyası ilə yüksək sürətli internet, İP TV, video müşahidə kameraları, ağıllı işıq dirəkləri və avtomatik hava müşahidə stansiyaları var. Əhalinin rahatlığı üçün Tele-səhiyyə, E-təhsil və digər elektron xidmətlər, ASAN, DOST, məktəb, bağça, tibb məntəqəsi, kiçik və orta biznesə dəstək mərkəzləri fəaliyyət göstərir. Ümumi sahəsi 2 hektardan çox olan park salınıb. Bütün bunlar onu göstərir ki, Ağalı kəndi sadəcə yaşayış məntəqəsi deyil, gələcəyin kənd modelidir. Nazirlər Kabinetinin 30 oktyabr 2023-cü ildə təsdiq etdiyi Baş Plana əsasən şəhərin 2040-cı ilədək inkişafı üçün böyük vəsait ayrılıb. 2022-ci ildə təməli qoyulan 104 mənzilli ilk yaşayış kompleksinin açılışı 2026-cı ildə olub. Kompleksin ərazisi 2 hektardan artıqdır və burada 12 bina, o cümlədən 4 ədəd üçmərtəbəli 60 mənzilli və 8 ədəd ikimərtəbəli 44 mənzilli evlər tikilib.

Azad Zəngilanın qonaqları

Zəngilan Beynəlxalq Hava Limanı bu bölgənin inkişafı üçün mühüm faktora çevrilib. Zəngəzur dəhlizinin hava infrastrukturu ilə gücləndirilməsi baxımından hava limanı strateji əhəmiyyət daşıyır. Eyni zamanda Horadiz-Zəngilan-Ağbənd dəmir yolunun inşası da böyük strateji əhəmiyyətə malikdir. Bu yol azad edilmiş torpaqlara həm vətəndaşların qayıdışı, həm də yüklərin daşınması üçün tarixi imkan yaradır. Artıq yolun birinci mərhələsi üzrə böyük hissə tamamlanıb və Araz İqtisadi Zonası Sənaye Parkına yüklər daşınır. Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolunun uzunluğu 126,3 kilometrdir, illik buraxılış qabiliyyəti 15 milyon tondur və layihənin 2026-cı ilin ikinci yarısında yekunlaşdırılması nəzərdə tutulur. İşğal dövründə tövlə kimi istifadə olunan XIX əsrə aid Zəngilan şəhər məscidi Heydər Əliyev Fondu tərəfindən bərpa olunub. Bərpa-tikinti işləri çərçivəsində tarixi məscid konservasiya edilib və onun yanında düzbucaqlı planlı, iki minarəli yeni məscid inşa edilib. Yeni məsciddə 220 və 100 nəfərlik ibadət zalları yaradılıb. Rayonun gələcəyi üçün turizm və kənd təsərrüfatı da unudulmayıb. 2024-cü il mayın 18-də Ağalı kəndində, Həkəri çayı vasitəsilə yaradılmış süni gölün sahilində “Ağalı” hoteli açılıb. Zəngilan İstirahət Kompleksində 111 nömrəli hotelin təməli 2023-cü il mayın 4-də qoyulub. 2026-cı il mayın 10-da isə “Zəngilan City Park Hotel”in təməli qoyulub. Kənd təsərrüfatı sahəsində isə “Dost Aqropark” layihəsi həyata keçirilir. Azərbaycan və Türkiyə şirkətlərinin birgə layihəsi olan bu kompleks tam başa çatdıqda 500 nəfəri işlə təmin edəcək və 100 milyon dollar sərmayə qoyulacaq. Layihənin birinci mərhələsində 5200 kvadratmetr qapalı, 113 min kvadratmetr açıq tipli heyvandarlıq kompleksləri, sosial obyektlər, kafe, kinoteatr tikilib.
Beləliklə, Zəngilan bu gün sadəcə işğaldan azad edilmiş bir rayon deyil, Azərbaycan dövlətinin qüdrətinin, iradəsinin və gələcəyə olan inamının canlı rəmzidir. Burada hər daş, hər tikilən ev, hər qayıdan ailə 30 illik həsrətin sonu və Böyük Qayıdışın əbədi başlanğıcıdır.

Mahnur Hüseynova
Xırdalan şəhər 8 nömrəli tam orta ümumtəhsil məktəbinin direktoru
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!