Kiberhücumlar və informasiya təhlükəsizliyi: Müharibələrin yeni cəbhəsi .....                        Ağdərədə təlim keçirilib .....                        Xankəndi, Xocalı və Ağdərəyə növbəti dəfə 180 nəfər köçürülüb .....                        Azərbaycan və Türkmənistan münasibətlərində yeni mərhələ .....                        Xalq qəhrəmanı Balo bəy Vəkilovun məzarı ziyarət edilib. .....                        Tarixi yaşayanlar və tarixi yaradanlar .....                        Bir imza ilə başlayan yeni strateji dövr .....                        Dünən səhər Təbrizdə hərbi obyekt vurulub. .....                        DÜŞÜNCƏ FƏDAİSİ OLAN YAZIÇI .....                       
Tarix : 23-12-2024, 13:14
Azərbaycanda neçə "Tesla" avtomobili var? - QİYMƏTLƏR


Azərbaycanda neçə "Tesla" avtomobili var? - QİYMƏTLƏR

Amerikalı milyarder İlon Maskın "Tesla" şirkətinin istehsal etdiyi bəzi avtomobillərin şin təzyiqinə nəzarət sistemində nasazlıq yaranıb. Bu barədə "Associated press" Agentliyi bildirib.
Agentliyin məlumatına görə, şirkət nasazlığı aradan qaldırmaq üçün təxminən 700 min elektrikli avtomobili geri çağırır. Nasazlıq əsasən 2024-cü il istehsalı "Cybertruck", 2017-2025-ci illərdə istehsal olunan "Tesla Model S" və 2020-2025-ci illərdə istehsal olunan "Tesla Model Y" modellərində aşkarlanıb.
Bildirilir ki, bu modellərdəki monitorinq sistemi sürücünü aşağı təkər təzyiqi barədə xəbərdar etməyə bilər və bu problem qəza riskini artırır.
Qeyd edək ki, "Tesla" modelləri son illər dünya bazarında önəmli yer tutmağa başlayıb. Azərbaycanda da "Tesla" avtomobillərinin sayında artım var.
2024-cü ilin əvvəlində Azərbaycanda 244 ədəd "Tesla" avtomobili olub.
Bu, 2023-cü ilin əvvəlinə olan məlumatla müqayisədə 2 dəfədən çox artım deməkdir. Qeyd edək ki, həmin məlumata görə, Azərbaycanda cəmi 99 ədəd "Tesla" avtomobili var idi.
2024-cü ilin rəqəmləri açıqlanmasa da, "Tesla" avtomobillərinin sayında artım müşahidə edilir. Bakıda, həmçinin "Tesla" şirkətinin yeni istehsal etdiyi "Cybertruck" pikapı da görünüb.
Qeyd edək ki, "Tesla" avtomobillərinin qiyməti modelinə görə dəyişir. Şirkətin rəsmi saytına görə, "Tesla Y" modelinin qiyməti 31-38 min dollar arasında dəyişir. "Tesla S" modelləri 73-88 min, "Tesla X"lər 65-88 min, "Tesla Model 3"lər isə 29-42 min dollar arasındadır.


Paylaş



Bölmə: Xəbər / Karusel / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!