Paşinyan Azərbaycanın bu tələbinə “hə” dediErmənistanın baş naziri Nikol Paşinyan növbəti dəfə ATƏT-in Minsk qrupunun buraxılmasına razı olduğunu bəyan edib.
Paşinyan bu barədə sosial şəbəkələrdə etdiyi yeni paylaşımında bildirib:
O, Azərbaycanla danışıqlarda irəliləyişlərə nail olmaq üçün bir sıra şərtlər də sadalayıb. Baş nazir eyni zamanda, Azərbaycanın Minsk qrupunun buraxılmasına dair tələbilə razılaşdığını da ifadə edib.
“ATƏT-in Minsk Qrupu buraxılsın”, - erməni baş nazir yazıb.
Paşinyan bildirib ki, Ermənistan Respublikasının regionda uzunmüddətli sabitlik və sülhün bərqərar olması təklifləri aşağıdakılardı:
a) Qarşılıqlı olaraq eskalasiya yaradan nitqdən imtina;
b) İki ölkənin delimitasiya komissiyalarının birgə işinin qaydalarına əsaslanaraq demarkasiya prosesini davam etdirmək;
c) 90 faiz hazır olan sülh müqaviləsi layihəsini imzalamaq;
d) İki ölkə arasında komunikasiyaları bərpa etmək;
e) Atəşkəs rejiminin pozulması hallarının araşdırılması üçün birgə mexanizm tətbiq etmək;
f) Saxlanılan şəxslərin məsələsini hərtərəfli həll etmək;
g) İtkinlərin taleyinin aydınlaşdırılması məsələsinin həlli istiqamətində tam intensivliklə iş görmək;
h) Beynəlxalq məhkəmə orqanları da daxil olmaqla, bir-birinə qarşı iddialardan imtina etmək;
i) Sülh sazişinin müddəalarının tam və səmərəli həyata keçirilməsi üzərində işləmək,
j) Silahlara qarşılıqlı nəzarət, kvotalar və onlardan istifadəyə məhdudiyyətlər barədə danışıqların aparılması mexanizmini formalaşdırmaq;
i) Sülhün bərqərar olmasından sonra hər iki ölkədən olan qaçqınlarla bağlı məsələləri müzakirə etmək, birgə peşəkar, ekspert komitəsi yaratmaq;
ı) ATƏT-in Minsk qrupunu buraxmaq.
Xatırladaq ki, Azərbaycan Prezidenti İlham Əliyev dekabrın 18-də Rusiya mətbuatına verdiyi müsahibəsində ilk dəfə Ermənistanla sülh sazişi layihəsinin razılaşdırılmayan maddələrinin nədən ibarət olduğunu açıqlayıb. Prezident deyib ki, bu sənədin 17 maddəsinin 15-i razılaşdırılıb, 2-si qalıb. Bunlar aşağıdakılardı:
- Tərəflərin bir-birinə qarşı beynəlxalq iddialardan imtina etməsi;
- Avropa İttifaqının müşahidə missiyası adı altında Azərbaycanla sərhəddə yerləşdirilən başqa ölkələrin nümayəndələrinin çıxarılması.
Bununla yanaşı, Azərbaycanın Ermənistandan tələb edtiyi daha iki şərt var:
- Birincisi, Ermənistan öz Konstitusiyasını dəyişdirməlidir. Çünki Konstitusiyada Azərbaycana ərazi iddialarının yer aldığı müstəqillik Bəyannaməsinə istinad var, sənəddə keçmiş Dağlıq Qarabağ muxtar vilayəti Ermənistanın bir hissəsi elan olunur.
- İkincisi, ATƏT-in Minsk qrupunun ləğvi məsələsidir. Bu məsələ konsensusla həll edildiyinə görə, formal olaraq onu Ermənistanın razılığı olmadan etmək mümkün deyil. Ermənistan rəhbərliyi artıq Qarabağı Azərbaycanın bir hissəsi olaraq tanıdığını bəyan edib, Minsk qrupu isə Qarabağ məsələsinin həlli üçün yaradılıb. Qarabağ məsələsi həll olunubsa, bu halda Minsk qrupunun mövcudluğuna da ehtiyac qalmır. Yəni, Minsk qrupunun ləğv edilməsi üçün Ermənistan da Azərbaycanla birlikdə ATƏT-ə müraciət etməlidir ki, məsələyə nöqtə qoyulsun”.
ATƏT-in Minsk qrupu 1992-ci ildə Ermənistan-Azərbaycan münaqişəsinin sülh yolu ilə həlli variantlarını tapmaq məqsədi ilə yaradılıb. Qrupa aşağıdakı ölkələr daxildir:
Həmsədrlər – Rusiya, Fransa və AB,
Münaqişə tərəfləri – Ermənistan və Azərbaycan;
Üzvlər - Belarus, Almaniya, İtaliya, İsveç, Finlandiya və Türkiyə.