Türkiyə Ordusunun Quru Qoşunları komandanı Naxçıvana gəldi .....                        Bələdiyyələrin məlumatları vahid informasiya sisteminə ötürüləcək .....                        İranla müharibə tezliklə bitəcək - Tramp .....                        Kərim Vəliyev serbiyalı həmkarı ilə təhlükəsizlik məsələlərini müzakirə etdi .....                        İYİ Partiya sədri: Azərbaycanla aramıza nifaq toxumu səpməyə çalışırlar .....                        Koşta Bakı-Naxçıvan dəmir yolu layihəsinin əhəmiyyətindən danışdı .....                        Təhsilin rəqəmsallaşmasına 3 milyon ayrıldı .....                        İran yığması Dünya Çempionatında iştirak etməyəcək .....                        İspaniya səfirini geri çağırdı - İsraildən .....                       
Tarix : 4-02-2025, 14:39
Kahramanmaraşda Azərbaycan məhəlləsi: mənzillər bu tarixdə veriləcək


Kahramanmaraşda Azərbaycan məhəlləsi: mənzillər bu tarixdə veriləcək

2023-cü ilin fevral ayında Türkiyədə baş vermiş zəlzələdə zərər görən Kahramanmaraş şəhərində Azərbaycan tərəfindən inşa edilən yaşayış məhəlləsində işlər tamamlanmaq üzrədir.
Bunu Beynəlxalq Jurnalistlər Şurasının Kahramanmaraş üzrə nümayəndəsi Bekir Doğan bildirib.
O bildirib ki, Azərbaycan məhəlləsində işlərin 90 faizi başa çatıb.
Jurnalist qeyd edib ki, Azərbaycan məhəlləsində tikilmiş mənzillər fevralın 6-da təhvil veriləcək:
“Azərbaycan məhəlləsi çox gözəl oldu. Hətta dünən qarşısında canlı yayımda etdim. İşlərin 90 faiz yekunlaşıb. Sadəcə ətrafın təmizlənməsi, elektrik və su xətlərinin qoşulması, peyzaj işləri qalıb. Ayın 6-da buradakı mənzillərin təhvil verilməsinə başlanılacaq. Burada 10 min mənzil var. 4 nəfərlik ailə olsa 40 min, 5 nəfərlik ailə olsa 50 min nəfər əhalinin yaşayacağı bir yerdir.
Digər yandan TOKİ, "Emlak Bank"ın zəlzələdən zərər çəkmiş şəxslər üçün tikilmiş mənzilllərində də işlər davam etdirilir. Hazırda zəlzələdən zərər çəkmişlərin yarıdan çoxunun mənzili onlara təhvil verilib. 6 və 13 fevral tarixlərində yenə də təhvil mərasimləri keçiriləcək. Bu ilin sonunda Kahramanmaraşın kəndlərində, rayonlarında mənzilləri olmayan, konteynerlərdə qalan insan olmayacaq”.
Qeyd edək ki, Layihə həm sakinlərin, həm də biznes sahiblərinin ehtiyaclarını ödəmək üçün nəzərdə tutulub. Mənzillərin bir çoxu zəruri məişət əşyaları ilə təmin olunub və tam hazır vəziyyətə gətirilib.
Layihənin qısa müddətdə tam başa çatdırılması və sahiblərinə təhvil verilməsi nəzərdə tutulur.
Kahramanmaraş Böyükşəhər Bələdiyyəsi yeni yaşayış massivində abadlıq işləri aparır və asfalt örtüyü çəkir.
Bələdiyyə sədri Fırat Görgel bir neçə gün əvvəl bildirib ki, yenidənqurma və abadlıq işləri çərçivəsində həyata keçirilən layihələrlə şəhər daha müasir, yaşana bilən və dayanıqlı yaşayış məntəqəsinə çevriləcək,
“Müasir yollarla, yaşıllıqlarla, yeni yaşayış massivlərinin ətrafında sosial obyektlərlə şəhərimizi gələcəyə hazırlayırıq. Kahramanmaraşın yenidən yüksəlişi birlik və həmrəylik içində davam etdirdiyimiz bu səylərlə mümkün olacaq”, - o qeyd edib.
Azərbaycan Hökumətinin xətti ilə “Azərbaycan” massivi ərazisində görülən işlər 100 milyon dollar dəyərində qiymətləndirilir.


Paylaş



Bölmə: Xəbər / Karusel / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Mart 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!