Silahımız yoxdur, amma insanımız var... .....                        Anar Mehdiyevə cinayət işi açıldı .....                        Ermənistanı Rusiyaya birləşdirən yol bağlandı .....                        Ukraynanın inkişafını Putinin gözü götürmədi .....                        İranda etirazçılar prokuroru diri-diri yandırdı .....                        Qonşunun pul və qızılını oğurlayan şəxs saxlanıldı .....                        Abidələrin siyahısına dəyişiklik edildi .....                        Bakıda yaşayış binasında yanğın - Yaralı var .....                        Tehran alov içində - Etirazlar silahlı toqquşmaya çevrilir .....                       
Tarix : 4-02-2025, 12:19
“44 günlük müharibədən sonra yeni imkanlar əldə etdik” - Paşinyan


“44 günlük müharibədən sonra yeni imkanlar əldə etdik” - Paşinyan

“44 günlük müharibədən sonra biz müstəqil, suveren dövlətə sahib olmaq imkanı əldə etdik”.
Bunu ABŞ-da erməni icmasının nümayəndələri ilə görüşündə Ermənistanın baş naziri Nikol Paşinyan bildirib.
“Mən də istəməzdim ki, bu təhlillər bizi həlak olan əsgərlərmizin fədakarlığının boşa getdiyi qənaətinə gətirsin. Mən bu mövqe ilə razı deyiləm. Bu mövzu üzərində uzun müddət düşündüm və əmin oldum ki, bu qurbanlar Ermənistan Respublikasının müstəqilliyi və suverenliyi naminə verilib. Biz bu fədakarlığın yaratdığı fürsətə diqqət etməliyik. Bu, asan olmayacaq", - Paşinyan deyib.
“Ermənistanda tutduğumuz yola görə hazırda ideoloji transformasiya gedir. Bu ideologiya Ermənistana mövcud olmaq şansı verir”, - baş nazir əlavə edib
"Bugünkü vəziyyəti dəyərləndirərək, bunu deyə bilərəm: məncə, o məğlubiyyəti keçməklə biz bu gün müstəqil və suveren dövlətə sahib olmaq imkanı əldə etmişik”.
Paşinyan bildirib ki, ABŞ-ın yeni Administrasiyası Cənubi Qafqaza diqqəti azaltmamalıdır:
“Cənubi Qafqazda sülhün əldə edilməsi gündəmi ABŞ siyasi elitasının prioritetləri sırasına daxil edilməlidir. İnsanların azadlıqlarını qorumaq üçün ən yaxşı vasitə davamlı sülhdür, çünki münaqişə mühiti bütün mümkün insan hüquqlarının pozulması üçün ən uyğun mühitdir”.
Paşinyan deyib ki, Cənubi Qafqaz regionu son dərəcə mürəkkəbdir, bu gün də dərin tarixi ziddiyyətlərlə doludur.
“İndi biz gələcək üçün perspektivlər açacaq bir gündəmə diqqət yetirməliyik”.


Paylaş



Bölmə: Xəbər / Karusel / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Yanvar 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!