Tramp 350 demişdi, Zelenski 100 deyir .....                        Lavrov Türkiyədə .....                        Məktəblərdə dərslər onlayn keçiriləcək? - RƏSMİ .....                        BDU tələbələrinin nəzərinə! - Sabah dərslər... .....                        “Mançester Siti” öz meydanında məğlub oldu .....                        Bakıda taksi qiymətləri kəskin artıb .....                        Kansler məğlub olduğunu etiraf etdi .....                        Sabah universitetlərdə dərslər onlayn olacaq .....                        Almaniya seçkiləri: ilkin nəticələr məlum oldu .....                       
Tarix : 27-04-2016, 17:57
BMT-nin Bakı Forumu başa çatıb



Bu gün Bakıda keçirilən BMT-nin Sivilizasiyalar Alyansının VII Qlobal Forumu öz işini yekunlaşdırıb.

Butov.az AzVision.az-a istinadən xəbər verir ki, forumun bağlanış mərasimində şıxış edən alyansın ali nümayəndəsi Nasir Əbdüləziz əl Naser bildirib ki, forum işini uğurla yekunlaşdırıb:

“Mən Azərbaycanla əməkdaşlıqdan məmnunam. Tədbirdə inkuliziv cəmiyyətlərdə birgə yaşayış məsələsi müzakirə olundu, fikir mübadiləsi aparıldı. Həmçinin, zorakı ekstremizmin aradan qaldırılması istiqamətində də danışıqlar apardıq. Təşkilatımız sosial inkluzivliyin təbliğ olunması üçün unikal platformadır.

Sosial inkluzivliyi bundan sonra da təşviq etməliyik. Bu gün Avropada baş verən miqrant böhranı mətbuatın da məsuliyyətini artırır. Ekstremizm və terrorçuluq sülhə təhlükə yaradır. Sülh olmadan cəmiyyət inkişaf edə bilməz”.

Azərbaycanın mədəniyyət və turizm naziri, forumun Milli Təşkilat Komitəsinin sədri Əbülfəs Qarayev isə çıxışında tədbirin uğurla keçdiyini vurğulayıb.

Əbülfəs Qarayev Azərbaycan adından BMT Sivilizasiya Alyansının forumunun Bakıda keçirilməsinə dair qərarına görə təşəkkür edib: “Bu qərar Azərbaycanda tolerantlıq, birgəyaşama dəyərlərinə olan münasibətin təzahürü idi. Artıq bilirik ki, tək deyilik, beynəlxalq ictimaiyyət bizim gördüyümüz işlərə yardımçıdır”.

Qeyd edək ki, aprelin 25-I Bakıda BMT Sivilizasiyalar Alyansının 7-ci Qlobal Forumu öz işinə başlayıb.

Bu gün öz işini yekunlaşdıran forumda BMT-yə üzv ölkələrin dövlət və hökumət başçıları, siyasi liderlər, tərəfdaş qurumlar, beynəlxalq və regional təşkilatların nümayəndələri, özəl sektor, incəsənət, media və akademiyaların təmsilçiləri, donor təşkilatlar və fondlar daxil olmaqla ümumilikdə 2000-ə yaxın qonaq iştirak edib.
Forum “İnklüziv cəmiyyətlərdə birgə yaşama: çağırış və məqsəd” devizi altında keçirilib.

Məlumat üçün bildirək ki, 2014-cü il sentyabrın 26-da Birləşmiş Millətlər Təşkilatı Baş Assambleyasının 69-cu sessiyası çərçivəsində BMT-nin Sivilizasiyalar Alyansı Dostlar Qrupunun Nazirlər Toplantısında Sivilizasiyalar Alyansının 7-ci Qlobal Forumunun 2016-cı ildə Azərbaycan Respublikasının paytaxtında keçirilməsi barədə qərar qəbul edilib.


Paylaş



Bölmə: Xəbər / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Fevral 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
2425262728 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!