Rayonlara leysan yağır .....                        Bakının məşhur küçəsində YENİLİK .....                        Şahin Mustafayev Ermənistana getdi - Nələr müzakirə edildi? .....                        Parisdə Zəngəzur dəhlizi müzakirə edildi .....                        Britaniya Baş nazirinin müavini istefa verdi .....                        Əhmədbəyli-Horadiz-Mincivan-Ağbənd avtomobil yolunda işlər bu tarixdə TAMAMLANACAQ .....                        Astarada 8-i uşaq olmaqla 15 nəfər ZƏHƏRLƏNDİ .....                        Bu ilin sonuncu Ay tutulması olacaq .....                        General Simonyan öldü .....                       
Tarix : 8-04-2025, 18:36
Xanlar Vəliyev yola salındı - RƏSMİ - FOTO


Xanlar Vəliyev yola salındı - RƏSMİ - FOTO

Azərbaycan Respublikası Baş prokurorunun müavini – Azərbaycan Respublikasının Hərbi prokuroru Xanlar Vəliyevin səlahiyyət müddətinin başa çatması münasibətilə aprelin 8-də Baş prokuror Kamran Əliyevin rəhbərliyi ilə tədbir keçirilib.
Bu barədə Baş Prokurorluqdan məlumat verilib.
Tədbirdə çıxış edən Baş prokuror Kamran Əliyev Xanlar Vəliyevin uzunmüddətli və qüsursuz xidməti dövründə hüquq-mühafizə orqanlarında göstərdiyi yüksək peşəkarlığı, qanunçuluğun və hüquq qaydasının möhkəmləndirilməsində, cinayətkarlığa qarşı mübarizədə, insan hüquq və azadlıqlarının müdafiəsində, xüsusilə də Hərbi Prokurorluq orqanlarının fəaliyyətinin təkmilləşdirilməsində əldə etdiyi nailiyyətləri yüksək dəyərləndirib.
Xanlar Vəliyevə Azərbaycan Respublikası Prezidentinin 17 mart 2025-ci il tarixli, 527 nömrəli Sərəncamı ilə verilmiş 1-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni Baş prokuror tərəfindən təqdim olunub.
Tədbirdə çıxış edən Baş Prokurorluğun idarə rəisləri Natiq Hüseynov, Mahir Abbasov, Hərbi prokurorun müavini Şəfahət İmranov və digərləri Xanlar Vəliyevlə bağlı xatirələrini bölüşərək xoş sözlər deyiblər.
Öz növbəsində Xanlar Vəliyev çıxış edərək ölkə başçısına təltif olunmasına görə dərin və səmimi minnətdarlığını bildirib, həmçinin prokurorluq orqanlarındakı fəaliyyətinə göstərilən xüsusi diqqətə və verilən qiymətə görə təşəkkür edib.
Qeyd edək ki, 1955-ci il təvəllüdlü Xanlar Vəliyev 1978-ci ildə Bakı Dövlət Universitetinin hüquq fakültəsini fərqlənmə diplomu ilə bitirərək prokurorluq orqanlarında fəaliyyətə başlayıb. Əmək fəaliyyətinə Gəncə şəhər prokurorluğunun baş müstəntiqi və şəhər prokurorunun köməkçisi kimi başlayan Xanlar Vəliyev daha sonra Qazax və Şəmkir rayon prokurorlarının müavini vəzifələrində çalışıb, 1993–2000-ci illərdə Azərbaycan Respublikası Baş prokurorunun müavini olub.
2005-ci il 10 fevral tarixli Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə Azərbaycan Respublikası Baş prokurorunun müavini – Azərbaycan Respublikasının Hərbi prokuroru vəzifəsinə təyin edilən Xanlar Vəliyev hazırki vaxtadək həmin vəzifədə çalışıb.
Prokurorluğun fəxri işçisi və hüquq üzrə fəlsəfə doktoru olan Xanlar Vəliyev xidmətləri dövründə dövlətimizin ali rəhbərliyi tərəfindən, habelə Azərbaycan Respublikasının Baş prokuroru tərəfindən bir sıra mükafatlara layiq görülüb.
O, Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamları ilə “Hərbi xidmətlərə görə” medalı, “Azərbaycan bayrağı” ordeni, “Vətənə xidmətə görə” 2-ci və 1-ci dərəcəli ordenləri, “Heydər Əliyevin 100 illiyi (1923–2023)” yubiley medalı ilə təltif edilib, həmçinin “Əməkdar hüquqşünas” fəxri adına layiq görülüb.








Paylaş



Bölmə: Xəbər / Karusel / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!