Azərbaycanda dəbdəbəli yas mərasimlərinin qarşısı alınacaq .....                        Mehriban Əliyeva yenidən Gimnastika Federasiyasının prezidenti seçildi .....                        Rayonlar üzrə pensiyalar bu tarixdə veriləcək .....                        Belqradda Azərbaycan-Serbiya sənədləri mübadilə olundu .....                        ABŞ İran neftini daşıyan tankeri ələ keçirdi .....                        Prezidentlər mətbuata bəyanatla çıxış etdilər .....                        Serbiyaya təbii qaz ixracının həcmi artırılacaq - İlham Əliyev .....                        Moskvaya PUA hücumu .....                        Azərbaycan-Serbiya Strateji Tərəfdaşlıq Şurasının iclası olub .....                       
Tarix : 19-04-2025, 13:37
Məni və övladlarımı ölümlə hədələyirlər - Jurnalist kömək istəyir


Məni və övladlarımı ölümlə hədələyirlər - Jurnalist kömək istəyir

ABŞ-də yaşayan jurnalist Qənirə Ataşova özü və övladlarının təhdid olunduğunu deyir.
Bu barədə sosial şəbəkə hesabında yazan Q.Ataşova Vüsal Həsənov adlı şəxs tərəfindən həyatına ciddi təhlükə yarandığını iddia edir.
“Keçmiş MTN rəhbəri Eldar Mahmudovun əlaltısı olmuş, müxtəlif qadınları və kişiləri şəxsi görüntülərlə şantaj etdiyi bilinən Vüsal Həsənov bu günlərdə mənim və övladlarımın həyatına ciddi təhlükə yaradıb. Yaxın keçmişdə ailəm haqqında sosial şəbəkələrdə yayılan təhqiramiz videoların müəllifi məhz Vüsal Həsənov olub.
Vüsal Həsənovun həyat yoldaşı – diplomu olmayan, lakin özünü həkim kimi təqdim edən Gül Əliyeva Gəncədə Gülbəniz adlı gənc bir qızda cərrahi əməliyyat apararaq onun ölümünə səbəb olub. Bu hadisə ilə bağlı Gülbənizin ailəsi ilə VMR klinikası arasında razılaşma əldə edilsə də, mən bu məsələyə məhz həkimlik ixtisası olmayan bir şəxsin qanunsuz cərrahiyyə əməliyyatı aparması baxımından diqqət çəkmişdim. Bu məsələni ictimailəşdirdiyim üçün Gülbənizin atası Eldəniz, Vüsal Həsənovun təhriki ilə bir neçə dəfə məni təhdid edib”, - deyə jurnalist qeyd edib.
Onun sözlərinə görə, uzun fasilədən sonra ötən gün V.Həsənov birbaşa Q.Ataşovaya və övladı Fərhada zəng edərək onu və qardaşını öldürəcəyini bildirib: “Telefon danışığında özünü Moskvada yaşayan iş adamı kimi təqdim edərək qanuni oğrularla bağı olduğunu xatırladaraq “adam tutmuşam, hər ikinizi öldürəcəyəm” sözlərini açıq şəkildə işlədib. Bu açıq təhdidlər mənim və övladlarımın həyatı üçün ciddi təhlükədir. Övladım ABŞ vətəndaşıdır və o bu gün rəsmi şəkildə bu təhdidlərlə bağlı Amerika hökumətinə də müraciət edəcək”.
Neftçilərin hüquqlarının müdafiə komitəsinin rəhbəri Mirvari Qəhrəmanlı da paylaşıma reaksiya verərək əlavə edib ki, onun övladları da adıçəkilən şəxs tərəfindən təhdid ediliblər. Onun sözlərinə görə, əlində Vüsal Həsənovun övladlarına təhqir, hədə-qorxu gələn videosu da var.
Q.Ataşova Azərbaycanın aidiyyəti dövlət qurumlarına müraciət edərək bu məsələnin araşdırılmasını xahiş edib.


Paylaş



Bölmə: Xəbər / Karusel / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Fevral 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
232425262728 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!