Qəzzada Azərbaycanın köməyindən istifadə olunacaq .....                        Azərbaycanda vəzifəli şəxsin oğlu oteldə öldü .....                        Overçuk Şahin Mustafayevlə görüşdü .....                        Tramp Azərbaycan və Ermənistan arasında sülhdən danışdı .....                        Rusiya ABŞ-a xəbərdarlıq etdi: O raketlər Kiyevə verilsə... .....                        İlham Əliyev Misirdə liderlərlə bir arada .....                        154 fələstinli məhbus Misirə gətirildi .....                        Xəzərin sahilində suiti cəsədləri tapıldı .....                        Bakıda vəzifəli şəxs QƏTLƏ YETİRİLDİ .....                       
Tarix : 24-04-2025, 15:12
Məhkəmədə Şuşanın işğalı ilə bağlı sənədlər tədqiq olundu


Məhkəmədə Şuşanın işğalı ilə bağlı sənədlər tədqiq olundu

Bu gün Bakı Hərbi Məhkəməsində davam etdirilən məhkəmə prosesində Şuşanın işğal olunmasına qədər baş vermiş hadisələrlə bağlı sənədlər tədqiq edilib.
Dövlət ittihamçılarının tədqiq etdikləri sənədlərə əsasən, işğala qədər Şuşa şəhəri və ətraf kəndlər Ermənistan silahlı qüvvələri tərəfindən müxtəlif silahlarla, o cümlədən raketlərlə və toplarla dəfələrlə atəşə tutulub. Həmin hadisələr zamanı milliyyətcə azərbaycanlı olan şəxslər həlak olub, yaralanıb və ya girov götürülüb.
Həmçinin Ermənistan silahlı qüvvələri tərəfindən azərbaycanlıların yaşadıqları kəndlərin su kəmərləri partladılıb, təhsil, səhiyyə və digər mülki obyektlərə, vətəndaşların evlərinə ciddi zərər dəyib. Qeyd olunan faktlar üzrə həmin vaxt cinayət işləri başlanılıb.
Hadisələr sırasında Malıbəyli və Quşçular qətliamı adlandırılan hadisələr də daxildir.
Məhkəmədə tədqiq edilən digər protokol isə 1991-ci il aprelin 4-də Şuşa rayonunun Göytala kəndində uçuş zamanı vertolyotun atəşə tutulması faktı ilə bağlı olub. Həmin gün saat 12-13 radələrində içərisində Azərbaycan Respublikası Ali Sovetinin deputatları olan Daxili İşlər Nazirliyinə məxsus 27057 nömrəli vertolyot Şuşa rayonunun Göytala kəndinə uçan zaman ermənilərin yaşadıqları Eksaok kəndindən atəşə tutulması nəticəsində zədələnib, Turşsu kəndində məcburi eniş edərkən qəzaya uğrayaraq yanıb, bəzi sərnişinlər yaralanıb.
Elan və tədqiq olunan digər protokol 1992-ci il yanvarın 28-də sərnişin vertolyonunun vurulması faktı ilə bağlı olub. Qeyd edilib ki, Ağdam aeroportundan havaya qalxaraq Ağdam-Şuşa reysi üzrə uçuşa başlayan Azərbaycan Respublikasına məxsus “AZAL” mülki aviasiya konserninin “AZALPANX” Zabrat aviaşirkətinə aid 24137 bort nömrəli “Mİ-8T” markalı sərnişin vertolyotunun Xankəndi şəhərinin Kərkicahan kəndi ərazisindən Ermənistan silahlı qüvvələri tərəfindən raketlə vurulub. Vertolyot Şuşa rayonunun Xəlfəli kəndindən Qaybalı kəndinə gedən torpaq yola çırpılaraq partlayıb. Hadisə zamanı 3-ü ekipaj üzvü və 39 nəfər sərnişin olmaqla, ümumilikdə 42 nəfər ölüb. Hadisə yerinə və meyitlərə baxış keçirilməsi haqqında protokollardan görünür ki, vertolyotun yanğınla müşayiət olunan partlayışı nəticəsində onun içərisində olan şəxslərin meyitləri yanmış və parçalanmış vəziyyətdə aşkarlanıb. Hadisə yerindən qəlpə hissələri götürülüb.
Qeyd edək ki, Ermənistanın hərbi təcavüzü nəticəsində sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibənin hazırlanması və aparılması, soyqırımı, müharibə qanunlarını və qaydalarını pozma, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə, hakimiyyəti zorla ələ keçirmə, onu zorla saxlama və digər çoxsaylı cinayətlər törətməkdə təqsirləndirilən Ermənistan Respublikasının vətəndaşlarının məhkəməsi davam etdirilir.


Paylaş



Bölmə: Xəbər / Karusel / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Oktyabr 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!